Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə57/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   53   54   55   56   57   58   59   60   ...   112

155 
Finlandiyaya keçib şimala getdi. Mənimsə yolum Mancuriyadan Yaponiyaya 
düşdü. Səkkiz ildən sonra görüşəndə, mənə elə gəldi ki, onu axırıncı dəfə 1919-cu 
ildə Harbində görmüşəm. O da dedi ki, 1921-ci ildə Helsinkidə görüşmüşük. 
Hərəmiz iki il və neçə min kilometr səhv elədik. – Morozov qrafini götürüb şərab 
süzdü. – Görürsənmi, səni burada unutmayıblar. Ona görə də adama elə gəlir ki, 
vətənə qayıdıb... Düz demirəm? 
Ravik şərabdan bir az içdi. Sərin və xoş idi. 
– Bir dəfə lap Almaniyanın sərhədində oldum. Küçənin bir tərəfi İsveçrənin idi, o 
biri tərəfi isə Almaniyanın... Mən də İsveçrə tərəfdə gilas yeyirdim. İstəsəm, 
çiyidini Almaniyaya tüpürərdim... 
– Onda özünü vətənə yaxın hiss eləyə bilmədin? 
– Yox! Mən ondan heç vaxt belə uzaq olmamışdım. Morozov irişdi: 
– Başa düşürəm. Bəs yollar necədir? 
– Həmişəki kimi. Getdikcə də çətinləşir, vəssalam. Sərhəddə nəzarəti artırıblar. Bir 
dəfə İsveçrədə, bir dəfə də Fransada tutuldum. 
– Bəs niyə heç yerini-yurdunu bildirmədin? 
– Məndən sonra polisin nəyi eşələyib tapdığını bilmirdim. Axı hərdən yaman 
quduzlaşır. Fikirləşdim ki, heç kəsin həyatını təhlükəyə salmasam yaxşıdır. Axı, 
bizim günahsızlığımız hələ hər şey demək deyil. Müharibənin ulu qanunudur: 
sakitcə yerə yat, sonra aradan çıx! Sən nəsə gözləyirdin? 
– Mən yox. 
Ravik diqqətlə onun üzünə baxdı: 
– Məktub gözləyirmişsən, – dedi, – axı məktubun özü nədir ki?! Onun heç vaxt 
xeyri olmur. 
– Elədir. 
Ravik cibindən bir qutu siqaret çıxardı. 
– Qəribədir, – dedi, – adam burada olmayanda, çox şey dəyişir... 
– Heç nəyi vecinə alma. 
–Elə də eləyirəm. 
– Uzaqda olmaq yaxşıdır. Qayıdanda görürsən ki, hər şey dəyişib. Sonra 
yavaşyavaş 
öyrəşirsən. 
– Bəlkə də... Bəlkə də, heç elə deyil. 
– Sən həddən artıq bürüncəkli danışırsan. Yaxşı ki, hər şeyi bu cür qəbul edirsən. 
Şahmat oynayaq? Professor da öldü. Yeganə layiqli rəqibim idi. Levi də 
Braziliyaya getdi. Restoranda xidmətçi işləyir. Həyat indi qanad taxıb uçur, heç 
nəyə öyrəşmək lazım deyil. 
– Lazım deyil... 
Morozov diqqətlə onun üzünə baxdı: 
– Mən elə demirəm... 
– Mən də. Bu iyli-qoxulu qəbirdən çıxmayaq? Üç ay olmamışam, ancaq yenə də 
mətbəx, toz-torpaq qoxusu, qorxu... İşə nə vaxt gedəcəksən? 
– Bu gün getməyəcəyəm, boş günümdür. 
– Yaxşı oldu! – Ravik ötəri təbəssümlə gülümsədi. – Demək, bu axşam gözəllik, 


köhnə Rusiya, böyük qədəhlər axşamıdır! 
156 
– Mənimlə gedirsən? 
– Yox, bu gün olmaz, yorulmuşam. Axırıncı gecələri heç yata bilməmişəm. 
Yatanda da səksəkəli yatmışam. Gəl, çıxaq, bir-iki saat fırlanaq, bir yer tapıb 
oturaq. Çoxdandır belə eləməmişəm... 
– Yenə «Vuvre»? – Morozov təəccübləndi. Onlar «Kolize» kafesinin qabağında 
oturmuşdular. – Niyə? Axşam indi düşür, qoca, arağın əsl vaxtıdır. 
– Elədir. Ancaq buna baxmayaraq, «Vuvre» yaxşıdır. Mənə bəs eləyər. 
– Nə olub? Bəlkə, konyak içəsən? 
Ravik başını buladı. Morozov əl çəkmədi: 
– Bir yerə gəlib çatanda, elə birinci axşamı dəm olmaq lazımdır, qardaş. Bu cür 
qəhrəmanlıq eləyib, ayıq gözlə qüssə dolu tutqun keçmişin gözlərinə baxmaq kimə 
lazımdır? 
– Mən heç yana baxmıram, Boris, həyatdan yavaş-yavaş zövq alıram. 
Ravik gördü ki, Morozov ona inanmır. İnandırmağa da çalışmadı. Lap səkinin 
qırağındakı stol arxasında sakitcə oturub özü üçün şərab içir, axşam gəzintisinə 
çıxmış camaata tamaşa edirdi. Parisdən uzaqlarda hər şey onun üçün qəti və aydın 
idi. İndi isə hamısı dumanlanmışdı, gah solur, gah da min rəngə çalırdı, şirin-şirin 
xumarlanırdı, elə bil, hansı dağısa yüyürə-yüyürə düşmüşdü, qulaqları 
güyüldəyirdi... 
– Mehmanxanadan qabaq bir yerə getmişdin? – Morozov soruşdu. 
–Yox. 
– Veber səni soruşurdu. 
– Zəng eləyərəm. 
– Heç xoşuma gəlmirsən... Düzünü de, nə olub? 
– Elə bir şey deyil. Cenevrədə sərhəd çox möhkəm idi. Əvvəlcə oradan keçmək 
istəyirdim, sonra Bazelə gəldim. Gördüm, bura da çətindir. Ancaq birtəhər 
adladım. Hər gecə qarın-yağışın altında qaldım, soyuq dəydi. Tez keçə bilmədim, 
sətəlcəm haqladı. Belforda bir həkim xəstəxanaya düzəltdi. Elə elədi ki, bilən 
olmadı. Sonra on gün də evində saxladı. Gərək, pulunu göndərəm. 
– İndi yaxşısan? 
– Bir az. 
– Ona görə araq içmirsən? 
Ravik gülümsədi: 
– Bu söhbətlər nəyə lazımdır, Boris? Bir az yorulmuşam, gərək, buralara təzədən 
öyrəşəm. Düz sözümdür... Qəribədir, adam üzübəri yolda olanda nələr fikirləşmir?! 
Gəlib çatanda isə əksinə olur. 
Morozov əlini yellətdi, ata qayğısı ilə dedi: 
– Ravik, sən atan yerində olan Borislə oturmusan! O, insan ürəyinin mahir 
bilicisidir. Nala-mıxa döymə, ürəyində nə varsa, soruş, canımız da qurtarsın. 
– Yaxşı. Joan haradadır? 
– Bilmirəm. İki-üç həftədir ki, xəbərim yoxdur. Heç görməmişəm də... 
– Bəs ondan əvvəl? 
– Bir-iki dəfə səni soruşdu. Sonra onu da eləmədi. 


– İndi «Şəhrizad»da işləmir? 
157 
– Yox, təxminən, beş həftədir çıxıb. Arada iki-üç dəfə gəldi, sonra ayağı tamam 
kəsildi. 
– Parisdə deyil? 
– Deyəsən, yoxdur. Parisdə olana oxşamır, yoxsa, hərdən «Şəhrizad»a gələrdi. 
– Harada işlədiyini də bilmirsən? 
– Deyəsən, filmə çəkilir. Asılqanda işləyən qadına deyib. Belə şeyləri sən yaxşı 
bilərsən. Bəhanədir də... 
– Bəhanə? 
– Əlbəttə, bəhanədir!–Morozov acı-acı güldü.–Bəhanə olmayanda nədir? Yoxsa, 
başqa cür gözləyirdin, Ravik? 
– Hə... 
Morozov susdu. 
– Gözləməklə bilmək ayrı-ayrı şeylərdir, – Ravik dilləndi. 
– Yalnız miskin romantiklər üçün elədir. Bu limonadı burax, əməlli şey iç. Heç 
olmasa kalvados götür. 
– Kalvados heç olmaz. Yaxşı, konyak içərəm, qoy ürəyin yerinə gəlsin. Lap elə 
kalvados da içərəm... 
–Bu, başqa məsələ! 
Pəncərələr... Damların mavi silueti .. Köhnəlmiş qırmızı divan. Çarpayı.. Ravik 
bilirdi ki, bunların hamısına dözməlidir. Divanın üstündə oturub siqaret çəkirdi. 
Morozov onun çamadanını gətirmiş, harada olacağını deyib getmişdi. 
Əynindəki köhnə pencəyi çıxarıb atmışdı. Sonra isti suda yuyunmuş, çoxlu-çoxlu 
sabunlanmışdı. Son üç ayın çirk-pasını canından çıxarmışdı, necə deyərlər, 
dərisindən qaşımışdı. Təmiz alt paltarı, ayrı pencək geymiş, üzünü qırxmışdı. Çox 
gec olmasaydı, hələ türk hamamına da gedərdi. Bütün bunlardan sonra xeyli 
gümrahlaşmışdı. Hələ çox şey eləyərdi, ancaq pəncərənin qabağında oturanda, 
qəflətən canına künc-bucaqdan qəribə bir boşluq dolmağa başladı... 
Bir qədəh kalvados süzdü. Şeylərinin arasındakı şüşənin dibində bir az qalıbmış. 
Onu, Joanla içdiyi axırıncı gecəni xatırladı, ancaq bu xatirələr ləzzət vermədi. 
Çoxdan olmuşdu... Öz-özünə bircə onu dedi ki, köhnədən qalıb, yaxşı 
kalvadosdur... 
Ay asta-asta evlərin damına qalxırdı. Çirkli həyət kölgəyə, gümüşü rəngli saraya 
dönürdü. Zərrə qədər fantaziya bu zirzibili gümüşə döndərirdi... Pəncərədən içəri 
gül ətri doldu. Kəskin qərənfil qoxusu idi. Əyilib pəncərədən aşağı baxdı. Alt 
mərtəbədəki pəncərəyə taxta güldan qoyulmuşdu. Bu güllər – əgər getməmişdisə – 
mühacir Vizenhofun idi. Ravik bir dəfə onun mədəsini yumuşdu. Ötən ilin milad 
bayramında... 
Şüşə boş idi. Onu çarpayının üstünə tulladı. Şüşə uzaqdan qara ləkəyə oxşayırdı. 
Ayağa durdu. Gözünü zilləyib çarpayıya niyə baxırdı? Qadın lazımdırsa, get, tap, 
gətir! Parisdə bundan asan heç nə yoxdur... 
Dar küçələrlə Etual meydanına tərəf getdi. «Yelisey çölləri» küçəsindəki qaynar 
həyatın dalğaları üz-gözünü qarsaladı. Geri döndü. Əvvəlcə iri, sonra asta 
addımlarla getdi. «Milan» mehmanxanasına gəlib çıxmışdı... 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə