Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə58/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   54   55   56   57   58   59   60   61   ...   112

– İşlər necədir?–deyə növbətçidən soruşdu. 
– Ah, müsyö, sizsiniz?! – Növbətçi ayağa durdu. – Müsyö çoxdan görünmürdü. 
158 
– Bəli, bir az var... Parisdə deyildim. 
Növbətçi zirək baxışlarla onu süzdü: 
– Madam daha burada qalmır. 
– Bilirəm, çoxdan köçüb. 
Növbətçi arif adam idi, deməsələr də, ondan nə istədiklərini bilirdi: 
– Dörd həftədir, – dedi. – Dörd həftə bundan əvvəl köçdü. Ravik siqaret çıxardı. 
– Madam Parisdə deyil? 
– Kanndadır. 
– Ah, Kann! – Növbətçi əlini üzünə çəkdi. – Desəm ki, on səkkiz il əvvəl Nitsadakı 
«Rul» mehmanxanasında növbətçi işləmişəm, inanmayacaqsınız... Elə deyil? 
– Niyə? İnanıram. 
– Ayrı zəmanə idi. Nə qədər çaypulu olardı?! Müharibədən sonrakı ən gözəl günlər 
idi. Ancaq indi... 
Ravik də arif idi, açıq deməsə də, onun nəyə işarə vurduğunu bilirdi. Bir dənə 
beşfranklıq çıxarıb stolun üstünə qoydu. 
– Çox sağ olun, müsyö! Kefiniz kök, damağınız da çağ olsun... Siz lap cavan 
görünürsünüz, müsyö! 
– Özümü cavan kimi də hiss eləyirəm. Gecəniz xeyrə qalsın. 
Küçədə dayanmışdı. Mehmanxanaya niyə gəldi? İndi bircə o qalmışdı ki, 
«Şəhrizad»a gedib, keflənənə kimi vursun! 
Ulduz dolu göylərə baxdı. Gərək, sevinəydi ki, iş belə gətirdi. Uzun-uzadı, mənasız 
sorğu-sualdan canı qurtarmışdı. Belə olacağını özü də bilirdi, Joan da. Ən azı, sonu 
belə olmalıydı... Joan yeganə düzgün yolu seçmişdi. Sorğusuz-sualsız... Sorğu-sual 
ikinci dərəcəli şeylərdir. Duyum olan yerdə nə sorğu-sual? Əsas işdir, əməldir... 
Allaha şükür ki, hər şey çək-çevirsiz qurtardı. Allaha şükür ki, Joanın belə 
şeylərdən xəbəri yox idi. Onunku iş görmək idi. Gördü, qurtardı. Nə inciklik oldu, 
nə də küsüşmə... Onun özü də dayanmadı.. Elə isə burada niyə durmuşdu? Yəqin, 
havadan idi. Paris axşamının, may havasının toruna düşmüşdü, tərpənə bilmirdi. 
Bir də gecənin toru. Adam gecələr nədənsə başqa cür olur... 
Qayıdıb mehmanxanaya girdi: 
– Zəng vurmaq olar? 
– Əlbəttə, müsyö! Ancaq telefon köşkü yoxdur, olanımız bu aparatdır. 
– Eybi yoxdur. 
Ravik saatına baxdı. Çox güman ki, Veber xəstəxanada olardı. İndi axşam 
yoxlamasının vaxtı idi. 
– Doktor Veberi olar? – deyə o, tibb bacısından soruşdu. Deyəsən, qız təzələrdən 
idi, səsini tanımadı. 
– Xeyr. 
– Orada yoxdur? 
– Buradadır, ancaq işi var. 
– Gedin, ona deyin ki, Ravik telefona çağırır. Tez olun, təcilidir, gözləyirəm. 
– Yaxşı...–Qız tərəddüd elədi.–Deməyinə deyərəm, ancaq gəlməyəcək... 


– Baxarıq. Siz gedin deyin ki, Ravik çağırır. 
Veber o dəqiqə gəldi. 
– Ravik! Haradan zəng vurursunuz? 
159 
– Parisdən. Bu gün gəlmişəm. Təşrih eləyirsiniz? 
–Bəli, iyirmi dəqiqədən sonra başlayıram. Kor bağırsaqdır, qəfil tutub. Sonra 
görüşək? 
– Özüm gələrəm. 
– Lap yaxşı! Bəs nə vaxt? 
– Elə indi. 
– Yaxşı, gözləyirəm. 
Veber: 
– Yaxşı arağım var, – dedi. – Bu da qəzetlər, tibb jurnalları... Dincəlin... 
– Əvvəlcə bir qədəh araq verin, sonra da xalat, əlcək... 
Veber diqqətlə onun üzünə baxdı: 
– Adicə kor bağırsaqdır, sizə yaraşan iş deyil. Tibb bacıları kömək eləyər, bircə 
dəqiqəyə qurtararam. Siz yorulmuş olarsınız... 
– Veber, əgər mənə yaxşılıq eləmək istəyirsinizsə, qoyun təşrihi eləyim. 
Yorulmamışam, özümü də yaxşı hiss eləyirəm. 
Veber güldü: 
– İşə başlamağa yaman tələsirsiniz. Yaxşı, necə istəyirsiniz... Başa düşürəm. 
Ravik əllərini yudu, tibb bacısı xalatı ona geydirib, əlcəkləri taxdı. Bu da 
cərrahiyyə otağı... Efir qoxulu havanı acgözlüklə ciyərlərinə çəkdi. Ejeni xəstənin 
başı üzərində dayanıb bihuşdarı verirdi. Çox qəşəng olan bir tibb bacısı da alətləri 
qaydaya salırdı. 
– Axşamınız xeyir, Ejeni!– Ravik salam vardi. Az qaldı dərman Ejeninin əlindən 
düşsüm. 
– Axşamınız xeyir, doktor Ravik, – dedi. 
Veber irişdi. Birinci dəfə idi ki, Ejeni ona doktor deyirdi. Ravik xəstəyə tərəf 
əyildi. Dümağ cərrahiyyə işığı yaman gur idi, ətrafda nə vardısa, hamısını, hətta 
beynindəki kənar fikirləri də udmuşdu. Bu işıqdan işgüzarlıq, soyuqluq, ayıqlıq 
yağırdı... Qəşəng tibb baçısının uzatdığı skalpeli aldı. Nazik əlcəkdən poladın buz 
kimi soyuqluğunu duydu! Tərəddüdlərlə dolu naməlum bir dünyadan aydın, dəqiq 
bir aləmə qayıtmaq nə gözəl imiş! Skalpeli ətə çəkdi. Nazik qan şırımı çözələndi... 
Birdən-birə hər şey adiləşdi. Qayıdandan sonra ilk dəfə əsl özü oldu. Gur işığın 
səsiz-səmirsiz xışıltısı... «Bu da ev!–ürəyindən keçirdi.–Axır ki, evdəyəm...» 
XIX 
Morozov onu görən kimi: 
– Buradadır,–dedi. 
– Kim? 
Morozov frakının qırışığını sığalladı: 
– Zarafatı burax, guya, bilmirsən kimi deyirəm? Sən gəl atan yerində olan Borisi 
küçənin ortasında özündən çıxarma! Elə bilirsən, ikicə həftənin içində üç dəfə 
«Şəhrizad»a niyə gəldiyini başa düşmürəm? Bir dəfə mavi gözlü, qara saçlı bir 
nazəninlə, iki dəfə də tək gəlmisən. İnsan çox zəif məxluqdur, yoxsa o bu qədər 


gözəl olardı?! 
160 
– Cəhənnəm ol, çərənçinin biri çərənçi! Mənə indi möhkəm dayanmaq lazımdır, 
sən isə adamı alçaldırsan. 
– Deməsəm, yaxşı olardı? 
– Əlbəttə. 
Morozov geri çəkilib, iki amerikalını içəri buraxdı. 
– Onda qayıt, get, – dedi, – başqa vaxt gələrsən. 
– Təkdir? 
– Sən özün yaxşı bilirsən ki, yanında kişi olmasa, heç əlahəzrət knyaginyanı da 
içəri buraxmarıq. Bu sualın Ziqmund Freydin xoşuna gələrdi. 
– Sən nə bilirsən, Ziqmund Freyd kimdir?! Sərxoşsan... Şefin kapitan Çeçenidzeyə 
şikayət edəçəyəm... 
– Kapitan Çeçenidze o vaxtlar mən podpolkovnik olduğum polkda poruçik idi, 
oğul bala! O, bunu yadından çıxarmır. İstəyirsən, get, şikayət elə... 
– Yaxşı, qoy keçim. 
– Ravik!–Morozov ağır əllərini onun çiyninə qoydu.– Eşşək olma! Get o mavi 
gözlü nazəninə zəng elə, onunla buyur. Dünyagörmüş qoçanın ağıllı məsləhətinə 
qulaq as. Üzdən elə qiymətli sözə oxşamır, ancaq tutarlıdır. 
–Yox, Boris, – Ravik onun üzünə baxdı. – Elə kələklər burada keçmir. Heç özüm 
də istəmirəm. 
– Onda evə get. 
– İyli-qoxulu «Palma zalı»na? Yoxsa, yatdığım tövləyə? 
Morozov, Raviki buraxıb, taksi axtaran qadınla kişiyə köməyə getdi. Ravik onu 
gözlədi. 
– Sən, mən düşündüyümdən də ağıllı imişsən, yoxsa indi keçib oturmuşdun...– 
Morozov qızılı haşiyəli furajkasını peysərinə itələdi və yenə nəsə demək istəyəndə, 
əynində ağ smokinq olan sərxoş bir cavan oğlan qapıda göründü: 
– Cənab polkovnik, bir yarış maşını! 
Morozov növbəti taksinin sürücüsünə əl elədi, səndləyən oğlanı maşına oturtdu. 
– Niyə gülmədiniz?! – Oğlan təəccübləndi. – «Polkovnik»i yaman dedim... Elə 
deyil? 
– Yaxşı dediniz. Ancaq «yarış maşını» ondan da yaxşı çıxdı. 
Morozov geri qayıtdı: 
– Fikrimi dəyişdim, – dedi, – keç otur, tüpür getsin. Mən də olsam, gedərdim. Bu, 
nə vaxtsa olmalıdır, tez olsa, yaxşıdır. Qurtar getsin! Ya elə, ya da belə... Bəzən 
uşaq kimi hərəkət etmiriksə, demək, qocalmışıq. 
– Mən də fikrimi dəyişdim, başqa yerə gedəcəyəm. 
Morozov sevinclə ona baxdı: 
– Yaxşı, – dedi, – onda yarım saatdan sonra görüşərik 
– Bəlkə də, yox. 
– Bir saat olsun. 
İki saat sonra Ravik «Kloş djOr» meyxanasında oturmuşdu. Adam lap az idi. 
Aşağıdakı barda fahişələr tara düzülmüş tutuquşları kimi cərgə ilə oturub laqqırtı 
vururdular. Əllərində kokain tutmuş iki alverçi turist gözləyirdi. Yuxarıdakı zalda 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə