Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə60/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   56   57   58   59   60   61   62   63   ...   112

Ravik dinmədi. 
– Elə bilirdim, qayıtmayacaqsan...– O, yenə təkrar elədi. Ravik ona baxdı: 
– Joan... 
163 
– Yox! Bunlar həqiqət deyil! Heç biri həqiqət deyil! Heç biri! 
– Joan! – Ravik bu sözləri ehtiyatla dedi: – Öz stoluna qayıt! 
Joanın gözləri doldu. 
– Öz stoluna qayıt, Joan! 
– Günahkar sənsən! – O hıçqırdı. – Sən! Sən özün! 
O, sərt bir hərəkətlə dönüb getdi. Ravik stolu bir az yana çəkib oturdu. Kalvadosla 
dolu qədəh gözünə sataşdı, götürüb içmək istədi, ancaq nədənsə içmədi, Joanla 
danışanda sakit idi. İndisə həyəcanlanmışdı. «Qəribədir...» – ürəyindən keçirdi. 
Sinəsindəki dərialtı əzələlər titrəyirdi. Niyə məhz onlar titrəyirdi? Qədəhi götürüb, 
diqqətlə əlinə baxdı. Titrəmirdi... Joan tərəfə baxmadan içdi. 
Yanından keçən xidmətçiyə: 
– Bir qutu «Kaporal» gətirin, – dedi. 
Siqaret yandırıb, kalvadosun qalanını içdi. Hiss elədi ki, Joan ona baxır. «Nə 
istəyir? – Ürəyindən keçirdi. – İstəyir, onun gözləri qabağında qüssədən içib sərxoş 
olum?!» İşarə ilə xidmətçini çağırıb, pulunu verdi. O qalxan anda Joan 
yanındakılardan biri ilə söhbətə başladı. Onların yanından keçəndə, başını da 
qaldırmadı. Gərgin bir təbəssümlə gülümsəyəndə üz-gözündən amansızlıq, 
soyuqluq yağırdı, heç bilinmirdi, nə istəyir... 
Ravik küçələri xeyli dolaşandan sonra gördü ki, yenə gəlib «Şəhrizad»a çıxıb. Onu 
görəndə Morozovun üzünə təbəssüm qondu: 
– Yaxşı dayandın, əsgər qardaş! Elə bilirdim, biryolluq getdin. Adamın 
peyğəmbərliyi üzə çıxanda kefi açılır! 
– Sevinməyə tələsmə. 
– Sən də tələsmə, gecikmisən. 
– Bilirəm... Görüşmüşük... 
– Nə? 
– «Kloş djOr» restoranında rastlaşdıq. 
– İşə bax!–Morozov lap çaşbaş qalmışdı. – Ana təbiətin də belə işlərindən 
keçməyəsən. 
– İşdən nə vaxt çıxırsan, Boris? 
– İndicə qurtarıram, adam qalmayıb. Gedim geyimimi dəyişim. Ona kimi içəri keç, 
böyüklərin hesabına bir az araq iç. 
– Yox, gözləyirəm. 
Morozov ona baxdı: 
– Özünü necə hiss eləyirsən? 
–Çox pis. 
– Elə bilirdin, başqa cür olacaq? 
– Hə. Adam həmişə nəsə başqa cür gözləyir... Get, geyimini dəyiş. 
Ravik divara söykəndi. Lap yanında gülsatan yaşlı qadın gülləri yığışdırırdı. Ona 
təklif eləmədi. Ürəyindən keçən özünə də gülünc gəlirdi, ancaq təklif eləsəydi, 
alardı. Bu isə o demək idi ki, qadın onun gül alacağına inanmırdı. Cərgə ilə 


düzülmüş evlərə baxdı. Pəncərələrin bəzilərindən hələ də işıq gəlirdi. Taksilər 
yavaş-yavaş o tərəf-bu tərəfə keçirdi. Özgə nə gözləyirdi? Belə olacağını 
əvvəlcədən bilmirdimi? Gözləmədiyi bircə o idi ki, Joan birinci başlayacaq. Niyə 
də başlamamalı idi? Birinci vuran qazanar, deyiblər... 
164 
Xidmətçilər bir-bir çıxmağa başladı. Bütün gecəni qafqazlı olmuş, qırmızı rəngli 
çərkəzi çuxa, uzunboğaz çəkmə geymişdilər. İndi isə adicə yorğun adamlar idilər 
və Ravikə qəribə görünən gündəlik geyimdə yavaş-yavaş evlərinə dağılışırdılar. 
Lap axırda Morozov çıxdı. 
– Hara gedirik?–deyə soruşdu. 
– Bu gün hər yerdə olmuşam. 
– Onda gəl mehmanxanaya gedək, şahmat oynayaq. 
– Nə? 
– Şahmat oynayaq. Taxta fiqurlar adamın həm fikrini dağıdır, həm də diqqətini 
toplayır. 
– Yaxşı,–Ravik razılaşdı,–niyə də oynamayaq?! 
Ravik oyandı və o dəqiqə də hiss elədi ki, Joan otaqdadır. Qaranlıq idi, görə 
bilmirdi, ancaq hiss eləyirdi ki, gəlib. Otaq da, pəncərə də, hava da, hətta özü də 
başqalaşmışdı... 
– Oyun çıxarma,–dedi,–işığı yandır, yaxın gəl! 
Joan yerindən tərpənmədi, elə bil, heç nəfəs də almırdı. 
– Gizlənqaç oynama, Joan! 
– Yaxşı... – O, astadan dilləndi. 
– Onda yaxın gəl! 
– Bilirdin ki, gələcəyəm? 
– Yox, qapı həmişə açıq olur. 
Joan bir anlığa susdu, sonra: 
– Elə bilirdim, hələ qayıtmamısan,–dedi.–İstəyirdim... Elə bilirdim... Dedim, indi 
haradasa oturub içirsən... 
– Mən də elə bilirdim. Ancaq gəlib şahmat oynadım. 
– Nə? 
– Şahmat oynadım. Morozovla... Aşağıda, susuz akvariuma oxşayan zalda... 
– Şahmata bax!–O, bir az irəli gəldi.–Şahmat! Bu ki... Şahmatı elə adam oynayar 
ki... 
– Mən də elə bilirdim, ancaq oynadım. Hətta yaxşı oynadım, bir partiya da uddum. 
– Sən dünyanın ən soyuq, ən daşqəlbli adamısan! 
– Artistlik eləmə, Joan! Mənim özümün də artistlikdən xoşum gəlir, ancaq bu gün 
lazım deyil. 
– Artistlik eləmirəm. Mən bədbəxtlərin bədbəxtiyəm. 
– Yaxın gəl! Bunları da bir tərəfə qoyaq... Adam bir az bədbəxt olanda artistlik 
eləməyi yaxşıdır. Mən bir kişi tanıyırdım, arvadı ölən dəqiqədən torpağa qoyulana 
kimi öz otağına çəkilib, şahmat məsələsi həll elədi. Hamı ona daşürəkli deyirdi, 
ancaq bircə mən bilirdim ki, arvadını dünyada hər şeydən çox istəyirdi. Sadəcə 
olaraq, nə edəcəyini bilmir, gecə-gündüz şahmat məsələsi həll eləyirdi ki, onu 
yadından çıxara bilsin... 


Joan indi düz otağın ortasında dayanmışdı: 
– Sən də ona görə oynayırdın? 
– Yox! Dedim ki, başqası idi. Sən gələndə yatırdım. 
– Hə, yatmışdın! Yata da bilirsən... 
165 
Ravik yerin içində dirsəkləndi: 
– Arvadını itirən başqa bir kişi də tanıyırdım. Üzüqoylu yıxılıb, iki gün, iki gecə 
yatdı. Arvadın anası yaman özündən çıxmışdı. Başa düşmürdü ki, adam 
bədbəxtlərin bədbəxti olanda da həmin bədbəxtliyə yaraşmayan işlər görə bilər. 
Görürsənmi, bədbəxtliyin ölçüsü nə olub?! Gəlib görsəydin, ağlım başımda deyil, 
sərxoşam, onda hər şey təbii olardı. Ancaq şahmat oynamağım, sonra da yatmağım 
o demək deyil ki, daşürəkliyəm. İndi aydın oldu? 
Nəsə yerə dəyib çilik-çilik oldu. Joan gülqabını götürüb döşəməyə çırpmışdı. 
–Eybi yoxdur, onsuz da ondan zəhləm gedirdi. Ehtiyatl1ı ol, qırıqları ayağına 
batar... 
Joan ayağı ilə şüşə qırıqlarını yana itələdi: 
– Ravik, – dedi, – niyə belə eləyirsən? 
– Doğrudan, niyə eləyirəm? Özüm özümə ürək-dirək verirəm... Elə deyil, Joan? 
Üzünü tez Ravikə tərəf çevirdi: 
– Oxşayır.. Ancaq səndən baş açmaq çətin məsələdir. 
O, döşəməyə səpələnmiş şüşə qırıqlarının arasından ehtiyatla keçib, çarpayının 
ayaq tərəfində oturdu. Hava işıqlanmışdı və Ravik onun sifətini aydınca seçirdi. İşə 
bax, orada yorğunluqdan əsər-əlamət yox idi! Əksinə, cavan görünürdü, təravətli 
idi. Əynində təzə plaş vardı və «kloş d´Or»a geydiyi paltarı da dəyişmişdi. 
– Elə bilirdim, heç vaxt qayıtmayacaqsan, Ravik! 
– Hə, çox çəkdi, tez qayıda bilmədim. 
– Niyə məktub yazmadın? 
– Xeyri olardı? 
Joan baxışlarını başqa səmtə döndərdi: 
– Yazsan, yaxşı olardı... 
– Qayıtmasam, daha yaxşı olardı. Ancaq neyləyim, başqa ölkədə, başqa şəhərdə 
qərar tuta bilmirəm. İsveçrə çox balacadır, qalan ölkələr də faşistlərlə doludur. 
– Bura da... polislə... 
– Polis elədir ki, həmişəki kimi, tuta da bilər, tutmaya da... Bu da bir təsadüf idi, 
haqqında fikirləşməyə dəyməz. 
Ravik siqaret qutusunu götürdü. Yaxındakı stolun üstündə idi. Bir az iri, rahat stol 
idi, üstünə kitab, siqaret, başqa şeylər qoyurdu. Adətən, çarpayıların yanına 
qoyulan dolabçalardan, ayaqları diyircəkli, üstü süni mərmərdən düzəldilmiş alçaq 
stollardan zəhləsi gedirdi. 
– Mənə də siqaret ver,–Joan dilləndi. 
– İçmək istəyirsən?–Ravik soruşdu. 
– Hə. Ancaq sən durma, özüm gətirərəm. 
Şüşəni gətirib qədəhləri doldurdu. Birini Ravikə verdi, birini də özü içdi. İçəndə, 
plaş sürüşüb çiyinlərindən düşdü. Ravik getdikcə işıqlaşmağa başlayan 
alaqaranlıqda onun əynindəki donu gördü. Antibə gedəndə aldığı idi. Niyə bunu 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə