Milli Virtual Kitabxananın təqdimatında Erix Mariya Remark



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə52/112
tarix12.10.2018
ölçüsü2,05 Mb.
#73808
1   ...   48   49   50   51   52   53   54   55   ...   112

Ravik Joana baxdı. O da təbəssümlə cavab verdi. Rəngi qaçmış, üz-gözündən də 
yorğunluq yağırdı və daha da zərifləşmişdi. Joan öz zərif yorğunluğu ilə dünənin 
acı xatirələrini udmuş bu sehirli, alaqaranlıq, sakit səhərçağı həmişəkindən də 
gözəl görünürdü. Ancaq həmin səhərin özündə də bir qeyri-müəyyənlik var idi. 
141 
Yer üzünü asta-asta nura qərq eləsə də, vaxtı-vədəsi hələ bilinmirdi və elə bil, nə 
istədiyindən özünün də xəbəri yox idi! 
Qurşağa oxşayan Antib buxtası sürətlə onlara tərəf gəlirdi. Hər yan getdikcə 
işıqlaşırdı. Yavaş-yavaş maviləşən gündüz dənizdəki dörd hərbi gəminin bomboz 
kölgəsini əridirdi. Onların biri kreyser, qalan üçü isə eskadra mina gəmisi idi. 
Deyəsən, gecə gəlmişdilər. Getdikcə ağaran səmanın fonunda lal dənizin qoynuna 
sinmiş bu gəmilər adamı qorxudurdu. Ravik Joana baxdı. Joan başını onun çiyninə 
söykəyib yatmışdı... 
XVII 
Ravik xəstəxanaya yollandı. Riveradan qayıtdığı bir həftə idi. Qəflətən dayandı. 
Gözləri önündə açılan mənzərə uşaq oyununa bənzəyirdi. Tikilməkdə olan təzə 
bina günəş işığında elə bərq vururdu ki, deyərdin, daşdan deyil, uşaq oyuncağından 
quraşdırılıb. Taxta körpülər aydın səmanın fonunda tük kimi nazik görünürdü və 
qəflətən onlardan hansısa sındı, tirlərdən biri ayrılıb göydə yellənməyə başladı. 
Onun üstündə insan fiquruna oxşar bir şey var idi və sanki, üstünə milçək qonmuş 
kibrit çöpü üzüaşağı yerə gəlirdi... Tir hələ göydə idi, yol gəlirdi, yerə çatmırdı ki, 
çatmırdı... Fiqur tirdən aralanmışdı, boş havada əl-qol atıb dayaq axtaran balaca 
kuklaya bənzəyirdi. Sanki, yer üzündəki həyat bircə anlığa dondu, dünyaya ölüm 
sükutu çiləndi, heç nə tərpənmədi... Külək də, nəfəs də, hənirti də dayanmışdı. Yer 
üzündə tərpənən təkcə o fiqurla tir idi, onlar da elə hey gəlir, gəlirdi... 
Birdən hamı hərəkətə gəldi, səs-küy eşidildi. Ravik indi hiss etdi ki, bayaqdan 
nəfəsini içinə çəkib gözləyirmiş. Yüyürməyə başladı. 
Yıxılan adam asfalta sərilmişdi. Birçə saniyə əvvəl küçə, demək olar ki, bomboş 
idi, indisə adam əlindən tərpənmək olmurdu. Hər yandan axışıb gəlirdilər, elə bil, 
həyəcan siqnalı verilmişdi. Ravik camaatı yara-yara irəlilədi. Gördü ki, iki fəhlə 
yaralını qaldırmaq istəyir. 
– Tərpətməyin! Qoyun eləcə qalsın! – deyə qışqırdı. 
Hamı ona yol verdi. Fəhlələr yaralını yerdən üzmüşdülər. 
– Asta-asta yerə qoyun! Ehtiyatla! Yavaş-yavaş... 
– Nəçisiniz? – fəhlələrdən biri soruşdu. – Həkimsiniz? 
– Bəli. 
– Yaxşı oldu! 
Fəhlələr yaralını asfaltın üstünə uzatdılar. Ravik dizi üstə çöküb, onun ürəyini 
dinlədi. Ehtiyatla, qan-tərə batmış köynəyinin yaxasını açdı, əli ilə bədənini 
yoxladı. Sonra ayağa durdu. 
– Nə olub? – bayaqkı fəhlə soruşdu. – Huşunu itirib? 
Ravik başını buladı: 
– Ölüb! – dedi. 
– Ölüb?! 
– Bəli. 


– Ola bilməz! – Kişi heç nə başa düşmədi. – Axı biz indicə bir yerdə nahar elədik?! 
142 
– Həkim gəldi? – Arxada dayanıb irəli boylanan adamlardan hansısa soruşdu. 
– Nə olub? – Ravik gözləri ilə onu axtardı. 
– Həkim gəlib? Tez olun! 
– Nə olub? 
– Qadın... 
– Hansı qadın? 
– Tir ona dəyib! Qan aparır... 
Ravik camaatı yara-yara o tərəfə getdi. Bəstəboy, göy rəngli iri önlük taxmış bir 
qadın əhəng quyusunun yanındakı qum yığınının üstünə yıxılmışdı. Qırışmış sifəti 
avazımış, bir nöqtəyə zillənib qalmış gözləri isə kömür kimi qaralmışdı. 
Boğazından sızan qan kiçik fəvvarəyə bənzəyirdi, bir az yuxarı qalxan kimi əyilir, 
yana tökülürdü. Başının altında artıq qapqara bir gölməçə yaranmışdı. 
Ravik arteriya damarını sıxdı. Həmişə yanında gəzdirdiyi əl çantasından sarğı 
çıxardı, çantanı yanındakılara uzatdı: 
– Bunu tutun, – dedi. 
Dörd əl birdən uzandı, ancaq çanta yerə düşüb açıldı. Ravik tez qayçını, tamponu 
götürdü, sarğını açdı. 
Qadın dinmirdi. Gözləri də bayaqkı kimi bircə nöqtəyə zillənib qalmışdı. Bütün 
əzələləri gərilmiş, bədəni taxtaya dönmüşdü. 
– Heç nə yoxdur, anacan, – Ravik dilləndi. – Heç nə yoxdur. 
Tir onun çiyni ilə boğazını tutmuşdu. Çiyni bərg əzilmişdi. Körpücük sümüyü 
sınmışdı. Xınçım-xıncım olmuş oynaq sümüyü daha bitişməzdi. 
– Sol qoludur, – Ravik əlini yavaş-yavaş onun boynuna tərəf apardı. Yalnız dərisi 
sıyrılmışdı, qalan hər şey salamat idi. Ayağı burxulmuşdu. Ravik topuğu, sümüyü 
yoxladı. Boz rəngli corabları çox yerdən gözənmişdi, ancaq deşiyi yox idi. Dizdən 
bir az aşağı qara lentlə bağlanmışdı. Ravik bunları o qədər görmüşdü ki! Qara 
qaytanlı yamaqlı ayaqqabılar, ilgək vurulmuş bağlar... Çoxunun da burnu deşik 
olurdu... 
– Təcili yardıma zəng vuran olub? – deyə soruşdu. Cavab verən olmadı. 
– Deyəsən, polis zəng elədi. – Kimsə bir azdan dilləndi. Ravik dikəldi. 
– Polis? Haradadır? 
– Orada... O birinin yanında. 
Ravik ayağa qalxdı: 
– Demək, hər şey qaydasındadır... 
Aralanmaq istədi. Elə bu vaxt polis camaatı yara-yara gəldi. Əlində qeyd dəftərçəsi 
tutmuş cavan bir oğlan idi və əsəbi halda ucu yeyilmiş balaca karandaşı 
tüpürcəkləyirdi. 
– Hər şey qaydasındadır. 
– Bircə dəqiqə, –deyə o, nəsə yazmağa başladı. – Bircə dəqiqə, müsyö! 
– Tələsirəm, ağır xəstəm var. 
– Bircə dəqiqə, müsyö! Həkimsiniz? 
– Damarı tapıb bağladım, vəssalam. İndi təcili yardımı gözləmək lazımdır. 
– Bircə dəqiqə, müsyö! Qoyun adınızı qeyd eləyim, sizin şahidliyiniz vacibdir. 


Qadın ölə bilər... 
– Ölməz. 
143 
– Kim bilir?! Hələ dəyən ziyanın ödənməsi də var. 
– Təcili yardıma zəng vurmusunuz? 
– Yoldaşım vurası idi. Mane olmayın, daha da uzanacaq. 
– Qadın çan verir, siz isə getmək istəyirsiniz, – fəhlələrdən hansısa giley-güzar 
elədi. 
– Mən olmasaydım, ölərdi. 
– Lap yaxşı! – Fəhlə çox məntiqsiz danışırdı. – Demək, qalmalısınız. 
Yanında fotoaparat çıqqıldadı. Şlyapalı bir kişi özünü irəli təpmişdi və təbəssümlə 
deyirdi: 
– Bəlkə, yenə əyiləsiniz? Guya yaranı sarıyırsınız?! 
– Xeyr! 
– Mən qəzetdənəm, şəklinizi verəcəyik. Adınız, ünvanınızda göstəriləcək. 
Yazacağıq ki, qadını xilas edibsiniz. Yaxşı reklamdır. Xahiş edirəm, bu tərəfə 
keçin, bura yaxşı işıq düşür. 
– Cəhənnəm olun! Qadına indi təcili yardım lazımdır. Sarğını çox saxlamaq olmaz, 
gərək dəyişilsin. Siz təcili yardımın dərdinə qalın. 
– Hər şeyin öz vaxtı var, müsyö,–polis araya girdi. – Əvvəlcə protokol tərtib etmək 
lazımdır. 
– Ölən kişi adını sənə dedi? – yeniyetmə bir oğlan soruşdu. 
– Tfu! Sən mumla! 
– Bu tərəfdən də çəkin! – Kim isə fotoqrafa göstəriş verdi. 
– Niyə? 
– Çəpərlənmiş səkidən keçdiyi də görünsün. Bu küçədən, getmək olmazdı. Ora 
baxın, – o, üstünə «Diqqət! Giriş qadağandır!» sözləri yazılmış çap lövhəni 
göstərdi. – Elə çəkin ki, o da görünsün, bizə lazım olacaq. Burada ziyandan, 
təqaüddən söhbət ola bilməz! 
– Mən fotomüxbirəm, – şlyapalı kişi onun dediklərinə fikir vermədi, – özüm nəyi 
maraqlı hesab edirəmsə, onu da çəkirəm. 
– Bu ki maraqlıdır! Maraqlı nəyə deyirsiniz? Lövhənin fonunda qadının şəkli... 
– Lövhə heç... hadisənin özü maraqlıdır. 
– Onda dediklərimi protokola salın! – Kişi polisin çiyinlərinə toxundu. 
Polis nəfəri acıqlandı: 
– Siz kimsiniz? 
– Tikinti firmasının nümayəndəsi. 
– Çox gözəl, siz də getməyin!–Polis qadına tərəf əyildi:–Adınız nədir? Onu da 
bilmirsiniz? 
Qadının dodaqları tərpəndi, kirpikləri qalxıb-endi. 
«Kəpənəyə, yorulub heydən düşmüş kəpənəyə oxşayır! – Ravik ürəyindən keçirdi 
və o dəqiqə də özünü söydü: – Ay axmaq, sən öz dərdinə qal, gör birtəhər aradan 
çıxa bilirsənmi...» 
– Lənət şeytana! – Polis deyindi. – Bəlkə də, ağlını itirib. İşə düşmədik?! Növbəm 
də saat üçdə qurtarır. 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə