Milli Virtual Kitabxananın Təqdimatında


  Budaqlardan yerə gəlmiş qonaqlar – sarı yarpaqlar



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə23/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

  

 

47



 

Budaqlardan yerə gəlmiş qonaqlar – sarı yarpaqlar, 

Qonaq? Yox, yox yetim qalmış uşaqlar – sarı yarpaqlar. 

 

Küləklə dost olub çox gəzdilər birlikdə dünyanı, 

            Yəqin məntək o cananı soraqlar sarı yarpaqlar.  

 

            Ayağın dəydiyi hər bir yerə üz sürtmək istərlər

            Odur şövq ilə torpağı qucaqlar sarı yarpaqlar. 

 

            Yenə sənsiz göz ağlar, cism üryan, çöhrə sapsarı, 

            Payızdır: gur yağış, çılpaq budaqlar, sarı yarpaqlar. 

 

            Deyirlər hər ağac bir aşiqin qəm dəftəri olmuş, 

            Bu dəftərdən qopan solğun varaqlar – sarı yarpaqlar 

 

 Elə bil tapdalanmış haqqıdır məzlumların yerdə, 

 

Bu az ömründə çox görmüş ayaqlar, sarı yarpaqlar. 

 

 

Eşitsən bağçada yüngül xışıltı, anla ki, Fəhmi 

 Bilib 

talelərin sakitcə ağlar sarı yarpaqlar 

 

 



Bakının adının və əhalisinin Hindistanla bağlılığı  üç faktorda təzahür edir. Birinci faktor, 

qeyd etdiyimiz kimi islamdan əvvəlki dövrdə Hindistandan bura gələn və    bizim  nöyütü  Allah 

bilib ona, daha doğrusu, ondan yaranan Alova sitayiş  atəşpərəstləri (belə məlum olur ki, nöyütü 

«allah» bilməkdə  qədim hind atəşpərəstləri indiki ingilisləri, amerikalıları çox-çox 

qabaqlamışdılar), ikinci faktor artıq bu yaxınlarda, yəni iki yüz il əvvəl Bakıya gəlib Suraxanıda 

məskunlaşan Hindistanın krişnaidləri, üçüncü  faktor isə mənim nənəmin Buddaya oxşamasıdır. 

Birinci faktor barədə söhbət etmişik, ikinci faktora isə Bakı memarlığından danışanda 

toxunacağıq. Hə, qalır üçüncü faktor, yəni mənim nənəmin Buddaya oxşamağı.  

Bir neçə il bundan əvvəl təsadüfən  əlimə düşən bir kitabda Həzrəti- Buddanın  şəklini 

görmüşdüm. Çox əntiqə  şəkil idi: özü ortada hərəkətsiz oturaraq ilahi və  əbədi bir istirahətlə 

məşğuldur, bütün kainat – ulduzlar, ay, günəş, insanlar, dağlar, daşlar, bir sözlə, hər  şey onun 

ətrafına fırlanır.  

O saat nənəm yadıma düşdü və  təsəvvürümdə  əntiqə bir multfilm  (indiki dillə desək,  

cizgi filmi) canlandı – nənəm köhnə həyətimizin ortasındakı balaca otağında bardaş qurub Quran 

oxuyur, bütün ailə üzvlərimiz isə həyət qarışıq asta-asta onun başına fırlanır. Həm də nənəmdən 

başqa hamı ikiqat hərəkətdədirlər, yəni babam buxara papağını  təmizləyir, atam kommunizmin 

məziyyətlərindən danışır,  əmim kazbeki damağına sıxıb damda quş uçurdur, anam corab 

toxuyur, bibimsə uzun saçlarını hörür.  




  

 

48



Bu multfilmin ən maraqlı detalı isə bu idi ki, hamı öz işini görməklə bərabər gözucu, hiss 

olunmadan  nənəmə baxırdı, elə bil onun qəzəbli baxışlarıyla toqquşmaqdan qorxurdular, ehtiyat 

edirdilər. 

Yox, heç kim nənəmdən qorxub eləmirdi,  əstəğfürullah,  Əzrayıl deyildi ki qorxaydılar 

ondan. Ümumiyyətlə, dünyavü-üqbadə  nənəmdən qorxan yeganə  məxluq bizim həyətdəki 

pişiyimiz idi ki, binayi-qədimdən nənəmin ondan zəhləsi gedirdi.  

– Biqiryət kopoyoğlu, (pişiyi deyirdi) siçan-siçovul görəndə qorxudan az qalır girsin yerə

bizə çatanda sinəsini qabağa verib elə gəzir ki, elə bil Rüstəm-Zalın pələngidi.  

Hərçənd, Rüstəm Zalın pələng saxlayıb-saxlamaması barədə tarixi mənbələrdə heç bir 

məlumat yoxdur, lakin bizim pişik həyətdə siçan, ələlxüsus da siçovul görəndə, doğrudan da 

tamam dəyişirdi, prezident müşavirəsində əyləşən indiki nazirlərin sifətini alırdı, bu da əlbəttə ki, 

nənəmin xoşuna gəlmirdi. Büzüşmüş pişiyə baxıb deyinirdi ki, anası siçovulları cüt-cüt boğurdu, 

onun qorxusundan həyətə siçovlu yox e, heç milisaner də gəlmirdi. Qorxurdular ki, naqafil çıxıb 

atdanar sifətdərinə. Heyif, maşın altında qalıb öldü yazıq. Bu bifər bilmirəm kimə oxşadı. 

Nənəmin sözündə müəyyən qədər həqiqət olsa da, şəxsən mən pişiyimizi çox gözəl başa 

düşürdüm. Bakının mistik aurasının təsiri altında bizim yerli siçovullar böyüyüb elə qorxunc 

görkəm almışdılar ki, elə  mən özüm də, on-on iki yaşınacan onlardan it kimi qorxurdum,  o ki 

qaldı fəqir, arıq bir pişik ola.    

Hə, sözüm ondadı ki, əslində ailə üzvlərimizdən heç biri nənəmdən qorxub eləmirdi. 

Sadəcə, bizimkilərçün nənəm müəyyən mənada prizma rolunu oynayırdı, bütün hərəkətlərinin

əməllərinin mahiyyəti bu prizmadan keçən zaman açılırdı, içi görünürdü, heç nəyi gizli saxlamaq 

olmurdu. 

Çox vaxt onun dediklərini qulaq ardına vursalar da, fikir verməsələr də ( ən çox da 

kommunist atam) hamı ürəyinin dərinliyində bilirdi ki, arvad müəyyən dərəcədə  haqlıdır.  Lakin 

onun həqiqətləri, bir növ, dünyadan bixəbər olan, qaranlıq bir mağaradan çıxmış övliyaların 

moizələri kimi qəbul edilirdi, yəni bəlkə  də  sən düz deyirsən, lakin bu dünyada elə yaşamaq 

olmaz, bu zamanın öz hökmü var, gərək məhz biz olan kimi olasan, yoxsa aqibətin heç də yaxşı 

olmaz.  


Beləcə, ailəmizdəki bu cür qısaqapanmalar məndə ilk dəfə dünyavi həqiqətlərin nisbiliyi 

barədə fikir yaratmış oldu. Atam bir söz deyirdi, fikirləşib görürdüm ki, haqlıdı, düz deyir. Sonra 

nənəmin yanına gəlirdim, o öz növbəsində atamın dediyinin əksini israr edirdi, fikirləşib 

baxırdım ki, arvad da düz deyir. Babam bu iki qütbün arasında barışdırıcı mövqe tutubdu, baş 

sındırıb baxırdım ki, ən ağıllısı kişinin fikridir. 

Lap axırda da avara, cüvəlləğı əmim gəlib özünü çatdırırdı və mübahisə gedən mövzuda 

elə bir naqolay  fikir deyirdi ki, hamımız çaş-baş qalırdıq, məlum olurdu ki, əvvəl deyilənlərin 

hamısı içiboş  fındıq imiş,  ən ağıllı adam elə  əmimdi ki, ondan ötrü dünyada ən böyük həqiqət 

kazbekin içini doldurmaqçün şey tapmaqdan və sökdüyü maşın mühərrikini necə lazımdı yığıb, 

tez pulunu almaqdan ibarətdir. 

Əslində bir fəlsəfi kateqoriya olaraq, «həqiqət»ə nifrətim də elə  həmin vaxtlardan 

başlamışdı  və bu «həqiqət» deyilən məfhum mənim təsəvvürümdə    hər bir potensial «klientin» 

şəhvani istəklərinə uyğunlaşmağa qadir olan fahişə arvadlar görkəmində canlanmışdı. Sadəcə, 

araşdırdığımız situasiyada, kişi bədəninin yerini insan şüuru tuturdu.  




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə