Mineral güBRƏLƏRİn təSNİfati


Sintetik ammonyakdan ammonium sulfat istehsalı



Yüklə 12,67 Mb.
səhifə26/44
tarix26.04.2022
ölçüsü12,67 Mb.
#86037
1   ...   22   23   24   25   26   27   28   29   ...   44
C fakepathMühazir .bakalavr Min.gübr

Sintetik ammonyakdan ammonium sulfat istehsalı

Ammonium sulfat sintetik ammonyakdan quru və yaş üsulla alınır. Quru üsul kamerada sulfat turşusunun qazşəkilli ammonyakla çiləmə (püskürmə) üsuluna əsaslanır. Sulfat turşusunun xırda sıçrıntıları ani olaraq ammonyakla neytrallaşdırılaraq bərk quru ammonium sulfat kristallarına çevrilir, sulfat turşusu ilə daxil olan su reaksiya istiliyi hesabına buxarlanır və buxar halında aparatdan çıxarılır. Quru məhsul reaksiya kamerasının dib hissəsinə düşür.

Şəkil 22-də ammonium sulfat istehsalının sxemi verilmişdir. Anbardan verilən sulfat turşusu 68-71%-ə qədər su ilə durulaşdırılır və basqı çənindən (3) saturatorda (6) yerləşən barbatyorun (5) alt hissəsində bitən yuyucuya (4) daxil olur. Saturatordan və yuyucudan əksaxınla reaksiya kamerasından (9) çıxan su buxarı ammonyak qalıqları ilə turşuya keçir. Ammonyak turşu ilə udularaq ammonium sulfat əmələ gətirir. Su buxarı reaksiya kamerasından 200-2200C temperaturla çıxır və turşunu saturatorda 135-1400C-ə qədər qızdırır.



Şək. 22. Quru üsulla sintetik ammonyakdan ammonium sulfat istehsalı:

1–sulfat turşusu üçün qəbul çəni; 2–mərkəzdənqaçma nasosu; 3–sulfat turşusu üçün basqı çəni; 4–yuyucu; 5–barbotyor; 6–saturator; 7–sulfat turşusu üçün dozimetr; 8–diskli səpələyici; 9– reaksiya kamerası; 10–qazpaylayıcı çətir; 11–ammonium sulfatın boşaldılması üçün ərsin; 12–tıxac; 13– şnek; 14 – ventilyator; 15–ərsin ötürücüsü

Bu temperaturda tərkibində müəyyən miqdar ammonium sulfat olan turşu saturatordan dozimetri (7) keçərək 3000 dövr/dəq. sürətlə fırlanan reaksiya kamerasında (9) quraşdırılmış diskli səpələyiciyə (8) daxil olur. O turşunun nazik sıçrantılarını kameranın bütün axını boyunca paylayır. Reaksiya kamerasının diametri 7,5 m, hündürlüyü 3,75 m-dir və karbonlu poladdan hazırlanır. Korroziyanın qarşısının alınması üçün turşu kameranın divarlarına düşməməlidir. Ammonyakın yaxşı paylanması üçün kameranın divarları yaxınlığında kameranın dib hissəsindən 1,9 m hündürlüyündə çətir yerləşdirilir. Ammonyak aşağı girişdən kameranın mərkəzinə və yuxarı dörd girişdən isə kameranın divarları və çətir arasındakı dar boşluğa daxil olur. Bununla ammonyakın reaksiya sahəsində bərabər paylanması əldə edilir. Ammonyak sulfat turşusunun sıçrantılarına doğru hərəkət edir. Əmələ gələn ammonium sulfat kristalları kameranın dib hissəsinə çökür və 2 dövr/dəq sürətilə fırlanan və duzu periferiyadan mərkəzə doğru hərəkət etdirən ərsinin (11) köməyi ilə boşaldılır. Məhsul pərli tıxacdan (12) keçərək boşaldılır və şneklə (13) anbara ötürülür. Boşaldıcıda və şnekdə olan məhsul tıxac rolunu oynayır. Bu tıxac ammonyakın reaksiya kamerasının altındakı dəlikdən çıxmasına mane olur. Kameradan boşaldılan ammonium sulfat yüksək temperatura (2200C) malik olduğundan onu qablaşdırmaq olmaz. Lakin anbara verilərkən o, kifayət qədər soyuyur. Bu üsulla alınan məhsulun tərkibində 21% azot, azı 0,1% nəmlik və 0,15%-dən çox olmayaraq sərbəst turşuluq olur. Lakin bu texnoloji rejimə dəqiq riayət olunmasını tələb edir. Turşunun lazımi qatılığı və ammonyakın kifayət miqdarda verilməsi elə olmalıdır ki, onlar arasındakı reaksiya temperaturu 200-2200C həddində saxlanılsın. Temperaturun aşağı düşməsi məhsulda nəmliyin turşuluğun artmasına gətirib çıxarır. Quru üsulla alınan ammonium sulfat çox xırda, tozlanan kirşan olduğundan onun yüklənməsi və nəqli zamanı tozlanmada itkini azaltmaq məqsədi ilə o, dənəvərləşdirilir. Bunun üçün o, az miqdarla zəif ammonyaklı su ilə isladılır; sürətli qarışdırılma zamanı şnekin çıxışına yaxınlışması anında tozşəkilli məhsul 5-25 mm ölçülü hissəciklərə çevrilir. Valda xırdalandıqdan sonra məhsul 105-1150C-də quruducu barabanda qurudulur.




Yüklə 12,67 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə