Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə200/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   196   197   198   199   200   201   202   203   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
171 
AZƏRBAYCANDA BÖYÜK QAFQAZIN (QUBA) ALİ SPORLU BİTKİLƏRİNİN 
ÇOXALDILMASI VƏ YAŞILLAŞDIRMADA İSTİFADƏSİ 
 
Bağırova N.N. 
Bakı Dövlət Universiteti 
E-mail: 
nisabagir@gmail.com
 
 
Respublikamızın ərazisində ali sporlu bitkilərə plaunkimilər, qatırquyruğukimilər və qıjıkimilər aiddir. 
A.Əsgərovun tədqiqatlarına əsasən Azərbaycanda plaunlara 2 fəsilə və 2 cinsə aid 3 növ, qatırquyruğulara 1 
fəsilə və bir cinsə aid 6 növ, qıjılara aid isə daha çox – 19 fəsilə və 28 cinsə aid 69 növ yayılmışdır 
(Əsgərov, 1977, 2005, 2016, 2001). 
Quba floristik rayonu ali sporlu bitkilərin geniş yayıldıgı ərazilərdəndir. 
Orada ali sporlu bitkilər, xüsusən qıjıkıimilər meşə bitkiliyində geniş yayılmışlar. Onlar arasında dərman, 
dekorativ, texniki əhəmiyyətli növlər çoxdur. 
Ədəbiyyat və fond materiallarının araşdırılması nəticəsində Quba floristik rayonunda ali sporlu 
bitkilərə aid 3 şöbə - 
Lycopodiophyta; Equisetophyta; Polypodiophyta,
11 fəsilə - 
Selaginellaceae, 
Equisetaceae, 
Botrychiaceae, 
Ophioglossaceae, 
Polypodiaceae, 
Dennstaedtiaceae, 
Aspleniaceae, 
Dryopteridaceae, Woodsiaceae, Athyriaceae, Onocleaceae
, 28 növ müəyyən edilmişdir (Bağırova, 2020).
Bu da bütövlükdə 
Azərbaycan pteridoflorasnın 35 faizini qıjı florasının təşkil edir.
Bitki 
aləminin təkamülündə qıjılar xüsüsi mərhələ təşkil edir. Qıjılardan xalq təsərrüfatının müxtəlif 
sahələrində istifadə olunur. Qıjıların bəzi növlərinin yarpaqları iri,müxtəlif formada olur. Bu da onları daha 
bəzəkli göstərir. Lakin buna baxmayaraq indiki dövrdə qıjılardan yaşıllaşdırmada daha az istifadə olunur. 
Respublikamızda elə qıjı növləri də var ki, onlar otaq şəraitində ve istixanalarda becərilir. Belə qıjı növləri 
xarici ölkələrdən yaşilllaşdırmada istifadə etmək məqsədi ilə respublikamıza gətirilən növlərdən daha 
qiymətlidirlə. Bunlara misal olaraq Quba regionunda geniş yayılan cərgəvər, çalovcuq(maraldili) 
qamçılıca, şirinkök cinslərinə aid növləri göstərmək olar.
Tədqiqatlar nəticəsində aydın olmuşdur ki, qıjıları Abşeronda otaqlarda və istixanalarda iki yolla 
(sporla və vegetativ üsulla) artırmaq və çoxaltmaq olur. Sporla çoxalma zamanı ilk öncə bəzək əhəmiyyətli 
növlərin tam yetişmiş sporlara malik yarpaqlarını yığıb qurudulur. Sonra yarpağın sporlu tərəfi ehtiyyatla 
kağıza tərəf silkələndirilir. Sporlar asanlıqla kağıza tökülür və un kimi təbəqə əmələ gətirir. Həmin spor 
təbəqəsi ehtiyyatla təmizlənməli, nazik deşikli tordan keçirilərək kiçik kağız kisələrə və yaxud qutulara 
yığılaraq isti və quru şəraitdə saxlanılmalıdır. Qıjı növlərini əksəriyyətində sporlar cücərmə qabiliyyitini 
uzun müddət özündə saxlayır. Buna baxmayaraq onların tez səpilməsi vacibdir.
Səpin üçün nazik divarlı dibçək lazımdır. Dibçəyə iki hissə münbit meşə torpağı; bir hissə ağac və ya 
kol yarpağı çürüntüsü və azca mamır, peyin, qum qarışığı tökülür. Səpin qabağı dibçəkdəki torpaq 
nəmləşdirilərək spor səpilir və fasilə ilə bir neçə dəfə sulanır, sonra həmin dibçəyin yarısına qədər qalxacaq 
suyu olan qaba qoyulur və üzəri şüşə qapaqla örtülür, kölgəli yerdə saxlanılır. Səpin günündən etibarən 
dibçəyin üzərindəki şüşə qab hər gün (səhər və axşam) yun parça ilə təmizlənməlidir. 2-50 gündən sonra ilk 
cücərti görülür və dibçəyin ağzındakı şüşə götürülür. Bir müddətdən sonra ilk cücərti (hemetofit) üzərində 
kiçik yarpaqlar görsənir. Həmin gündən etibarən su olan qab götürülür və kölgəli yerə qoyularaq gündə 2-3 
dəfə su verilir. Otaq şəraitində dibçəklərin səhər və axşam gün düşən pəncərələrə qoyulması faydalıdır. Otaq 
və istixana şəraitində becərilən qıjıların gündə 1-3 dəfə sulanması və torpağın rütubətli saxlanılması vacibdir. 
Bitki böyüdykdə dibçək də dəyişilməlidir ve bu proses yazda aparılsa daha uyğundur.
Qıjıları açıq şəraitdə də çoxaltmaq mümkündür. Bunun üçün qıjının yetəşmiş yarpaqları, sporlu tərəfi 
aşağı olmaqla əkin üçün hazırlanmış sahəyə səpilir. Əgər sporlarən cücərməsi üçün şərait olarsa bir müddət 
sonra bitki inkişaf edəcək. Açıq şəraitdə sporla aşağıdakı qıjıları çoxaltmaq mümkündür:
Kövrək sistopteris, Dəvəquşulələyi, Erkək ayıdöşəyi, Dişi qalxansız və s. 
Qıjıların əksər növlərini vegetativ yolla da çoxaltmaq olur. Bu məqsədlə tezböyüyən qıjı növlərindən 
istifadə etmək faydalıdır. Onun üçün bitkinin kökümsovunu bir neçə hissəyə ayırmaq və onu hazərlanmış 
dibçəklərdə, yaxud açıq torpaqda əkmək lazımdır. Təcrübələrin nəticələri göstərir ki, çoxaltma işini yay 
aylarında aparmaq sərfəlidir.
Respublikamızın ərazisində yayılmış qıjı növlərinin əksəriyyətindən yaşıllaşdırma məqsədi ilə istifadə 
etmək olar. Bu cəhətdən ən sərfəli növlər aşağıdakılardır
: a
yidöşəyi ve asplenium cinsinin növləri, qalxansız, 
maraldili, seterax, şirinkök.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə