Ministry of education of azerbaijan republic sumgayit state university


TƏMİZ VƏ DUZLAŞMAYA MƏRUZ QALMIŞ TORPAQLARIN MİKROBİOLOJİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə196/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   192   193   194   195   196   197   198   199   ...   579
magistr2021 3 2

TƏMİZ VƏ DUZLAŞMAYA MƏRUZ QALMIŞ TORPAQLARIN MİKROBİOLOJİ
XÜSUSİYYƏTLƏRİ 
 
Azadova A.R. 
Sumqayıt Dövlət Universiteti 
 
Duzlaşma nəticəsində bakterial biotada həm kəmiyyət, həm də keyfiyyət xarakterli dəyişikliklər baş 
verir və onlar da xaraktercə əsasən mənfi istiqamətli olurlar. Buna baxmayaraq tədqiq edilən ərazilərdən
paxlalı bitkilərlə simbiotik münasibətlərdə olan və əsasən də həmin bitkilərin rizosferində məskunlaşan bir 
sıra bakteriyalar təmiz kulturaya çıxarılmışdır. Tədqiqatların gedişində qeydə alınan bakteriyaların hamısı 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
167 
qram (-), formaca çöpşəkilli, qamçılara malik olmaları səbəbindən hərəkətli, temperatura münasibətdə isə 
mezofilldirlər, yəni optimal böyümə temperaturları 26-28
0
C təşkil edir. Ayrılan ştammları mühitin 
turşuluğuna görə də oxşar hesab etmək olar. Analoji fikri onların ölçüləri haqqında da söyləmək olar. O ki, 
qaldı fərqli xüsusiyyətlərə, burada ilk olaraq qamçıların yerləşməsini qeyd etmək olar. 
Ədəbiyyat mənbələrindən məlum olduğu kimi, paxlalı bitkilərlə simbiotik münasibətlərdə olan 
bakteriyalar müəyyən mənada spesifikliyə malikdirlər və hər bir bitkinin özünə məxsus mikrosimbiontu var. 
Düzdür, universallara da, yəni eyni zamanda bir neçə bitki ilə simbioz yaradanlara da rast gəlinir, lakin 
bunların sayı o qədər də yüksək deyil. 
Burada bir məsələni də qeyd etmək yerinə düşər. Belə ki, eyni növə aid müxtəlif ştammlar arasında 
fərqlər də mövcuddur. Bu fərqlər əsasən fizioloji xarakterli olur, kultural-morfoloji fərqlər isə əsasən qida 
mühitlərinin tərkibinin dəyişdirilməsi zamanı müşahidə olunur. Məsələn, soya və mərcimək bitkisinin 
rizosferindən ayrılan Rhizobium leguminosarum-a aid ştammlar arasında standart qidalı mühitdə becərilmə 
zamanı ciddi fərqlər müşahidə olunmur. Lakin onların becərilməsi zamanı qidalı mühitin tərkib 
elementlərinin dəyişdirilməsi ştammlarda müəyyən fərqlərin, yəni polimorfizm hadisəsinin müşahidə 
olunmasına səbəb olur. Bu hadisənin fizioloji xarakter daşımasını nəzərə alaraq, ayrılan ştammların duza 
davamlılığının tədqiq edilməsi də tədqiq edilmişdir. Tədqiqatlar duru tioqlikol mühitində həyata keçirilmş və 
həmin mühitə əlavə olaraq NaCl-un fərqli miqdarı əlavə edilmişdir.
Qeyd etmək lazımdır ki, bu məsələnin aydınlaşdırılmasında tədqiqatların gedişində təmiz kulturaya 
çıxarılan Sinorhizobium fredii-nin yeganə ştammından da istifadə edilmişdir. Alınan nəticələrdən aydın oldu 
ki, yoxlanılan ştammları 3 yerə bölmək olur ki, birinci qrupa Sinorhizobium fredii-nin yeganə ştammı daxil 
edilə bilər. Belə ki, NaCl-un qeyd edilən qatılıqda olduğu mühitdə qiymətləndirmə üçün istifadə edilən 
göstəriciyə görə maksimal ifadə formasına malik olur. Belə ki, qeyd edilən mühitdə bu ştammın olduğu 
qidalı mühitin optiki sıxlığı 3 gün müddətinə 60 dəfə yüksəlir, digər ştammlarda isə bu göstərici müvafiq 
olaraq ikinci və üçüncü qruplarda 5-6 və 0,4-0,7 dəfə təşkil edir. Bu səbəbdən də birinci qrupa aid olanları 
duza davamlı, ikinci qrupa aid olanları duzluluğa dözümlü və ya həssas, sonuncuları isə duza davamsızlar 
adlandırmaq məqsəduyğun olardı.
Götürülən torpaqların turşuluq, yəni pH-ı ilə bağlıdır. Belə ki, nümunə götürülən torpaqların 
turşuluğunun dəyişilməsi kök yumrusu bakteriyalarının inkişafına ciddi təsir edən faktorlardan hesab edilə 
bilər və torpağın turşuluğunun neytrala yaxın olması simbiotik bakteriyaların inkişafı üçün əlverişli hesab 
edilir. Mühitin turşulaşması və ya qələviləşməsi bakteriyaların inkişafına mənfi təsir edir ki, bunu da misal 
olaraq nümunə götürülən torpaqların turşuluq göstəricisi ilə bakteriyaların ümumi sayı arasındakı asılılıq da 
təsdiq edir. Belə ki, həm turşuluğun, həm də qələviliyin yüksəlməsi bakteriyaların sayına mənfi təsir edir və 
mühitin turşuluğunun 4,0-dən aşağı, qələviliyinin isə 8,3-dən yuxarı olması bakteriyaların sayının maksimal 
azalması ilə müşahidə olunur və turşuluğun 6-7 diapozonunda olması bakteriyaların sayının optrimal 
olmasına səbəb olur. Bunu rəqəmlə ifadə etsək, aydın olar ki, mühitin turşuluğunun neytraldan 4,0-ə kimi 
düşməsi bakteriyaların sayının 70-73%-ə kimi, neytraldan isə 8,5-ə kimi qaldırılması isə bakteriyaların 
sayının 52-56% azalmasına səbəb olur. Deyilənlərə onu da əlavə etsək ki, duzlaşma zamanı torpaqların 
turşuluğun da dəyişilməsinə də səbəb olur, onda mühitin turşuluğunun bakteriyaların, xüsusən də paxlalılarla 
simbiotik münasibətlərdə olanların sayının azalmasına dolayısı yolla da səbəb olan bir hal kimi də qeyd 
etmək olar.
Digər tərəfdən, duzluluq torpaqda olan osmotik təyziqi də dəyişir və bu dəyişiklik də simbiotik 
münasibətlərə ayrı-ayrı simbiontlar səviyyəsində mənfi təsir edir. Qeyd etmək lazımdır ki, duzlaşma eyni 
zamanda kök yumrusu əmələ gətirən bakteriyaların metabolitik aktivliyinə də təsir edir və bu təsir də 
xaraktercə mənfi olur. Belə ki, bakteriyaların böyüməsi, daha doğrusu karbohidratları mənimsəməsi NaCl-un 
miqdarından asılı olaraq dəyişir, mühitdə NaCl-un miqdarının 0,3%-ə qədər olması Rh.legiminosarum 
karbohidrogenləri mənimsəməsinə mənfi təsir etmir. Duzun sonrakı qatılığında isə mənimsəmə %-i getdikcə 
azalır, yəni duzluluq eyni zamanda bakteriyaların metabolitik aktivliyini limitləşdirən bir hal kimi də 
xarakterizə olunur. İstifadə edilən mono-, di- və oliqosaxaridlərin mənimsənilməsinin duzluluqdan asılı 
olaraq dəyişilmə sürəti fərqli kəmiyyət göstəricisi ilə xarakterizə olunur. Yəni, mono-di-oliqo istiqamətinə 
müvafiq olaraq duzluluğun yüksəlməsi mənimsənilmə faizinin daha yüksək sürətlə azalmasına səbəb olur. 
Məsələn, monosaxaridlərin (qlükoza) istifadəsi zamanı duzluluğun 0,5%-dən 2,0%-ə kimi yüksəlməsi 
zamanı mənimsənilmə dərəcəsi 20% azalır. Çox guman ki, bu istifadə edilən karbohidratların mühitdə 
yaratdıqları osmotik təyziqlə bağlıdır. Belə ki, mono-di-oliqo istiqamətində eyni qatılıqlı məhlulların osmotik 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə