Ministry of education of azerbaijan republic sumgayit state university


NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA QARAMALDA PARAZİTLİK EDƏN KOKSİDİLƏR



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə193/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   189   190   191   192   193   194   195   196   ...   579
magistr2021 3 2

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA QARAMALDA PARAZİTLİK EDƏN KOKSİDİLƏR 
 
Adilzadə A.A. 
Naxçıvan Dövlət Universiteti 
E-mail: 
aida.adilzade@gmail.ru
 
 
Kiçik Qafqazın dağlıq hissəsində yerləşən Naxçıvan Muxtar Respublikası tipik dağlıq ərazidir. 
Naxçıvan Muxtar Respublikası öz təbii şəraitinə görə Azərbaycanın digər bölgələrindən kəskin sürətdə 
fərqləməsi ilə əlaqədar olaraq özünəməxsus heyvanlar aləminə malikdir. Ərazidə sərbəst yaşayan növlərdən 
başqa, həmçinin ziyanlı parazit nümayəndələrə də rast gəlinir. Naxçıvan Muxtar Respublikasında rast 
gəlinən, əsasən iri buynuzlu heyvanlarda parazlik edən nümayəndələrdən bəziləri Koksidilər (Coccidiida) 
dəstəsinə məxsusdur. Naxçıvan Muxtar Respublikasında olan koksidilərdən Eimeria cinsi öz inkişafını bir 
sahibdə tamamlayır. Eimerialar əsasən onurğalı heyvanlarda parazitlik edirlər. Regionda olan eimeriozlar ev 
vəhşi heyvanlarda, həmçinin bir çox məməlilərdə, quşlarda, sürünənlərdə, suda-quruda yaşayanlarda
balıq və həşəratlarda təsadüf edilən geniş yayılmış protozoozlardandır.
Törətdiyi xəstəlik: Koksidiozdur. Eimeria cinsinin növlərindən olan Eimeria İntestinalis dovşanlarda, 
Eimeria tenella toyuqlarda, Eimeria zurni, Eimeria smithi iribuynuzlu heyvanlarda parazitlik edərək 
koksidiozları əmələ gətirirlər. Yoluxma oosistalarla çirklənmiş yem vasitəsilə baş verir.
Yayılma arenası: Naxçıvan Muxtar Respublikasının özünəməxsus təbii iqlim şəraiti ev heyvanları 
arasında koksidiozun müəyyən dərəcədə yayılmasına təsir göstərir. Respublikanın quru və isti iqlimə malik 
olan ərazilərində bu xəstəliyin yayılma dərəcəsi daha rütubətli iqlimə malik olan zonalara nisbətən azdır. 
Bölgənin orta dağlıq və dağlıq ərazilərində koksidi oosistalarının ətraf mühitdə inkişaf edib sporlaşması üçün 
daha əlverişli şərait vardır.
Yayılmış növləri: Naxçıvan Muxtar Respublikasında olan müxtəlif iqlim qurşaqlarında iribuynuzlu 
heyvanlarda 8 növ (E.zuernii, E.cylindrica, E.bukidensis, E.canadensis, E.bovis, E.ellipsoidalis, 
E.subspherica, E.brasilensis) eimerianın parazitlik etdiyi tədqiqatlar nəticəsində müəyyən edilmişdir. 
Naxçıvan şəraitində iribuynuzlu heyvanlarda parazitlik edən hər bir Eimeria növünün ölçüsü, forması, rəngi 
müəyyən edilib. Hər bir növün ölçüsü, forması, rəngi fərqlidir. Ən böyük ölçüyə E.bukidensis (29-52x24-38 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə