Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə194/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   190   191   192   193   194   195   196   197   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
165 
mkm), ən kiçik ölçüyə isə E.subspherica (8-15x8-12 mkm) növləri malikdir. Aşağıdakı cədvəldə Naxçıvan 
Muxtar Respublikasında qeydə alınan Eimeria növlərinin xüsusiyyətləri qeyd olunmuşdur: 
cədvəl. Naxçıvan Muxtar Respublikasında qaramalda parazitlik edən Eimeria cinsinin
növlərdəki dəyişkənlik 
Növün adı 
Forması 
Rəngi 
E.cylindrica 
Ellipsvari 
Açıq-sarı 
E.bukidensis 
Armudvari 
Qara,çəhrayı 
E.canadensis 
Ellipsvari 
Sarı 
E.bovis 
Yumurtavari 
Çəhrayı 
E.ellipsoidalis 
Ellipsvari 
Rəngsiz 
E.subspherica 
Yumru 
Parlaq rəngli 
E.brasilensis 
Silindirvari 
Sarı,çəhrayı 
Beləliklə, aparılmış tədqiqatlardan belə nəticəyə gəlmək olur ki, Naxçıvan MR şəraitində qaramalın 
Eimerialarla yoluxması ekoloji zonalardan asılı olaraq nəzərəçarpacaq dərəcədə dəyişilir. Eimeriozun 
törədicilərinin inkişafı üçün ətraf mühit şəraitinin mühüm əhəmiyyəti vardır. Əlverişli temperatur və rütubət 
Eimeria oosistalarının sporlaşmasına yaxşı təsir göstərir. Ona görə də, yüksəkliyə qalxdıqca rütubətin, 
nəmliyin olmasına baxmayaraq, optimal hərarətin olmaması parazitin oosistalarının inkişafına ləngidici təsir 
göstərir və bunun nəticəsində heyvanların yoluxma faizi aşağı düşür. 
AZƏRBAYCANIN NEFTLƏ ÇİRKLƏNMİŞ TORPAQLARINDA MƏSKUNLAŞAN 
MİKROMİSET BİOTASININ FERMENTATİV AKTİVLİKLƏRİ 
 
Alıyeva K.A. 
Sumqayıt Dövlət Universiteti 
 
Torpaq neft, neft məhsulları, texnogen və s. müxtəlif mənşəli maddələrin çoxlu miqdarda və geniş 
miqyasda toplandığı bir sistemdir ki, bu da nəticə etibarı ilə ekosistemin funksional fəaliyyətinin 
pozulmasına gətirib çıxarır. Neftlə çirklənmiş torpaqların pozulmuş tərkibinin bərpa olunması üçün ilk 
növbədə torpağın ekoloji aspektdə diaqnostikası həyata keçirilməlidir. Bunun üçün, torpağın çirklənmə 
mexanizmləri və çirkləndirici maddələrin deqradasiya sürəti müəyyənləşdirilmişdir.
Qeyd edək ki, mikroorqanizmlər torpaqda fermentlərin hasil olunmasının başlıca mənbəyi hesab 
olunur. Ona gərə də, torpağın neft məhsulları ilə çirklənməsi, mikroorqanizmlərin struktur tərkibinin və 
saylarının kəskin surətdə dəyişilməsinə səbəb olur ki, bu da fermentlərin aktivliklərində öz əksini tapir. 
Deməli, neft və onun məhsulları heterotrof mikroorqanizmlərin ümumi sayının azalmasının əsas faktoru 
sayıla bilər. Tərəfimizdən aparılan tədqiqatlar da göstərir ki, mikroskopik göbələklər neftlə çirklənməyə qarşı 
ən davamlı mikroorqanizmlər hesab olunurlar. Qoyduğumuz eksperimentlər nəticəsində məlum oldu ki
torpaqda neftin miqdarının 8 l/m
2
dozası göbələklərin sayını azaldır. Eyni zamanda torpaqda neftin miqdarı 
16 l/m
2
olarsa, bu da göbələklərin ümuni sayının 1,5 dəfə azalmasına səbəb olur. Lakin, torpaqda heftin 
miqdarının sonrakı artması saprotrof göbələklərin sayının artmasına gətirib çıxarır. 
Eyni zamanda məlum oldu ki, neftlə çirklənmiş torpaqlara verilən mineral və üzvi gübrələr saprotrof 
mikroorqanizmlərin sayını təqribən 2 dəfə artırır.Göbələklərin neftlə çirklənməyə qarşı tolerantlığı və ya 
neftin torpaqda yüksək konsentrasiyasında saprotrof mikromisetlərin sayca artması, neftlə çirklənmiş 
torpaqlarda pH-ın turşuluq zonasında olması ilə əlaqədardır ki, bu da göbələklərin böyüməsi üçün əlverişli 
mühit şəraiti sayılır. Çox güman ki, neftlə çirklənmiş torpaqlarda göbələklər neft karbohidrogenlərindən 
qidalanmalarında karbon mənbəyi kimi istifadə edirlər. Başqa sözlə desək, mikromisetlər malik olduqları 
enzimatik aktivlik hesabına operativ olaraq hasil etdikləri fermentlərlə neft məhsullarını kiçik molekullu 
birləşmələrə parçalayırlar. 
Apardığımız tədqiqatlar zamanı neftlə çirklənmiş torpaqlarda oksidləşmə-reduksiya tipli fermentativ 
proseslərin gözlənilmədən kəskin dəyişikliklərə məruz qaldığı müşahidə olunmuşdur. Belə ki, müxtəlif
fermentlərin iştirakı ilə gedən biokimyəvi proseslərdə baş verən gerçək dəyişikliklər, torpaqda neft 
məhsulları qalıqlarının oksidləşərək parçalanması ilə əlaqədardır. Torpağı çirkləndirən neft məhsullarının 
əsas destruktoru hesab olunan katalaza və dehidrogenaza fermentləri torpaqda geniş miqyasda yayılaraq son 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə