Ministry of education of azerbaijan republic sumgayit state university


BİOLOGİYANIN İNTERAKTİV-TƏLİM İLƏ TƏDRİSİNİN KONSEPTUAL PROBLEMLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə192/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   188   189   190   191   192   193   194   195   ...   579
magistr2021 3 2

BİOLOGİYANIN İNTERAKTİV-TƏLİM İLƏ TƏDRİSİNİN KONSEPTUAL PROBLEMLƏRİ 
 
Abbasova Ş.Q. 
Sumqayıt Dövlət Universiteti 
 
Ölkəmizin təhsil sistemində, o cümlədən təbiət elmlərinin tədrisində xeyli müddətdir ki, mütərəqqi 
dünya təcrübəsindən bəhrələnməklə məqsədyönlü, sistemli islahatlar həyata keçirilir. Bu islahatlar təhsilin 
məzmununda, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsində, təhsil texnologiyalarında, təhsilin idarə 
olunmasında və maliyələşdirilməsində, müəllim hazırlığında, xüsusilə də təbiət elmlərinin tədrisində ciddi 
dəyişikliklər aparmaq, keyfiyyətli təhsilin hamı üçün yararli olması məqsədinin daşıyır. Azərbaycanın 
ümumi təhsil sistemində islahatlar ölkə rəhbərliyinin dəstəyi, təhsil mütəxəssislərinin əməkdaşlığı və 
əzmkarlığı sayəsində müsbət nəticələr aydın hiss olunmaqdadır. 
Məlum olduğu kimi, təhsildə, xüsusilə də təbiət elmlərinin tədrisində islahatlar nə qədər xoşməramlı 
məqsəd daşısa da, cəmiyyətdə hec də həmişə birmənalı qarşılanmır. İslahatlar zamanı meydana çıxan 
innovasiyalar güclü rəqabətin hökm sürdüyü müasir dünyada bütün sahələr üzrə inkişafı şərtləndirən başlıca 
amil hesab olunur. Mahiyyət etibarı ilə innovasiayalr, innovativ ideyalar insanın yaradıcı təfəkkürünün, 
zəkasının, intellektual fəaliyyətinin nəticəsində yaranır. Ona görə də islahatların baş tutması üçün, ilk olaraq, 
uzun illər ərzində formalaşıb bərkimiş və normaya çevrilmiş stereotip düşüncə tərzini, düşüncə maneəsini 
aradan qaldırmaq tələb olunur. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
164 
İnnovasiyaların tətbiqi zamanı, istər ali, istərsə də orta məktələrdə bir sıra probemlər hələ də özünü 
biruzə verir. Hətta təhsil sahəsində nüfuz sahibi olan bəzi tanınmış alimlər, yeni ideyaları qəbul etmir, yaxud 
qəbul etməkdə çətinlik çəkirlər.. Belə hallar orta məktəblərdə xüsusilə diqqəti cəlb edir. Təcrübəli, pedaqoji, 
psixoloji cəhətdən zəngin fənn müəllimləri yeni təlimin forma və üsullarını qəbul etmir, ənənəvi-təlimdən 
uzaqlaşa bilmirlər. Belə müəllimlər gənc kadrlara da, dəstək olmaq əvəzinə, bir çox hallarda manelər 
yaradirlar. Ümumi təhsilin məqsədləri, vəzifələri haqqında mütərəqqi dünya təcrübəsi əsasında mahiyyət 
baxımından tamamilə yeni, fərqli ideyaların irəli sürüldüyü bir vaxta “ənənələri qorumaq” pərdəsi altında 
müasir yanaşmaların tətbiqindən imtina etmək isə təhsilimizin inkişaf yoluna sədd çəkməyə bərabərdir. 
Bu gün ümumi təhsil şagird şəxiyyətinin təşəkkülü və inkişafında, müstəqil həyata hazırlanmasında ən 
mühüm mərhələ hesab olunur. Təbiət elmlərinin tədrisi zamanı yalnız dərsliklərdən əldə olunan biliklərlə 
kifayətlənmək olmaz. Müasir anlamda ümumi təhsil, bir qayda olaraq, tədris edilən fənlər üzrə müəyyən 
biliklərin şagirdlərə mənimsədilməsi ilə məhdudlaşa bilməz. Hamıya məlumdur ki, ümumtəhsil 
məktəblərində nə bioloq,nə kimyaçı, nə də ekoloq hazırlanır. Lakin əgər bu fənlər tədris olunursa, demək, 
həmin fənlərin məzmunu bilavasitə şagirdlərin mənafeyi nəzərə alınmaqla həyata keçirilməlidir. Təbiət 
elmləri ətraf mühitlə, ekologiya ilə əlaqəli şəkildə tədris olunmalıdır. Bu zaman şagirdlərin nəinki biliklərini, 
eləcədə, bacarıq və vərdişlərini də sistemli,davamlı şəkildə inkişaf etdirmək daha məqsədəuyğundur. Lakin 
orta məktəblərdə müxtəlif fənnlər paralel şəkildə tədris olunursa, həmin fənnlərin məzmunu şagirdlərin 
mənafeyi, onların istək və arzuları nəzərə alınmaqla həyata keçirilməlidir.Çalışmaq lazımdır ki, tədris olunan 
təbiət fənləri gələcəkdə şagirdlərin hansı peşəyə, ixtisasa yiyələnəcəyindən, təhsilini davam etdirib-
etdirməməsindən asılı olmayaraq, onun üçün faydalı olsun, bilavasitə şəxsiyyət kimi formalaşmasına xidmət 
etsin. Ona görə də məktəblərdə təbiət elmlərini öyrətməklə yanaşı, bu fənlər vasitəsilə şagirdlərə müstəqil 
həyatda aktiv fəaliyyət göstərə bilmələri, cəmiyyətdə davamlı və dayanıqlı rəqabətə dözümlü olmaları, 
mənəvi dəyərlərini inkişaf etdirmələri təlimin əsas məqsədlərindən biri hesab olunur. Bütün bunlar yeni 
hazırlanan kurikulumlarda məzmun standartları ilə ifadə olunan təlim nəticələri formasında təsbit edilmişdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə