Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə190/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   186   187   188   189   190   191   192   193   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
162 
Belə cövhərləri müxtəlif bitkilərin qarışığından da hazırlamaq mümkündürgicitkəni xəndəkotu ilə 
qarışdırmaq və aşağıdakı bitkiləri əlavə etmək olar: boymadərən, çobanyastığı, mayaotu, soğan, sarımsaq. 
Cövhərə eləcə də quş zılı, odun külü, yonca unu, daş yaxud sümük unu əlavə etmək olar . 
Ekoloji təmiz çiyələk (
Fragaria L.)
istehsalında tətbiq edilmiş maye yaşıl gübrə aşağıdakı şəkildə 
hazırlanmışdır. 
Kisəyə bir neçə bel peyin, 1-2 ovuc odun külü, yonca unu, yaxud xırdalanmış yonca kütləsi, sümük 
yaxud daş unu və biçilmiş ot əlavə etməklə ağzını bağlayaraq içərisində yağış suyu olan çəlləyə salmaq 
lazımdır. İki gündən bir kisənin içərisindəki kütləni ağac çubuqla qarışdırmaq lazımdır ki, qida maddələri 
tam suya keçsin. Bir həftədən sonra məhlul tünd şabalıdı rəng alır. Alınmış cövhər yarpağı 
yandırmadığınagörə onudurulaşdırmadan istifadə etmək olar.Əlavə kimi bitkilərin xəstə və qurumuş 
hissələrini yandıraraq alınmış külü maye gübrəyə qatmaq olar. Bu proses gübrənin tərkibində kalium 
elementinin miqdarını artırır. 
Hazırlanmış maye yaşıl gübrə yeni əkilmiş çiyələk bitkisinə tətbiq olunmuşdur. Tətbiq iki formada, 
kökdən və yarpaqdan yemləmə şəklində olmuşdur. Tətbiq sonrası bitkilərdə kök kütləsinin artması, 
yarpaqlarda xlorofil miqdarının artması, yarpaq səthinin sahəsi, yarpaq rənginin tündləşməsi, yarpaq lətinin 
qalınlaşması və sayının artması müşahidə olunmuşdur (cədvəl 1). 
Cədvəl 1 
Variantlar 
Xlorofil sayı 
Yarpaq 
Kök kütləsi 
Sayı 
Rəngi 
Standart 
500 min 

açıq yaşıl 
17 q 
Kökdən 
530 min 

yaşıl 
23 q 
Yarpaqdan 
570 min 
10 
tünd yaşıl 
21 q 
Aparılan araşdırma zamanı yarpaqlarda 1 mm

-ə düşən xlorofil sayı, standart bitkiyə nəzərən kökdən 
yemləmə zamanı 6%, yarpaqdan yemləmə zamanı isə 14% artdığı müşahidə olunmuşdur. Standart bitkiyə 
nəzərən yarpaq sayı kökdən yemləmə zamanı 33%, yarpaqdan yemləmə zamanı isə 67% daha çox yarpaq 
əmələ gətirmişdir.Standarta nəzərən kök kütləsi kökdən yemləmə zamanı 35%, yarpaqdan yemləmə zamanı 
isə 24% daha çox kütlə toplamışdır.Tədqiqat zamanı müəyyən edilmişdir ki, çiyələk (
Fragaria L
.) bitkisi 
yemləmə formalarından asılı olaraq yarpaq və köklərdə inkişaf dərəcələri müxtəlif olur. 1-ci cədvəldən 
göründüyü kimi çiyələk (
Fragaria L.)
bitkisinin yarpaq miqdarı, yarpaq rənginin tündlüyü və kök kütləsinin 
artımı baş vermişdir. Belə ki, çiyələk (
Fragaria L.)
bitkisin standart əkinində yarpaq rəngi açıq yaşıl, yarpaq 
sayı 6 ədəd, kök kütləsi 17 qram və 1 mm

-ə düşən xlorofil sayı 500 min ədəd olmuşdur. Kök yemləmələri 
zamanı yarpaq sayı 6 ədəddən 33% çox, yəni 8 ədəd, xlorofil sayı 500 mindən 6% çox, yəni 530 min ədəd 
və kök kütləsi 17 qramdan 35% çox, yəni 23 qram olmuşdur. Yarpaq yemləmələri zamanı yarpaq sayı 6 
ədəddən 67% çox, yəni 10 ədəd, xlorofil sayı 500 mindən 14% çox, yəni 570 min ədəd və kök kütləsi 17 
qramdan 24% çox, yəni 21 qram olmuşdur.
Tədqiqat əsasında belə nəticəyə gəlmək olar ki, çiyələk (
Fragaria L
.) bitkisini ekoloji cəhətdən sağlam 
yetişdirmək üçün kök və yarpaqdan yemləmələrin paralel olaraq aparılması daha məqsədə uyğundur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə