Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə191/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   187   188   189   190   191   192   193   194   ...   579
magistr2021 3 2

YEMİŞAN (
CRATAEGUS)
 BİTKİSİNIN BOTANİKİ TƏSVİRİ VƏ ƏHƏMİYYƏTİ 
 
Abbasova SşB. 
Azərbaycan Dövlət Aqrar Universiteti
E-mail: 
abbasovasimuzer@gmail.com
 
 
Birdişicikli yemişan (lat. 
Monogyna
Crataegus) – 
gülçiçəyikimilər fəsiləsinə aid bitki növü olub, ağac 
və ya iri kolşəkillidir. Bitkinin növbə ilə düzülmüş yumurtaşəkilli yarpaqları vardır. Yarpaqlarının kənarı 
mişarvaridir. Ağ rəngli ətirli çiçəkləri, uzunsov kürəvari giləmeyvəyəoxşar lətli və şirəli meyvəsi olur. 
Meyvəsi yetişən vaxt qırmızı, qara, şabalıdı və s. rəngə boyanır. Meyvəsinin içərisində açıq-sarı rəngli 
toxumları yerləşir. Bitki may-iyun aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvələri yetişir. Hazırda 
yemişandan və ondan hazırlanan preparatlardan elmi təbabətdə ürək-damar sistemi xəstəliklərinin 
müalicəsində, xüsusən ürək fəaliyyəti zəifliyində, ürəyin aritmiyasında, aterosklerozda, hipertoniya 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
163 
xəstəliyində, tiretoksikozda və s. geniş istifadə olunur. Eləcə də hipoqalaktiya zamanı (uşaq əmizdirən 
anaların südü azaldıqda) yemişan preparatları mevəffəqiyyətlə tətbiq edilir. Yemişan meyvələrinin yeyinti 
sənayesində də mühüm əhəmiyyəti vardır. Yerli əhali yemişan meyvələrindən mürəbbə, kompot şəklində 
qədim vaxtdan istifadə edir. Flavonidlər kimyəvi quruluşlarından, pH-dan və temperaturdan asılı olaraq, 
rəngsiz, sarı və ya digər rəngli kristal maddələr olub, müxtəlif həllolma qabiliyyətinə malikdir. Bir dişicikli 
yemişan bitkisinin tərkibində katexin tərkibli flavanoidlər vardır. Əksər hallarda bu flavanoidlər qlikozid 
şəklində təmsil olunur. Ürək xəstəliklərində, qan təzyiqi yüksək olduqda, baş ağrıları zamanı bu bitki geniş 
istifadə olunur. Dərman məqsədilə Azərbaycanda yayılan yemişan bitkilərinin həm çiçəklərinin, həm də 
meyvələrini toplayıb xüsusi səbətlərə yığır, sonra isə sobalarda, xüsusi quruducularda və ya isti otaqlarda 
qurudurlar. Yemişan meyvələrini ağ kağız üzərində nazik sərib tez-tez çevirməklə qurutmaq lazımdır. Belə 
şəraitdə qurudulmuş meyvələr təbii rəngini saxlayır, kimyəvi tərkibini də dəyişmir. Qurumuş meyvələri 
xüsusi torbalara doldurub havası daim dəyişilən quru havalı binalarda saxlayırlar. Yemişanın meyvəsindən 
və çiçəklərindən çox qədim vaxtlardan xalq təbabətində bir sıra xəstəliklərə qarşı istifadə edilir. Onun 
qurudulmuş çiçəklərindən və meyvələrindən çay kimi dəmləyib, ürək ağrıları zamanı və qan təzyiqi yüksək 
olanda içirlər. Yemişan meyvələrinin tərkibində bir sıra faydalı maddələr (xolin birləşmələri, saponinlər, 
flavonoidlər, vitaminlər, üzvi turşular, şəkərlər və s.) vardır. Yemişanın respublikamızda həddən artıq böyük 
ehtiyatını, eləcə də kənd təsərrüfatında, tibbdə və yeyinti sənayesində çox mühüm əhəmiyyətini nəzərə alaraq 
həmin bitkinin meyvələrinin planlaşdırılmış şəkildə tədarükünü təşkil etmək olduqca vacib məsələlərdən 
biridir.
Rəsmi tibbdə yemişan preparatları ürək və qan damarlarının müalicəsi üçün, ürək əzələsinin işinin 
tənzimlənməsində stress əleyhinə istifadə olunur. Hal-hazırda hipertoniya, miqren, allergiya, şəkərli diabet, 
epilepsiyada geniş istifadə olunur. Sinir sisteminin spazmolitik proseslərində, mensturasiya zamanı kəskin 
ağrıların azalmasında dəmləmə şəklində istifadə olunur. Orta əsrlərdən bu bitki əsasən qəbizlik əleyhinə, 
beyinin qan dövranının yaxşılaşdırılması məqsədilə, arterial təzyiqin normallaşmasında, baş ağrılarında geniş 
istifadə olunmuşdur. Müasir tibbdə bu bitkinin meyvələrindən aterosklerozda, ürək əzələsinin 
stimullaşdırılmasında, yuxusuzluq sindromunda, hipertoniyada, insultdan sonra beyində qan damarlarının 
fəaliyyətinin yaxşılaşdırılmasında, xolesterolda, diabetdə, pankreatitdə, öd daşı xəstəliklərində
onkologiyada, uroloji xəstəliklərdə, geniş tətbiq olunur. Kiçik dozalarda yemişan müalicəsi taxikardiyanı 
tənzimləyə bilir, mədə və öd kisəsinin bəzi xəstəliklərinə faydalıdır. Bitkinin istifadəsi zamanı normal 
dozada tətbiqi mütləqdir. Çünki artıq miqdarda istifadəsi allergik və digər zərərli nəticələr verə bilər. 
Sərvətşünaslıq sahəsi üzrə tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, respublikamız ərazisində yemişan 
bitkisinin ehtiyatı illik tədarük miqdarının standartalara uyğun tənzimlənməsinə imkan verir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə