Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə189/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   185   186   187   188   189   190   191   192   ...   579
magistr2021 3 2

 
 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
161 
VIII BÖLMƏ 
 
BİOLOGİYA
 
 
EKOLOJİ TƏMİZ ÇİYƏLƏK MƏHSULU İSTEHSALINDA MAYE YAŞIL GÜBRƏLƏRİN 
TƏTBİQİ 
 
Abbasov L.İ. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
E-mail: abbasovlogman6@outlook.com 
 
Azərbaycanın Şəki-Zaqatala bölgəsinə aid olan Oğuz rayonu əsas giləmeyvələrdən olan çiyələk 
(
Fragaria L
.) bitkisi üçün ən əlverişli torpaq-iqlim şəraitinə malikdir. Son illərdə çiyələk əkinləri artmışdır. 
Çiyələk əkinləri artsa da ekoloji təmiz məhsul istehsalı olduqca aşağıdır. Bizim qarşımızda duran əsas 
problem ekoloji təmiz məhsul istehsalının artırılmasıdır. Qeyd edilən problemin həll yolu bitkinin 
yetişdirildiyi şəraitdə ekoloji cəhətdən tam sağlam yetişdirilməsidir. Ekoloji cəhətdən sağlam bitki 
yetişdirmək üçün bitki orqanik maddələrlə qidalandırılmalıdır. Orqanik qida maddələri bir çox yerə bölünür 
və bunlardan biri də maye yaşıl gübrədir. 
Maye yaşıl gübrə müxtəlif bitkilərdən (məsələn: gicitkən, xəndəkotu və s.) hazırlanır. Bu gübrələrdən 
bitkilərin suvarılmasında birbaşa kökdən,onun duruldulmuş cövhərini bitki üzərinə çiləməklə yarpaqları 
vasitəsilə kökdən kənar yemləmə şəklində tətbiq edilir. 
İntensiv əkinçilikdə əkinləri tez-tez dəyişdirdikdə maye bitki gübrəsi ilə çiləmə ekolojitəsərrüfatlarda 
daha səmərəli üsullardan biri sayılır. Yarpaqlardan yemləmə 2-3 həftədən bir aparılır. Yarpaqların 
çilənməsində də torpağın becərilməsində istifadə olunan cövhər tətbiq edilir. Lakin bu cövhər iki dəfə 
duruldulmuş halda olur. 
Gicitkan
(
Urticadioica L
.)
 bitkisindən maye gübrənin hazırlanması

Bu gübrə yazda və yayda yaşıl gicitkən kütləsindən hazırlanır. Gübrənin hazırlanması zamanıağac, 
plastmas, gil və ya şirəli qablardan istifadə olunur. Metal qablardan istifadə etmək məsləhət görülmür, ona 
görə ki gicitkənin cövhəri metalla reaksiyaya girə bilər . Bir kq təzə gicitkənin doğranmış kütləsinin 10 litr su 
olan qaba tökərək saxlayırlar. Yaxşı olar ki, yağış suyu, çökdürülmüş su, yaxud günəş altında isidilmiş sudan 
istifadə olunsun. Qıcqırma prosesi qurtarana qədər cövhərin içərisinə xırda cür-cücü düşməməsi üçün qabın 
ağzını torla örtmək lazımdır. Qabda saxlanan kütləni hər gün yaxşı qarışdırmaq zəruridir. Parçalanma prosesi 
getdiyi üçün cövhərin xoşa gəlməz iyi olur. Bu iyi aradan qaldırmaq üçün qarışığın üzərinə bir çimdik daş 
tozu, yaxud 50 qr valerian ekstraktı əlavə etmək məsləhətdir. Məhlulun tünd rəngə boyanması və köpüyün 
yox olması qıcqırma prosesinin axıra çatmasını göstərir. Adətən bu proses 10-14 gün davam edir. Qıcqırma 
prosesi günəş altında daha tez gedir. Bundan sonra qabın ağzını səliqəli örtmək lazımdır (əgər qapaq kip 
bağlanıbsa hava daxil olması üçün deşiklər açılır). Bitki yarpaqları üzərinə çiləmə aparmaq üçün məhlul 
cunadan süzülür və bir litr cövhər 20 litr su ilə durulaşdırılır. Maye gübrə ilə suvarma aparılan zaman 
məhlulun süzülməsinə ehtiyac qalmır. Bu halda 1litr cövhər 10 litr suda duruldulur. Cövhərin duruldulması 
onun istifadə olunması ərəfəsində aparılmalıdır . 
Gicitkəndənhazırlanmış maye gübrə bitkinin boyunu tənzimləyirvə ona sağlamlaşdırıcı təsir göstərir. 
Torpaqları bu cövhərlə suvardıqdan sonra orada yağış qurdlarının (torpaq qurdları) miqdarı artır. 
Gicitkənin cövhəri lobya, noxud, soğan və sarımsaq istisna olmaqla meyvə,giləmeyvə və tərəvəz 
bitkilərinin əksəriyyətinə, eləcə də çiçəklərə müsbət təsir göstərir. 
Xəndəkotundan (Symphytum tauricum Willd.) hazırlanan maye gübrə. 
Xəndəkotundan hazırlanmış maye gübrəəsasən kalium qidasını çox, azotu isə az sərf edən bitkilərdən 
pomidor, xiyar və lobyanın becərilməsində istifadə edilməsi tövsiyə olunur. Xəndəkotu cövhərinin tərkibində 
peyinlə müqayisədə kalium çox, fosfor isə nisbətən azdır. Xəndəkotu cövhərini hazırlamaq üçün 1 kq təzə 
kütlənin üzərinə 10 litr su əlavə edərək 4 həftə müddətinə saxlayırlar. Bu cövhərin tərkibində azot, fosfor və 
kalium 3:1:7 nisbətdədir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə