Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə440/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   436   437   438   439   440   441   442   443   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
368 
İllik planlaşdırılma: Müəllimlərin qarşısında duran ən mühüm vəzifə sözü gedən planlaşdırmanın 
qurulmasıdır. İllik planlaşdırmada tədris mövzularının hansı ardıcıllıqla və nə zaman mənimsədiləcəyi 
göstərilir . Bununla bərabər hər fəslə ayrılacaq zaman müddəti göstərilir. Tədris ilində baş verəcək mühüm 
tarixi günlərin adları müəyyən edilərək qeyd olunur. İllik planlaşdırmada müəllim müəyyən dəyişiklik edə 
bilər.
Gündəlik dərsin planlaşdırılması mərhələləri aşağıdakılardır: Cari dərs planının əvvəlində, ilk olaraq, 
zaman müddəti, fənnin həmçinin dərsin mənimsədiləcəyi sinfin adı qeyd olunmalıdır. Bundan sonra isə 
dərsin mövzusu, dərsin standart və dərsin niyyəti yazılmalıdır. Dərs planında dərsin təşkili formaları, dərsin 
təşkili üsulları və istifadə ediləcək mənbələr də mütləq şəkildə plana daxil edilməlidir. Onu da qeyd etmək 
lazımdır ki, cari dərsin planlaşdırılması həm elektron şəkildə, həm də dəftərdə, yazıla bilər. Ancaq icmalı 
yazmadan öncə vacibdir ki, məktəb rəhbərliyi ilə dəqiqləşdirmələr aparılsın. İcmallar hər yeni tədris ilində
nəşr olunur. 
Fəal dərsin
 
keçilməsi qaydaları: 1. İlk olaraq fəal dərsdə ilk mərhələ motivasiyanın yaradılmasıdır. 
Yüksək səviyyədə təşkil olunmuş motivasiya dərsin səmərəli keçməsinin 50 % - i deməkdir. Motivasiyanın 
yaradılması bir neçə üsulla (simvolik materialın şərhi, sual verəyə həvəsləndirmə və s.) ola bilər; 2. 
Tədqiqatın aparılması; 3. İnformasiyanın paylaşılması; 4. İnformasiyanın təşkil olunması və müzakirəsi; 5. 
Xülasələrin çıxarılması; 6. Yaradıcı tətbiqetmə; 7. Ev tapşırıqları; 8.Qiymətləndirmə; 9. Reflekiya . 
Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, ənənəvi təhsildən fərqli olaraq fəal təlim üsulun da
şagird suskun eyni zamanda müəllim də özünü avtoritar kimi aparmır. Burada şagirdlərlə şagird arasında 
eyni zaman da, şagirdlə müəllim arasında dərsin müzakirəsi gedir və bu müzakirələr zamanı ortaya dərsin 
mövzusu ilə bağlı yeni sual çıxır və müəllim də şərait yaradır ki, şagird sualla bağlı öz düşüncəsini müstəqil 
şəkildə (səhv olsa belə) ifadə etsin məhz bu da, müstəqil fikrin paylaşılması deməkdir. Fəal dərsin məğzi 
ondan ibarətdir ki, şagirdin idrak təfəkkürünə əsaslanır. Fəal dərsin planı eyni zamanda keçilməsi qaydası 
şagirdin şəsiyyət kimi yetişməsinə xidmət edir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə