Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə442/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   438   439   440   441   442   443   444   445   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
369 
ərazilərdə aparılan qeyri-qanuni fəaliyyəti ATƏT-in faktaraşdırıcı missiyasının 2005-ci ildə etdiyi səfərdən 
sonra hazırlanmış məruzədə əks olunub.
Ermənistanın danışıqlar prosesindəki davranışı bizi belə qənaətə gətirir ki, Ermənistan sülh istəmir, 
işğal edilmiş əraziləri azad etmək fikrində deyil, sadəcə, bacardığı qədər “status-kvo”nu saxlamaq və 
danışıqlar prosesini müddətsiz etməyi arzulayır. ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılmışdır, danışıqlar 
təxminən 20 ildir ki aparılır, lakin heç bir nəticə yoxdur.” 
Son illərdə ölkəmiz münaqişənin dinc yolla tənzimlənməsi prosesində konstruktiv mövqe nümayiş 
etdirməsi Ermənistanı hüquqi, siyasi və hərbi müstəvilərdə üstələmişdi. Artıq fövqəl dövlətlər də 
münaqişənin həllinin uzanmasına görə narahatlıqlarını ifadə edirdilər. Danışqılar prosesinin gedişi zaman 
keçdikcə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni mərhələyə çevrilməsinə siyasi - 
hərbi yolla həllini hər an gündəmə gətirməyə imkan yaradırdı. Bu reallıq idi. Bununla yanaşı işğalçı ölkənin 
təxribatları bitmək bilmirdi. Ermənistan işğal edilmiş topaqlarda qanunsuz məskunlaşma siyasəti aparırdı. Bu 
hərbi cinayətdir, Cenevrə Konvensiyasına tamamilə ziddir. 
Ermənistan danışıqlar prosesini uzatması ilə yanaşı hərbi təlimlər keçirirdi. Bu təlimlərin bir məqsədi 
var idi: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək. Belə olan 
halda Azərbaycanın yeganə yolu hərbi - siyasi yol idi. Bu yol haqq işi idi, BMT-nin 30 ilə yaxın çıxardığı 
hüquqi qərarlarının yerinə yetirilməsi idi ki, bu da 2020-ci ildə 44 günlük II Vətən müharibəsini labüd etdi. 
 
BÖYÜK BRİTANİYA VƏ AVROPA ÖLKƏLƏRİ BİRİNCİ DÜNYA MÜHARİBƏSİ
ƏRƏFƏSİNDƏ 
Məmmədova N.M. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
nergizmemmedli098@gmail.com
 
 
XIX əsrin sonlarında elmi-texnikanın inkişafı, sənaye müəssisələrinin artması nəticəsində kapitalizmin 
yeni növü olan –Monopoliyalar yarandı. Monopoliyalar Qərbi Avropa ölkələrində, o cümlədən ABŞ-da 
inkişaf etmişdi. Kapitalizmin yeni növü olan monopoliyaların azad rəqabəti əvəz etməsi iqtisadi, siyasi və 
sosial həyatda böyük dəyişiliklərlə müşayət olundu. Məhz həmin dövrdə Avropa və Amerika ölkələrində 
kapitalizmin yeni mərhələsi olan imperializm yarandı. Qeyd edək ki, imperializm ifadəsi ilk dəfə XIX əsrin 
ortalarından başlayaraq istifadə olunmuşdu. 
XIX əsrin ikinci yarısında Qərb ölkələrinin müstəmləkəçilik siyasəti ilə Afrika və Asiya ölkələrinin 
əksəriyyəti Qərbin nəzarəti altında idi. Bu dövrdə ən inkişaf etmiş ölkə olan İngiltərə və digər dövlətlər olan 
Fransa, Rusiya Afrika və Asiya qitələrini öz aralarında bölüşdürürdülər. Amma XIX əsrin sonlarında 
Monro doktrinasından imtina edən ABŞ-da quldarlıq quruluşuna son qoyulması, Frankfurt sülhündən sonra 
Almaniyanın və İtaliyanın birləşməsi özünütəcrid siyasəstindən əl çəkən Yaponiyanın Şərqdə güclənməsi
ölkələr arasında ziddiyyətləri gərginləşdirdi. 
XX əsrin başlanğıcında İngiltərənin beynəlxalq aləmdə mövqeləri zəifləmişdi. Həmin dövrdə məhz 
Almaniyanın “dənizlər haqqında əlavə qanun” qəbul etməsi İngiltərənin hiddətinə səbəb olmuşdu. Çünki bu 
qanunla İngiltərənin dənizdə hegemonluğuna son qoyula bilərdi.İngiltərə buna qarşılıq olaraq yeni tipli hərbi 
gəmilər istehsal etməyə başlasa da, Almaniya da dərhal yeni tipli zirehli hərbi gəmilər istehsalına başladı. 
Bundan sonra İngiltərə yeni tipli hərbi gəmiləri azaltmaq üçün bir neçə dəfə Almaniyaya təklif etsə də
Almaniyanın mənafeyinə uyğun olmadığından bu təklifi rədd etmişdi. Nəticədə isə həm ingilis-alman 
ziddiyyətləri ciddi surətdə kəskinləşmiş , həm də hər iki dövlət sürətlə silahlanmağa başlamışdılar. 
Məlum olduğu kimi 1879-1882- ci illərdə Almaniya İmperiyası əvvəlcə Avstriya- Macarıstan , daha 
sonra isə İtaliya ilə müdafiə xarakterli ittifaq yaratsa da , I Vilhelimin və Otto fon Bismarkın dövründə 
Almaniya imperiyası ölkənin xarici siyasət fəaliyyətində Avropadan kənara çıxmamağa diqqət 
göstərmişdilər, lakin yeni imperator olan II Vilhelimin , Bismarkın əksinə Almaniyanın böyük bir imperator 
ola bilməsi üçün , digər böyük güclər kimi müstəmləkəçilik siyasətinə girişməsi , müstəmləkəçi dövlət 
olması və münasibətlərini dünya miqyasında genişləndirərək, vertpolitik yəni dünya siyasəti izləməsinin 
vacib olduğuna inanırdı. Məhz onun yürütdüyü xarici siyasəstin nəticəsidir ki , Rusiya ilə Fransa bir – birinə 
yaxınlaşdılar və bundan əlavə Almaniyanın aktiv müstəmləkəçilik siyasəti onun digər dövlətlərlə 
toqquşmasına səbəb oldu.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə