Ministry of education of azerbaijan republic sumgayit state university


VESTFAL SÜLH MÜQAVİLƏSİ VƏ ONUN XVII-XVIII ƏSRLƏR BEYNƏLXALQ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə450/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   446   447   448   449   450   451   452   453   ...   579
magistr2021 3 2

VESTFAL SÜLH MÜQAVİLƏSİ VƏ ONUN XVII-XVIII ƏSRLƏR BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR SİSTEMİNİN İNKİŞAFINDA ROLU 
 
Musayev X. E. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
xeyalmusayev98@mail.ru
 
 
Otuzillik müharibəni başa çatdırmış olan Vestfaliya sülh müqaviləsi, müasir milli-dövlət 
suverenliyinin atası olaraq görülür. Müharibə, Hollandiyadakı üsyandan sonra, Qərbi Avropada tarazlığını
itirmiş Habsburg imperiyasının tənəzzülünü tamamladı. Habsburg hökmranlığının sonu Avropadakı güc 
nisbətini dəyişdirdi. Protestant Reformasiyası ilə qismən üst-üstə düşən Vestfaliya sülhü, Avropanın böyük 
bir hissəsində Papa hakimiyyətini daha da zəiflətdi. Nəticə etibarilə, əksər alimlər, 1648-ci ili, tarixdə və 
beynəlxalq münasibətlərdə feodal bəyliklərdən suveren dövlətlərə keçidi göstərən bir dönüş nöqtəsi kimi 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
375 
qiymətləndirirlər. Beləliklə, Vestfaliya sistemi müasir beynəlxalq münasibətlərin anlaşılması üçün təməl 
kimi qəbul edilir . Vestfaliya sülh müqavilələri ədəbiyyatlarda geniş bilinənlərin əksinə, tək müqavilədən 
deyil, Münsterdə imzalanan iki müqavilədən və Osnabrük müqaviləsindən formalaşmışdır: 1. İlk Münster 
müqaviləsi - 30 Yanvar 1648-ci ildə İspaniya və Hollandiya arasında; 2. İkinci Münster müqaviləsi - 24 
Oktyabr 1648-ci ildə Müqəddəs Roma-Alman İmperatorluğu ilə Fransa və Alman şahzadələri arasında; 3. 
Osnabrük müqaviləsi -Müqəddəs Roma -Alman İmperatorluğu ilə İsveç arasında 25 Oktyabr 1648-ci ildə 
imzalanmışdır. Müqavilələrin iki fərqli şəhərdə baş tutmasının səbəbi, sülhə qatılacak Katolik və Pro 
Vestfaliya sülhünün anlaşılmasından əvvəl, müqavilənin hədəflərinin təhlili tamamlanmalıdır. Münster və 
Osnabrükdə iştirak edən bütün millətlərdən və dövlətlərdən olan nümayəndələr, müəyyən hədəfləri 
düşünürdülər. İmperatorluğun Maksimilian Von Trautmansdorff, Kount Nassau, Dr Volmar; İsveçli Johan 
Oxenstienna və Johan Adler Salvius; Fransadan Komte d’Avaux və Markiz de Sable, Longville Dersi öz 
millətlərinin rəhbərləri tərəfindən hər hansi bir kompromisə tez getməmələri üçün xüsusi təlimatlar verdilər. 
Heç bir xalq zəif kimi görünmək və heç biri son on ildən çoxdur davam edən dağıdıcı münaqişəyə görə 
məsuliyyət daşımaq istəmədi.1645-ci ilədək, bütün Alman əhalisinin üçdə biri də daxil olmaqla, milyonlarla 
insanın həyatı bahasına başa gələn bir müharibədə, bir növ barışıq sazişi axtarmağın səbəbləri var idi. 
Hər millət üçün barış konfransının məqsədləri belə ümumiləşdirilə bilər: Fransızlar, Renin “meşə 
şəhərləri” olaraq bilinən 4 şəhərinin yanında Metz, Tul, Verden, Breisaç və Elzas da daxil olmaqla, strateji 
hərbi qalalara nəzarət etmək istədi; İmperiya, İmperatorun rəhbərliyi altında birləşmiş bir krallıq istədi; 
İmperiya vilayətlərinin şahzadələri öz krallıqları üzərində suverenlik istədi; Hollandlar, İspaniyada 
müstəqillik istədi, İsveç isə öz ərazi qazanclarını istədi testant liderlərin eyni şəhərdə olmasından imtina 
etmələri idi.Avropanın ən böyük ilk konfransı sayılan Vestfal sülhü, Almaniyanın siyasi pərakəndəliyini bir 
az da möhkəmləndirdi. Alman knyazları öz aralarında ittifaq və xarici dövlətlərlə müqavilə bağlamaq 
hüququ qazanır, bu isə faktikiolaraq, onların suverenliyini təsbit edirdi. İmperiya özü seçkili monarx və 
reyxstaq başda olmaqla, formal dövlətlər birliyinə çevrilir. Fransaya gəlincə, başlamış olan parlament 
frondası ilə əlaqədar o, danışıqları tez başa çatdırmağa çalışırdı və hətta kiçik ərazi qazancları ilə 
kifayətlənməyə hazır idi.Vestfal sülhünə görə, Fransa Elzası (onun tərkibinə formal cəhətdən daxil olan 
Strasburqdan başqa), Zundqaunu və Xagenaunu alırdı, 100 ildən çox əlində olan Lotaringiyanın üç 
yepiskopluğu-Mets, Tul və Verden üzərində hüquqlarını təsdiqləyirdi. İmperiyanın 10 şəhəri Fransanın 
qəyyumluğuna keçirdi. Bundan əlavə, Fransa İsveç ilə birgə Vestfaliya sülhü, imperatorluğa üzv dövlətlərin 
tam ərazi suverenliyini tanıdı. İmperator və imperatorluğun heç bir qərəz görməməsi şərtilə, bir-biriləri ilə və 
xarici dövlətlərlə müqavilələr bağlamaq səlahiyyətləri verildi. Bu və digər dəyişikliklərlə imperiyanın 
şahzadələri öz hökmranlıqlarında mütləq suveren oldular. Müqəddəs Roma imperatoru və Diyet əvvəlki 
güclərinin bir kölgəsi ilə qaldı.İmperatorluğun mərkəzi hakimiyyəti demək olar ki, tamamilə 300-ə yaxın 
şahzadənin suverenliyi ilə əvəzlənmişdi, eyni zamanda imperiyanın gücü başqa yollarla maddi cəhətdən 
zəifləmişdi. Təxminən 40.000 kvadrat mil (100.000 kvadrat km) ərazini itirdi və Fransaya qarşı müdafiəsiz 
bir sərhəd əldə etdi. İsveç və Fransa sülhün qarantı olaraq imperatorluğun işlərinə müdaxilə hüququnu əldə 
etdilər və İsveç də (Diyet üzvü olaraq) məclislərində söz sahibi oldu. Almaniya beləliklə, uzun illər Avropa 
diplomatiyası və müharibənin əsas teatrına çevrildi və Alman milli birliyinin təbii inkişafı təxirə salındı. 
Ancaq Vestfaliya sülhü imperatorluqdakı köhnə nizamın ləğvini elan edirdisə, bu Avstriya, Bavariya və 
Brandenburq başda olmaqla, tərkib hissələrində yeni güclərin böyüməsini asanlaşdırdı. Müqavilə Alman 
konstitusiyasının əsas qanunu olaraq qəbul edildi və 1806-cı ildə Müqəddəs Roma İmperiyasının 
dağılmasına qədər bütün sonrakı müqavilələrin əsasını təşkil etdi. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   446   447   448   449   450   451   452   453   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə