Ministry of education of azerbaijan republic sumgayit state university


XƏZƏRİN STATUSUNUN HƏLLİ BEYNƏLXALQ ƏHƏMİYYƏTLİ MƏSƏLƏ KİMİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə446/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   442   443   444   445   446   447   448   449   ...   579
magistr2021 3 2

XƏZƏRİN STATUSUNUN HƏLLİ BEYNƏLXALQ ƏHƏMİYYƏTLİ MƏSƏLƏ KİMİ
 
Mirsalayeva Ə.A. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
afsanabalaeva@mail.ru
 
 
XX əsrin 90-cı illərindən, xüsusilə, bu dövrün ikinci yarısından başlayaraq neft hasilatı və onun 
dünyanın iri neft şirkətləri ilə birlikdə istismarı məsələsi Azərbaycanın həm daxili, həm də xarici siyasətində, 
beynəlxalq aləmdəki mövqeyində, tamamilə yeni siyasi məna çalarları kəsb edirdi. Tarixi hadisəyə çevrilmiş 
Xəzərin statusu barədə aparılan danışıqlar, bu problemin qarşılıqlı hörmət prinsipləri əsasında həll olunması 
yolunda Azərbaycan dövlətinin apardığı siyasət, məsələyə xüsusi bir dinamika verir, eyni zamanda siyasi
iqtisadi, texniki, ictimai və hətta mənəvi baxımdan dövlətlər arasında yeni problemlər yaradırdı. 
Faktlar və apardığımız təhlillər əsasında demək olar ki, qısa tarixi dövr ərzində Xəzərətrafı regionda 
çoxsaylı tarixi hadisələrin cərəyan etməsi dünya dövlətlərinin, eləcə də Xəzəryanı dövlətlərin digər 
problemlər kimi, Xəzərin statusu məsələsində də qarşılqlı hörmət prinsipinə əsaslanmaq zərurətini meydana 
çıxardı. 
Xəzərin statusu əvvəl bir neçə sahilyanı dövlətin rəsmilərinin müzakirəsində olduğu halda, az vaxt 
ərzində təkcə beş dövlətin deyil, bir çox Qərb ölkələrinin, hətta beynəlxalq və regional təşkilatların hüquqi-
siyasi müstəvisində müzakirə edilərək diqqət mərkəzinə çevrildi. 
Ümumiyyətlə, Xəzərin statusu problemi Azərbaycan dövlətinin və dünya dövlətlərinin müasir 
beynəlxalq vəziyyətində mühüm siyasi-iqtisadi amil rolunu oynayır. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
372 
Məlumdur ki, Azərbaycanın yerləşmiş olduğu region geosiyasi, srtateji və iqtisadi baxımdan dünyanın 
siyasi xəritəsində əhəmiyyət kəsb edir. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi də 
Azərbaycanın yerləşmiş olduğu regionun həssas olmasından irəli gəlir. Ona görə də dövlətimiz həm 
qonşuluq siyasətində, həm də digər region ölkələri ilə olan münasibətlərində balanslaşdırılmış siyasət 
yürütməkdədir. İlk olaraq Azərbaycanın milli maraqlarını önə çəkmək əsas götürülür. 
Uzun illərin gərgin müzakirələrindən sonra beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində 
Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı çox mühüm sənəd imzaladılar. Bu hadisəyə bir 
sıra dövlət başçıları tarixi qiymət verdilər. Mütəxəssislər və kütləvi informasiya vasitələri də baş 
verənlərə böyük maraq göstərdilər. Qərb mətbuatı əldə edilən razılıqları daha çox "siyasi mövqe"dən 
dəyərləndirməyə çalışır. ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və başqa ölkələrin bəzi nəşrləri 
Xəzərin hüquqi statusunun müəyyənləşməsini Rusiyanın böyük qələbəsi kimi təqdim etməyə cəhd 
göstərirlər. "The Guardian", "Le Monde", "The New York Times" və başqa nəşrlərdə imzalanan 
Konvensiyanın Moskvaya verə biləcəyi geosiyasi dividendlərdən bəhs edilir. Ancaq, bizcə, hadisə daha 
geniş kontekstdə əhəmiyyət kəsb edir. Onu hansısa bir region dövlətinin uğuru kimi təqdim etmək 
reallığa uyğun deyil. Bu məqamı nəzərə alaraq Aktau sammitinin geosiyasi, mədəni, ekoloji, iqtisadi və 
energetik əhəmiyyəti üzərində geniş dayanmağa ehtiyac görürük. 
İmzalanan səkkiz sənəd: gərgin işin yekunları. Nəhayət, uzun illərdir dünyanı narahat edən bir 
problem də aradan qaldırıldı. "Xəzər beşliyi" dövlətlərinin başçıları Qazaxıstanın Aktau şəhərində V 
Zirvə toplantısında mühüm sənədlər imzaladılar. Bu hadisəyə geniş reaksiya verilməsi tam gözlənilən 
idi. Çünki Xəzərin hüquqi statusunun qeyri-müəyyən qalması iqtisadi, enerji, siyasi, hərbi, ekoloji və 
geosiyasi risklər yaradırdı ki, bu da istənilən an regionda gərginliyə yol aça bilərdi. Hətta bir neçə dəfə 
hövzə ölkələri arasında münasibətlər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi ucbatından 
gərginləşmişdi. 
Etiraf edək ki, münasibətlərdəki gərginlik Azərbaycan rəhbərliyinin təmkinli və qətiyyətli 
mövqeyi sayəsində hərbi münaqişəyə çevrilmədi. Həmin hadisələr artıq geridə qalıb və üzərlərində 
dayanmağa ehtiyac yoxdur. Lakin Xəzərin statusunun müəyyən edilməməsinin hansı təhlükəli nəticələr 
verə biləcəyi faktını da unutmaq olmaz. Hazırkı mərhələdə həm də ona görə ki, supergüclərin müxtəlif 
regionlarda nüfuz uğrunda mübarizəsi çox intensiv xarakter alıb. 
Konkret desək, ABŞ, Rusiya və Çin hazırda beynəlxalq miqyasda çox fəal addımlar atırlar. 
Xəzərin strateji bir məkan olduğunu nəzərə alsaq, burada hər an böyük təsirləri olan qarşıdurmanın 
meydana gəlmə ehtimalının az olmadığı qənaətinə gəlmək mümkündür. Bu səbəblərdən Aktau 
sammitini siyasi liderlər haqlı olaraq "tarixi hadisə" kimi qiymətləndirirlər. Ekspertlər və KİV orqanları 
da onu geniş şərh edir, analizlər aparır və proqnozlar verirlər. Beləliklə, avqustun 12-də Aktauda hansı 
tarixi hadisə baş verdi? 
Öncə vurğulayaq ki, Aktau sammitindən bir gün əvvəl Prezident Nursultan Nazarbayev "tarixi 
sənədlərin imzalanacağı"nın anonsunu vermişdi. Qazaxıstanın Xəzər sahillərindəki füsunkar görkəmli 
şəhərinə Rusiya, İran, Azərbaycan, Qazaxıstan və Türkmənistan Prezidentləri toplaşmışdılar. Onlar 
keçən əsrdən bu yana davam edən müzakirələrin nəticələrini təsdiqləyən sənədlər imzalamalı idilər. 
Prezidentlər sammitdə səkkiz sənəd – "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya", 
"Beşinci Xəzər sammitinin Kommünikesi", "Xəzər dənizində terrorizmlə mübarizədə əməkdaşlıq 
haqqında Protokol" və daha beş sənədi imzaladılar. Həmin sənədlərdə mütəşəkkil cinayətkarlıqla 
mübarizədə əməkdaşlıq, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat sahəsində əməkdaşlıq, münaqişələrin 
aradan qaldırılması, sərhəd qurumlarının əməkdaşlığı kimi məsələlər ifadə edilib. 
Kommünikedə ayrıca vurğulanır ki, bu sənəd Xəzərin müasir tələblərə cavab verən və sahilyanı 
dövlətlərin hərtərəfli qarşılıqlı əlaqələrinin bundan sonra da intensivləşməsinə imkan yaradan hüquqi 
rejimini müəyyənləşdirir. Bununla yanaşı, ekspertlər vurğulayırlar ki, tərəflər arasında olan fikir 
ayrılıqları tədricən ciddi diplomatik təşəbbüslər sayəsində aradan qaldırılıb. Lakin onların hamısı Aktau 
sammitində də öz həllini tapmayıb. 
Əldə olunan razılıqların səmərəli yerinə yetirilməsi üçün Prezidentlər xüsusi beştərəfli 
məsləhətləşmə mexanizmlərinin işlənib hazırlanması barədə razılığa gəliblər. Sənəddə qeyd olunur ki
Xəzəryanı dövlətlərin hökumətləri tərəfindən ticari-iqtisadi əməkdaşlıq, nəqliyyat, energetika, 
innovasiya, turizm, informasiya və başqa sferalarda əlaqələrin gücləndirilməsinə dair razılaşmalar 
böyük məmnunluq doğurub. Bu bağlılıqda 2019-cu ildə Türkmənistanda Birinci Xəzər İqtisadi 
Forumunun keçirilməsi haqqında ortaq fikrə gəlinməsi də yüksək qiymətləndirilir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə