Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə454/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   450   451   452   453   454   455   456   457   ...   579
magistr2021 3 2

 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
378 
İDARƏETMƏNİN İNKİŞAFINDA SOSİAL İNSTİTUTLARIN ROLU 
 
Piriyeva S.X. 
Sumqayıt Dövlət Universiteti
E-mail:
 
sabina.m.79@mail.ru
 

İdarəetmə dedikdə, hər şeydən əvvəl, insanın öz təlabatlarını reallaşdırmağa yönəlmiş məqsədyönlü 


fəaliyyəti nəzərdə tutulur. Bu tələbatlar bir qayda olaraq, müxtəlif sosial institutların – ailənin, dinin, 
mədəniyyətin, siyasətin, ictimai rəyin, sosial nəzarətin təsiri və iştirakı ilə gerçəkləşir. Bəlli olduğu kimi, 
sosial münasibətlərin və sosial institutların başlıca subyekti məhz insandır, digər insanlarla birlikdə 
iştirakçısı, yaradıcısı, qurucusu olduğu qruplar, təşkilatlar, təsisatlardır. Cəmiyyət və onun sosial institutları 
dəyişdikcə, yeniləşdikcə idarəetmənin məzmunu, mahiyyəti, xarakteri də əhəmiyyətli dərəcədə dəyişir, 
yeniləşir. Öz istəyindən, arzusundan çox asılı olmayaraq, hər bir insan idarəetmə prosesində sosial institutlar 
vasitəsi ilə birbaşa iştirak edir. Şəraitdən, vəziyyətdən asılı olaraq, o, bu prosesdə həm idarəedən, həm də 
idarəolunandır.
Ailə cəmiyyətdə idarəetməyə fəal təsir göstərən institutlar sırasında özünəməxsus, mərkəzi mövqe 
tutur. Cəmiyyətin sabitliyinin, əsrlər, minilliklər ərzində formalaşan strukturunun qorunması 
möhkəmləndirilməsi məhz ailənin dəyişməz funksiyalarından biridir. Həm övlad, həm də ailə başçısı, tərəf 
müqabili kimi, uğurlu ailə həyatı insanın özünü ahəngdar şəkildə reallaşdırmasında, cəmiyyətdə, dövlətin 
sosial-siyasi strukturlarında, iqtisadi həyatda layiqli yer tutmasına birbaşa təsir göstərir. İnsan müxtəlif yaşlı 
– fərqli cins-yaş qruplarına aid edilən insanlarla doğru, düzgün ünsiyyət qurmağı, vicdanlı, məsuliyyətli, 
anlayışlı olmağı, çətin, problemli vəziyyətlərdə özünü ləyaqətli aparmağı, böyükləri, yaxınları, doğmaları, 
tanışları eşitməyi, anlamağı, insanları başa düşüb qiymətləndirməyi bilavasitə ailədə öyrənir.
Bu mənada, hər bir insan üçün vacib olan məsuliyyətlilik, düşüncəli, iradəli olmaq, hər kəsin haqqını 
tanımaq, əməksevər olmaq, özünü və konkret vəziyyətlətləri idarəetmə qabiliyyəti ailə institutunun təsiri 
altında formalaşır. Burada digər sosial təsisatların – dinin, mənəvi həyatın, hüquq, ictimai rəyin, müxtəlif 
sosial birliklərin iştirakı ilə baş verən qarşılıqlı nəzarətin də idarəedici təsiri, rolu mühümdur.
Hər kəsə bəllidir ki, müasir şəraitdə - elmi-texniki tərəqqi dövründə müəyyən funksional idarəetmə 
proseslərinin texniki vasitələr, kompüterlər və s. tərəfindən getdikcə daha fəal və uğurla həyata keçirilməsi 
idarəetmə münasibətlərinin ənənəvi məzmununu əhəmiyyətli dərəcədə dəyişir. Son dovrlərə qədər geniş 
tətbiq edilən, kifayət qədər populyar olan iqtisadi, inzibati, sərt hüquqi-psixoloji metodlar əvvəlki təsir 
imkanlarını sürətlə itirməkdədir. 
Yeniləşən informasiya texnologiyaları bu gün sosial institutların formalaşmasına, funksionallaşmasına 
fərqli keyfiyyət məzmunu verir, onların idarəçilik təsirini əhəmiyyətli dərəcədə qüvvətləndiririr. Bu mənada, 
din, mədəniyyət, əxlaq, ictimai rəy, sosial nəzarət hər bir şüurlu fərdin şəxsi və işgüzar həyatına daha böyük 
intensivliklə daxil olur. İnternet-konmmunikasiya texnologiyalarının sosial həyata dərindən nüfuz etməsi ilə 
insan özünü ən ucqar, qapalı məkanlarda belə qarşılıqlı sosial təsirdə hiss edir, yaradıcı, qurucu, 
sosiallaşdırıcı təsir göstərə bilir.
Baş verən son dəyişikliklər bir sıra alimlərdə belə bir təsəvvür yaradır ki, insan amili idarəetmədə öz 
əhəmiyyətini itirir. Elmi-texniki nailiyyətlər insanı idarəetmə sistemindən sıxışdırıb çıxarır. Lakin nəzərə 
almaq lazımdır ki, idarəetmə öz mahiyyəti etibarilə qarşısına müəyyən məqsədlər qoyan və onları həyata 
keçirməyə çalışan insanların fəaliyyətindən başqa bir şey deyildir. Yəni elm sahəsində, ictimai həyatda hər 
hansı tərəqqi, nailiyyət insan fəaliyyətinin nəticəsidir. Obyektiv olaraq bir istiqamətdə öz rolunu itirən insan 
amili digər istiqamətdə daha qabarıq şəkildə üzə çıxır.
Sosial obyektləri idarə etmək, böyük, qarışıq sistemlərin idarə olunması deməkdir. Onlar ona görə 
qarışıq sistem adlanırlar ki, onların ünsürləri həm müəssisədən istehsalata qədər, həm də bütövlükdə 
cəmiyyət səviyyəsində insanlar, canlılar və cansız ünsürlərdir.
Cəmiyyət inkişaf etdikcə iqtisadi, sosial, siyasi və mənəvi proseslərin qarşılıqlı əlaqəsi daha sıx olur. 
Bu idarəetmə tiplərinin və növlərinin daha dərindən tədqiqini, onların qarşılıqlı şəkildə uzlaşdırılmasını tələb 
edir. İnsan sosial sistemin başlıca ünsürüdür.
Sosial proseslər kompleks şəkildə götürüldükdə idarəetmənin çoxcəhətli obyekti kimi çıxış edir. O, 
eyni zamanda bərabər səviyyədə idarə edən və idarə olunan sistemə daxil olur. Nəyin necə və kim tərəfindən 
idarə olunmasından asılı olmayaraq, sosial münasibətlər zəminində həmişə insan idarə edir və idarə olunur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə