Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə455/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   451   452   453   454   455   456   457   458   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
379 
Əmək kollektivində adi fəhlə müəyyən vasitələri, mexanizmləri idarə edir, bir sıra hallarda idarəetməni 
funksional olaraq həyata keçirir. Bununla da idarəedən kimi çıxış edir.
Cəmiyyətdə çoxsaylı, peşəkar idarə edənlər vardır. Bunlar istehsalın təşkilatçıları, dövlət qurumlarının, 
təsərrüfat orqanlarının məsul işçiləri, idarəetmə sayəsində peşəkar şəkildə ixtisaslaşanlardır. Onlar seçdikləri 
peşə və cəmiyyətin tələblərinə uyğun olaraq iqtisadi, sosial və mənəvi həyatın idarə edilməsi üzrə spesifik 
funksiyaları yerinə yetirirlər. Onlar xüsusi idarəetmə əməyi ilə məşğul olurlar. Lakin idarəetmə üzrə 
mütəxəssisin və idarəetmə əməyi ilə məşğul olan ictimaiyyətçinin işi arasında həddi müəyyənləşdirmək bir 
qədər çətinlik törədir.
Bu idarəetmə kadrlarının elmi şəkildə seçilməsi, hazırlanması və rasional şəkildə yerləşdirilməsi, 
istifadəsi problemi kimi meydana çıxır. Müasir idarəetmə praktikası idarəetmə texnologiyasının, sosial 
proqnozlaşdırma və layihələndirmənin optimallaşdırma prinsiplərinə uyğun yenidən işlənilməsini və 
təkmilləşdirilməsini tələb edir. 
Ümumilikdə, sosial idarəetmənin nəzəri-metodoloji problemləri elmi-sosioloji ədəbiyyatda geniş 
nəzərdən keçirilmişdir. Hazırda bununla bağlı aparılan araşdırmalarda vahid elmi mövqenin formalaşdığını 
söyləmək çətindir. Bu, daha çox “idarəetmə” anlayışının mürəkkəbliyi, çoxcəhətliliyi və institusionallığı ilə 
izah edilir. İdarəetmənin digər sosial institutlarda qarşılıqlı əlaqədə inkişafına, onun formalarına, növlərinə, 
funksiyalarına müxtəlif yanaşmalar mövcuddur. Bu istiqamətdə aparılan çoxsaylı tədqiqatların başlıca 
çatışmayan cəhəti idarəetmənin bütün sahələri, növləri üçün ümumi nəzəriyyələrin çatışmazlığı, yoxluğudur. 
Doğrudur, son zamanlar müasir menecmentin ümumi əsaslarını müxtəlif aspektlərdə izah edən əsərlərin sayı 
və həcmi artmaqdadır, lakin müvafiq nəşrlər daha çox texnoloji yeniliklərin sosial institutlara və idarəetməyə 
təsirinə həsr olunur. Prinsip etibarı ilə, sosial idarəetmənin institusional mahiyyətinə üç mühüm aspektdən 
yanaşmaq mümkündür: 
1. Bu, insan fəaliyyətinin özünəməxsus növüdür; 
2. İctimai münasibətlərin (idarəetmə münasibətlərinin) xüsusi növüdür; 
3. Sosial intstitutun mühüm əlamətlərini əhatə edən institusional təzahürdür. 
İdarəetmənin sosial institut kimi nəzərdən keçirilməsi onun digər sosial təsisatlarla qırılmaz, sıx 
əlaqəsini aşkara çıxarır. Hazırda təşkilati sistemin, eləcə də təşkilati davranışın optimal modellərinin 
qurulması açıq müzakirə mövzusu olaraq qalır. Sosial idarəetmədə bu məsələ hələ tam işlənilməmişdir. 
Müvafiq parametrlərin uçotu isə yalnız qərarların qəbul edilməsi nəzəriyyəsi hüdudlarında, texnoloji cəhətlər 
nəzərə alınmaqla aparılır. 
Hər bir sistemin strukturu onun yarımsistemləri arasındakı daxili münasibətlərin, əlaqələrin müəyyən 
sabit qaydalı tərzdə qurulmasını ifadə edir. Struktur sistemin mövcud olması, təşkiletmə, idarəetmə isə onun 
hərəkətetmə, inkişafetmə formasıdır. “Sosial sistem” nəzəriyyəsində idarəetmə sisteminin struktur 
bölmələrinin tədqiqinə geniş yer ayrılır. Struktur sistemin ünsürləri arasındakı qarşılıqlı əlaqə və nisbətinin, 
onların arasındakı subordinasiyanı ifadə edir.
Təşkiletmə isə həmin sistemin fəaliyyətini və inkişafını müəyyən edir, onun mövcudluğunu qoruyub 
saxlayır, çünki təşkil edilməyən, idarə olunmayan sistem dinamik deyil, statik vəziyyətdə olur. Sistemi 
ümumi halda, onun ünsürləri arasındakı münasibətlərin toplusu kimi baxılması, sistemin fəaliyyət 
mexanizmini açmağa kömək etmir.
Sistemin strukturu funksional xarakterə malikdir (T.Parsons). Sistemin «kompozisiyasını», onu əmələ 
gətirən çoxluğun xüsusiyyətlərini öyrənmək bu baxımdan vacib məsələdir. Struktur hissələrin seçilib 
öyrənilməsi sistemin özünün dərk edilməsi üçün də əhəmiyyətlidir. Onun düzgün idarə edilməsi sistemin 
ünsürlərində baş verən dəyişiklikləri ardıcıl öyrənilməsi ilə bağlıdır.
Optimal idarəetmə nəzəriyyəsində “idarəolunma” anlayışı mühüm yer tutur. İdarəolunma yalnız 
idarəedici parametrlərdən asılı olmur. İdarə olunan obyektin özünün təşkiletmə qabiliyyəti, obyekt və 
subyektin qarşılıqlı əlaqələrinin fəallıq və passivlik səviyyəsi, onların bir-birinə adaptasiya olunması 
(uyğunlaşması) da mühüm əhəmiyyət kəsb edir.
Sistem və idarəetmənin özü müəyyən təşkiletmə prosesini nəzərdə tutur. İdarəedən və idarəolunan 
sistemlərin təşkili, bir qayda olaraq, müəyyən zəruri şərtlər daxilində gerçəkləşdirilir. Bu mənada, sosial 
idarəetmə strukturlarının formalaşmasını avtomatik olaraq, öz-özünə təşkiledilmə, özünü idarəetmə kimi 
təsəvvür etmək düzgün olmazdı. Lakin sosial özünü idarəetmənin perspektiv, strateji əhəmiyyətini də inkar 
etmək mümkün deyil. İdarəolunma idarəetmədə yeni xassə, keyfiyyət dəyişiklikləri meydana gətirir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   451   452   453   454   455   456   457   458   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə