Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə457/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   453   454   455   456   457   458   459   460   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
381 
fərarilərin sayının çox olması olmuşdu. Qeyd edək ki, Tulça, İsaqçı, İsmayıl və İbrayıl ərazisindən xeyli 
sayda əsgər fərarilik etmişdi. Fərariliklə məşğul olanlar əksər zamanlar geri qayıdarkən quldurluq edib 
talançılıqla məşğul olurdular. Çar Rusiyasının həm də rahat qələbə qazanmasının əsas səbəblərindən biri də 
Osmanlı imperiyasının tərkibində yaşayan xristianların da ruslara dəstək olması idi.
Müharibənin ilk dönəmlərində ll Yekaterina 19 yanvar 1769 –cu ildə Balkan yarımadasında yaşayan 
slavyan xalqlarına manifest göndərib, Osmanlıya qarşı üsyana başlamağı təklif etmişdi. Həmin xalqlar da 
Yekaterinanın təklifinə isti münasibət bəsləmişdi.
Rusiya Aralıq dənizinə 7 gəmidən ibarət donanma göndərmişdi. Gəmilər belə adlanırdı.” Şimal 
Qartalı” , “Müqəddəs İonuariy” , “Üç iyerarx” , “Svyatoslav” , “Avropa”, “Müqəddəs Evstafiy Plakida” və “ 
Üç Başrahib gəmisi idi. Gəmilərin əksəriyyəti isə 18 iyul 1769 – cu ildən Xronştad limanından yola 
çıxmışdı.
Ümumiyyətlə bu müharibə Rusiya imperiyasının Avropada nüfuzunun daha da artmasına gətirib 
çıxardı. Osmanlı 300 ildən artıq hökm etdiyi Krım torpağını itirdi. Qara dənizdə və Qafqaz regionunda 
Rusiyanın təsiri daha da gücləndi. Bundan sonrakı gələcək illərdə belə Rusiya Osmanlının tərkibindəki 
xristianları üsyana sövq etməklə Osmanlını Avropadan tamamilə qovmağa cəhd edəcəklər.
TÜRKİYƏ DÖVLƏTİ VƏ ERMƏNİ-KÜRD TƏHLÜKƏSİ 
 
Ramizli U.Ü. 
Bakı Slavyan Universiteti 
 E-mail:
 
ugur_ramizli@mail.ru
 
 
XIX əsrin sonlarından başlayaraq Türkiyə dövlətinə qarşı erməni-Daşnak təhdidi olmaqla yanaşı, digər 
tərəfdən XX əsrin 80-ci illərindən PKK-kürd təhdidi meydana çıxdı. Bu iki terror təşkilatının maraqları üst-
üstə düşdüyü üçün, onlar “düşmənimin düşməni dostumdur” məsəli üzrə birgə hərəkət edirlər. 
Məlumdur ki, Ermənistan və onun xarici dövlətlərdə fəaliyyət göstərən lobbisi və PKK təkcə Türkiyə 
Respublikasını deyil regionda mövcud dövlətlərin sərhədlərinə göz dikərək onların ərazi bütövlüyünə hörmət 
qoymur erməni və kürd dövlətini yaratmağa çalışırdılar. Onlar bu arzularında Azərbaycan dövlətinin 44 
günlük “Dəmir yumruq” siyasətini görsələrdə PKK-kürd silahlıları Laçında “Qırmızı Kürdüstan” arzularını 
yaddan çıxartmaq istəmirlər. 
Şübhə yoxdur ki, erməni və ya kürd terrorçularının bu arzularının reallaşması artıq tarixə qovuşmaqla 
Qarabağ işğaldan azad edilmiş, nəticədə Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurub sərhədləri 
açması planı reallaşmaqdadır. Lakin bununla belə bu yönlü məsələlərdə çox diqqətli olmaq lazımdır. Hər 
halda, Türkiyənin hesabına dirçələcək Ermənistanda PKK-kürd qüvvələrinə geniş qucaq açılacağını təxmin 
eləmək çətin deyildir.
Türkiyə KİV-nin verdiyi məlumata görə, bu günədək Ərdoğanla Bərzani arasında keçirilmiş 
görüşlərdə müzakirə edilən çoxsaylı məsələlərdən biri Suriya kürdlərinin Suriyanın şimalında özünü 
idarəetmə orqanı yaratmaq məsələsi olmuşdur.
Buna görə Türkiyə üçün sərhədləri yaxınlığında rəsmi 
Dəməşq tərəfindən dəstəklənən yeni kürd muxtariyyətinin yaradılması birbaşa təhlükə olardı.
Türkiyə hökuməti Qərbin İran dövlətinə tətbiq etdiyi sanksiyalar səbəbindən iqtisadi zərərlərlə 
üzləşdiyini nəzərə alsaq, İraqın kürdlər yaşayan bölgəsinin karbo-hidrogen ehtiyatları Ankara üçün əsl tapıntı 
olduğunu düşünür. Buna uyğun olaraq Türkiyə xarici işlər nazirliyi Ankaranın məqsədini belə açıqlayıb: 
“İstəyirlər ki, enerji axıb getsin, Türkiyə isə bunu yalnız seyr etsin. Amma artıq bizim də gözlərimiz açılıb. 
Enerji axacaq, amma türklər onu sadəcə seyr etməyəcək. Enerji Türkiyədən axacaq” fikrini bu gün belə 
birmənalı şəkildə bildirmişlər. 
Bu fikirdən dərhal sonra, Türkiyənin kürdlərin sıx yaşadığı bölgələrində polislə qarşıdurma və 
toqquşmalar baş qaldırmış, bu isə birmənalı Türkiyədə baş verən son hadisələrin PKK-nın Ankaraya mesajı 
olmasını deməyə əsas verir. Bu mesajla PKK regiona real təsir etmə mexanizmini Türkiyə kürdlərində 
olduğunu göstərməyə çalışır. 
Belə ki, Türkiyə hökumətinin bu çətin oyundan qalib olaraq çıxacağını, yoxsa onun Şərq siyasətinin 
PKK terrorçuları tərəfindən iflasa uğrayacağını və ya qalib gələcəyini yaxın zaman hadisələri göstərəcəkdir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə