Ministry of education of azerbaijan republic sumgayit state university


BEYNƏLXALQ TƏŞKİLATLARIN ”QARABAĞ PROBLEMİ” NƏ MÜNASİBƏTLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə460/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   456   457   458   459   460   461   462   463   ...   579
magistr2021 3 2

BEYNƏLXALQ TƏŞKİLATLARIN ”QARABAĞ PROBLEMİ” NƏ MÜNASİBƏTLƏRİ 
 
Rzayeva N.Ş. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
nuranarrr@mail.ru 
 
Qarabağ problemi SSRİ-nin süqutundan sonrakı ilk illərdə yetərincə mövcud olduğu beynəlxalq 
ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun bir sıra səbəbləri var idi. Ancaq bu problemin beynəlxalq hüquqa 
ölkəmizin ərazi bütövlüyünə uyğun ədalətli həlli üçün Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
384 
bütün beynəlxalq təşkilatlara və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etdi. BMT-yə müraciətdə 
Azərbaycanın digər müttəfiq respublikalar kimi mövcud sərhədlər ilə üzv olmaq arzusu ifadə edilirdi. 1992-
ci il mart ayında Azərbaycan BMT-yə üzv qəbul edildi və həmin ildə Nyo-Yorkda BMT yanında 
Azərbaycanın Daimi Nümayəndəliyi açıldı.
Azərbaycan bundan sonra BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət 
bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu 
müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT baş katibinə müvafiq məlumatlar verdi, lakin 
münaqişənin həllinə soyuq münasibət özünü göstərirdi.
Beləliklə 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT- yə müraciət etmək məcburiyyətində 
qoydu. BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) müsbət addımlarından biri Azərbaycanın BMT yanında 
Daimi Nümayəndəliyinin Təhlükəsizlik Şurası sədrinə məktubu TŞ-nın rəsmi sənədi kimi yayıldı. Bu 
məktubda Ermənistanın keçirdiyi hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünü pozmaq cəhdi kimi 
qiymətləndirilmişdir.
1993-cü ildə Kəlbəcər ermənilər tərəfindən işğal edildikdə Azərbaycan bu barədə BMT-yə müraciət 
edərək ermənilərin təcavüzkar əməllərinə qiymət verilməsinə xahiş etdi. Beləliklə aprelin 6-da BMT TŞ 
sədrinin verdiyi bəyanat qəbul olundu və bəyanatda Ermənistanla Azərbaycan arasında gərginliyin 
artmasından, “ yerli erməni qüvvələrinin” Kəlbəcər rayonuna müdaxiləsindən narahatlıq ifadə olunurdu. 
Lakin bu bəyanat da problemə düzgün qiymət vermədi və Ermənistanın işğalçılıq siyasətinə münasibət öz 
əksini tapmamış, Kəlbəcərin işğalında “yerli ermənilərin” günahkar olduğunu sübut etməyə çalışırdı.
Beləliklə 1993-cü il aprelin 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Qarabağ probleminə dair 
qətnamə qəbul etdi. 822 saylı qətnamə Kəlbəcər rayonunda yaranmış fövqaladə vəziyyətin doğurduğu 
problemlərin aradan qaldırılması zəruriliyi bildirilir.
BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son 
qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər 
ərazilərindən çıxarılmasını tələb edirdi. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi 
əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin 
Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını 
tələb edir. Bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə olmadı. Əvvəla 
ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir 
konkret qiymət vermək məqsədinə xidmət etməmişdir.
Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də 
göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim 
tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən 
reallaşdırıldığı vurğulanırdı. Bu isə, əlbəttə ki, təcavüzkar tərəfi müəyyənləşdirməyə və münaqişənin konkret 
həlli yollarını aydınlaşdırmağa imkan vermirdi. 
1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal 
etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT TŞ-nın qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət 
vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ-nın iclası keçirildi və burada Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin 
Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi 
qoyulmuşdu.
Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq 
ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi 
bildirilirdi.Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi və Azərbaycanın 
bəzi ərazilərinin işğalı faktı da bu sənəddə xüsusi qeyd edilir və təcavüz aktlarının regionda sülhə ciddi mane 
olduğu göstərilirdi.
BMT TŞ-nın 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha 
obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır. Çünki Təhlükəsizlik Şurası 
təcavüzkarın adını çəkmir, yalnız "yerli ermənilər" ifadəsi ilə kifayətlənməyə üstünlük verirdi. Halbuki artıq 
təcavüzkarın kim olduğu hamıya məlum idi və indi bunu yalnız rəsmi şəkildə təsdiqləmək qalırdı. BMT TŞ-ı 
isə belə bir addım atmadı. 
1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi 
əməliyyatları gücləndirdikdən sonra BMT TŞ-ı sədrinin yeni bəyanatı yayıldı.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   456   457   458   459   460   461   462   463   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə