Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə458/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   454   455   456   457   458   459   460   461   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
382 
ETNİK TERRORİZM VƏ TÜRKİYƏYƏ QARŞI TORPAQ İDDİALARI 
 
Ramizli U.Ü. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
ugur_ramizli@mail.ru
 
 
Etnik terrorizm bir sıra dövlətlərin müstəqilliyini təhdid edən problemlər sırasında xüsusi yer tutur. Bu 
sahə ilə məşğul olan tədqiqatçılar terrorun 190 tərifini verməklə bunlar içərisində terrorla bağlı dünyaca 
məşhur Vardlav terror hadisələrinə politoloji məna verərək “terrorçuluq fəaliyyətinin siyasi akt” olmasını 
qeyd edir. 
Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə 
“Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra “Böyük Ermənistan” 
iddiaları yeni mərhələyə qədəm qoydu. 1885-ci ildə “Armenakan” partiyası İran və çar Rusiyasında yaşayan 
ermənilərlə geniş əməkdaşlıq əlaqələri quraraq Van, Muş, Bitlis, Trabzon bölgələrində, bununla yanaşı 
İstanbul şəhərində terror aktları törətdilər.
Bundan fərqli olaraq “Hnçaq” partiyası Türkiyənin Anadolu bölgəsini özünə birləşdirməklə “Böyük 
Ermənistan” yaratmaq üçün nizamnaməsinin 4-cü bəndində “qarşıya qoyulmuş məqsədə çatmaq üçün 
təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçməyin vacib olduğunu” qeyd edirdi. 
“Daşnaksütyun” partiyası Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq üçün 
1892-ci ildə Tiflisdə keçirilən ilk qurultayda türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar 
çıxarmadı. XIX əsrin sonlarından erməni terrorçularının Osmanlı dövlətinə qarşı xain əməlləri başlamaqla bu 
addımlar XX əsrdə belə davam etdi. 
ASALA və PKK əlaqələri 9 noyabr 1980-ci ildə başlamaqla
 
1993-cü il yanvarın 6-da Beyrutda, 
kilsədə keçirilən tədbirdə
:“Hələlik Türkiyəyə qarşı sakit siyasət yürüdülməlidir. Erməni xalqı getdikcə 
güclənir və aparılan təbliğat dünyada (uydur ma) soyqırımı daha yaxşı tanıdır. ABŞ və Qərb dövlətləri də 
müharibələrdə erməniləri haqlı görürlər. Türkiyə bölünəcək və kürd dövləti qurulacaqdır. Ermənilər 
kürdlərlə əlaqələrini möhkəmləndirərək onları dəstəkləməlidirlər. Bu gün türklərin əlində olan torpaqlar 
sabah Ermənistanın olacaqdır” fikri səsləndirildi. Qeyd edilənlər XIX əsrdən başlayaraq bu gün də davam 
edən erməni-kürd terrorçularının arzularının xəyal olaraq qalmasını göstərməklə bu fəaliyyətə qarşı Türkiyə 
dövləti daima cavab verməyə hazır olmalıdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   454   455   456   457   458   459   460   461   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə