Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə461/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   457   458   459   460   461   462   463   464   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
385 
Həmin bəyanatda Azərbaycan ərazilərinin işğalı faktı təsdiqlənir, Dağlıq Qarabağın Azərbaycanın 
tərkib hissəsi olduğu vurğulanır və bölgədə hökm sürən vəziyyətdən narahatlıq ifadə edilirdi. Şura bütün 
hücumların dayandırılmasını və bölgədə sülh və təhlükəsizlik üçün qorxu törədən hərbi əməliyyatların və 
bombardmanların dərhal dayandırılmasını tələb edir, habelə işğalçı qüvvələrin Füzuli zonasından, həmçinin 
Azərbaycan Respublikasının Kəlbəcər, Ağdam rayonlarından və bu yaxınlarda işğal olunmuş başqa 
rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Şura Ermənistan Respublikasının hökumətini bu məqsədlə öz təsirindən istifadə etməyə çağırır. Şura 
Azərbaycan Respublikasının və regionun bütün başqa dövlətlərinin suverenliyini və ərazi bütövlüyünü, 
habelə onların sərhədlərinin pozulmazlığını bir daha təsdiq edir və münaqişənin sülh yolu ilə aradan 
qaldırılmasına nail olmağa dair ATƏM-in Minsk qrupunun səylərinə döyüş əməliyyatlarının göstərdiyi 
təsirdən dərin narahatlıq keçirdiyini bildirir.
Bəyanatda BMT TŞ-nin 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair "təxirəsalınmaz 
tədbirlər cədvəli"nin dəqiqləşdirilmiş variantının münaqişə tərəflərinin qəbul etməsinin vacibliyi də öz əksini 
tapmışdı. Lakin bu bəyanat da əvvəlki sənədlərdən bir o qədər fərqlənmirdi. Çünki burada Ermənistanın 
işğalçı tərəf olması faktı etiraf edilmir, münaqişə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan 
ermənilərlə Azərbaycan arasında olan problem kimi səciyyələndirilirdi. Bu qeyri-müəyyən münasibət isə 
Ermənistanın işğalçılıq əməliyyatlarını genişləndirməsinə əlverişli şərait yaradırdı.
Beləliklə də Füzuli və Cəbrayıl rayonları da işğal olundu. 1993-cü ilin avqustunda atəşkəs haqqında 
razılıq əldə olunsa da, ermənilər buna əməl etməyərək Qubadlı rayonunu da ələ keçirdilər. Azərbaycan 
növbəti dəfə BMT TŞ-a müraciət etməli oldu. Bu müraciətdə Minsk qrupu tərəfindən hazırlanmış 
"Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. 1993-
cü il oktyabrın 14-də BMT TŞ-ı yenidən Dağlıq Qarabağ problemini müzakirəyə çıxararaq 874 saylı 
qətnamə qəbul etdi. Bu qətnamədə Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz tədbirlərin 
yeniləşdirilmiş cədvəli" təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü 
bildirilirdi.
Mahiyyət etibarilə bu qətnamə də əvvəlkilərdən fərqlənmirdi. Burada da Ermənistanla Azərbaycan 
arasında yaranmış gərginlikdən, cəbhə bölgəsində hərbi əməliyyatların yenidən güclənməsindən, çoxsaylı 
insan tələfatından və Azərbaycan ərazilərinin işğal edilməsi faktlarından narahatlıq ifadə olunur, 
münaqişənin aradan qaldırılması istiqamətində ATƏM-in səyləri dəstəklənir, dövlətlərin ərazi bütövlüyünün 
toxunulmazlığı bir daha təsdiqlənirdi. Amma bütün bunlarla yanaşı yenə də təcavüzkarla təcavüzə məruz 
qalan tərəflər adları ilə qeyd olunmur, münaqişənin yalnız Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin 
erməniləri ilə Azərbaycan arasında olan problem kimi səciyyələndiyi vurğulanırdı. Digər tərəfdən, maraqlı 
idi ki, 874 saylı qətnamədə Azərbaycanığn son vaxtlar işğal olunmuş rayonları haqqında heç nə deyilmirdi. 
Halbuki əvvəlki qətnamələrə işğal olunmuş ərazilərin konkret adları da salınmışdı.
1993-cü ilin oktyabrında isə Ermənistanın beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə etinasızlığı 
özünü daha açıq şəkildə göstərdi. ATƏM sədrinin bölgədə səfərdə olduğu bir vaxtda Ermənistan silahlı 
qüvvələri Azərbaycanın Zəngilan rayonunu işğal etdi. Bu, artıq beynəlxalq birliyin münaqişəyə obyektiv 
qiymət verməsinin zəminliyini ifadə edən növbəti hadisə idi. 
1993-cü il noyabrın 11-də BMT TŞ Azərbaycanın müraciətinə müvafiq olaraq münaqişənin davam 
etməsi ilə bağlı vəziyyəti yenidən müzakirəyə çıxararaq 884 saylı qətnamə qəbul etdi. Həmin qətnamə 
Azərbaycanın Horadiz qəsəbəsinin və Zəngilan rayonunun işğal edilməsi faktından narahatlıq ifadə edir və 
sənəddə işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması tələb olunurdu.
Bu qətnamə, təbii ki, yerinə yetirilmədi. Qeyd edək ki, sözügedən sənəd BMT TŞ-nin əvvəlki 
qətnamələrindən prinsip etibarilə heç nə ilə fərqlənmirdi. Bu qətnamələrin heç biri BMT-nin müvafiq 
nizamnaməsinin tələblərini özündə tam şəkildə əks etdirə bilməmişdir.
Beləliklə, BMT-nin qəbul etdiyi sənədlərdə beynəlxalq hüququn çox vacib prinsipləri nədənsə 
unudulur və təcavüzkarın cəzalandırılması üçün heç bir konkret mexanizm müəyyənləşdirilmirdi. Halbuki 
münaqişələrin həlli sahəsində müəyyən təcrübəsi olan bu təşkilat Ermənistanın Azərbaycana qarşı yürütdüyü 
işğalçılıq siyasətinə son qoymaq və regionda həqiqi, davamlı sülhə nail olmaq üçün kifayət qədər geniş 
imkanlara malik idi. Bu, həm beynəlxalq hüququn bütün dövlətlər tərəfindən yekdilliklə qəbul edilmiş 
prinsiplərində, həm də BMT-nin Nizamnaməsində öz əksini tapmışdır. Nəticədə BMT TŞ-nın qətnamələri 
yalnız kağız üzərində yazılı olaraq qaldı.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə