Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə462/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   458   459   460   461   462   463   464   465   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
386 
“SOYUQ MÜHARİBƏNİN” BAŞA ÇATMASINDAN SONRA DÜNYADA BAŞ VERƏN 
SİYASİ HADİSƏLƏR 
 
Şıxıyev B.İ. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
behruzsixiyev199bz@gmail.com 
 
İkinci Dünyq Müharibəsinin başa çatmasından sonra mütəffiq dövlətlər xüsusilədə ABŞ və SSRİ 
aralarında bağlanmış müqavilələrdən öz məqsəd və mənafeləri üçün istifadə etməyə başladı. Bu da son 
nəticədə kapitalizmi təmsil edən ABŞ və soializmi təmsil edən SSRİ arasında 1946-ci ildən başlanan və 
SSRİ-nin dağılmasına qədər davam edən “Soyuq Müharibə” kimi tarixə düşdü. Beləliklə bu müharibədən 
SSRİ-nin tərkibinrdəki dövlətlərin müstəqilləşməsi və ABŞ başda olmaqla qərb ölkələrinin qalib çıxması ilə 
nəticələndi. Bundan sonra dünyada beynəlxalq münasibətlər sistemində və siyasətdə Yeni Dünya Nizamı 
yaranır.
Yeni dünya nizamının mahiyyəti ondan ibarətdir ki, dünya siyasətində “çoxqütblülüyün” pozulması və 
ABŞ-ın mərkəzdə dayandığı “təkqütblülüyün” yaranmasından ibarətdir. Yeni dünya nizamının əsas 
şərtlərindən biri dünya dövlətlətinin və xalqlarınım hansı səviyyədə dayanmasından asılı olmayaraq planetin 
taleyi üçün və baş verən qlobal problemlər üçün bərabər məsuliyyət daşımasıdır. Soyuq müharibədən sonra 
dünyada baş verən mübahisəli məsələlərdən biridə beynəlxalq münasibətlər sisteminin və dövlətlərarası 
münasibətlərin beynəlxalq təşkilatlar yoxsa ABŞ tərəfindən nizamlanması məsələsidir. ABŞ iddia edir ki, 
onun iqtisadiyyatı, siyasi, hərbi gücü bunu təmin etməyə imkan verir. Lakin Fransa, Almaniya, Çin, Rusiya 
və digər dövlətlər münasibətlərin BMT çərçivəsində və BMT Təhlükəsizlik Şurasında birgə həll olunmasını 
tələb edirdilər.
Bu dövrdə təhlükəsizlik və əməkdaşlıq yaradılması əsas məqsədi olan ATƏT-in rolu artmışdı. Bu 
təşkilat dünyada baş verən münaqişələri yoluna qoymağa və təhlükəsiz dünya yaranması siyasəti aparırdı. Bu 
dövrdə dünyada bir sıra qlobal problemlər baş verirdi ki, bunlara nüvə silahlarınım toplanması, təbii 
ehtiyatların tükənməsi, qaçqınlar problemi və.s aiddir. Həmçinin dünya əhalisinin sayının artması 
demoqrafik problemlə yanaşı ərzaq ehtiyatının çətinləşməsinədə səbəb olurdu.
Bu dövrdə ən qlobal problemlərdən biri Terrorizm problemi idi. Terrorizmə qarşı mübarizə aparmaq 
üçün hal-hazırda ABŞda başda olmaqla dünya dövlətləri antiterror təşkilat və koalisiyaları formalaşdırılır. 
Soyuq müharibədən sonraki dövrdə beynəlxalq münasibətlərə və beynəlxalq proseslərə təsir gücünə görə 
dünya dövlətləri bir neçə qrupa bölünür: 
- Fövqəldövlətlər: öz milli maraqlarını bütün yer kürəsində təmin etməyə siyasi,iqtisadi, hərbi 
potensialı çatan dövlətlər daxildir. Bu rolu yalnız ABŞ icra edir. 
- Böyük dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyanın digər əhəmiyyətli 
ölkələrində təmin etməyə qadir və dünyanın başqa ölkələrini onunla hesablaşmağa məcbur edə bilən ölkələr 
daxildir. İngiltərə, Fransa, Almaniya, Yaponiya və.s 
- Regional dövlətlər: öz milli maraqlarını yalnız ölkəsində, regionunda və sərhədinə yaxın ərazilərdə 
təmin etməyə qadir ölkələrdir ki, bunlara da Rusiya, Türkiyə, Pakistan, Çin və.s daxildir. 
-Adi dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyada bacardıqları kimi təmin edir. Bu 
dövlətlərin maraqları digər üç qrup dövlətlərin maraqları ilə üst- üstə düşürsə təmin olunmaq ehtimalı artır. 
Dünya artıq XXI əsrə qədəm qoymuşdur. Bu əsr özü ilə birlikdə XX əsrdən bir sıra nailiyyətlərlə 
yanaşı həll olunması tələb olunan problemləridə gətirdi. XX əsrdən bizə qalan ən böyük miraz ictimai 
əsaslara əsaslanan Dünya birliyidir ki, bu birliyi və demokratiyanı qorumaq yeni əsrdə dünyanın ən mühüm 
vəzifəsidir. 
Əsası hələ XIX əsrdə qoyulmuş terrorizm XXI əsrdə beynəlxalq problemə çevrilmişdir. 2001-ci sentyabrın 
11-də Nyu-York və Vaşinqtonda 6 mindən insanın həyatına son qoydu. Bundan sonra başda ABŞ olmaq 
Böyük Britaniya və digər dünya dövlətləri qəzəblə qarşılayaraq terrorizmə qarşı mübarizə cəbhəsi təşkil 
etdilər. Həmçinin bu dövrdə bir sıra region dövlətləri sıradan çıxarıldiki buna misal olaraq ABŞ-ın İraqı 
bakterioloji silah saxlamaqda günahlandıraraq bura 2003-ci il martın 20-də qoşun yeritməsini göstərə bilərik 
ki, bunada səbəb bu dövrdə İraq Yaxın və Orta Şərqin ən böyük neft ehtiyatına malik ölkələrindən idi. Belə 
ki, Yeni dünya nizamının ən mühüm xüsusiyyəti dövlətlərin öz maraqların təmsil etməsindən ibarətdir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   458   459   460   461   462   463   464   465   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə