Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə470/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   466   467   468   469   470   471   472   473   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
394 
keçir. Şah II Abbasın hakimiyyətinin ilk ili Böyük Moğol sarayına göndərilən Səfəvi elçisi İmamqulu xan 
geri döndükdən sonra Şah II Abbas Hindistanda apardığı diplomatik danışıqlardakı uğurlarına görə onu 
cəbbədarbaşı vəzifəsinə təyin edir. 
Şah Cahan 1646-cı ildə öz elçisi Cannesar xanı Şah II Abbasın hakimiyyətə keçməsi münasibəti ilə 
təbrik etdiyi bir məktubla Səfəvi sarayına doğru yola salır. Şah II Abbas Cannesar xanı 1647-ci il dekabr 
ayında vətəninə göndərir.1649-cu ilin fevralında Qəndəharı yenidən Səfəvi imperiyasına birləşdirən Şah II 
Abbas öz elçisi Şahverdi bəyi məktubla Qəndəhardan Böyük Moğol sarayına göndərib öz hücumu və 
uğurları haqqında Şah Cahana izahat verib bu hadisənin iki dövlət arasındakı ənənəvi dostluq əlaqələrinə 
kölgə salmayacağına ümidvar olduğunu bildirir. 1649-cu il iyul ayında Böyük Moğol sarayına çatan 
Şahverdi bəy yüksək səviyyədə qarşılansa da, ona Şah Cahanın hüzuruna daxil olub Şah II Abbasın 
məktubunu təqdim etməyə imkan verilmir. Böyük Moğol sarayına Şah II Abbasın sifarişlərini çatdırdıqdan 
sonra Şahverdi bəyi qarovulla Səfəvi sarayına doğru yola salırlar. 
Beləliklə, XVII əsrin I yarısında Səfəvi imperiyası ilə Böyük Moğol imperiyası arasındakı diplomatik 
münasibətlərdən aydın olur ki, iki imperiya arasındakı münasibətlər sülh və dostluq münasibətləri idi. 
SSRİ-DƏ SOSİALİZM QƏLƏBƏSİ VƏ ONUN ƏHƏMİYYƏTİ 
 
Zeynalova P.Z. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
Zeynalovapervane924@gmail.com
 
 
XX əsrin 30-cu illərindən başlayaraq Sovet dövlətinin yeni inkişaf mərhələsinə daxil olması 1936-cı 
ildə Konstitusiyasnın qəbul edilməsi ilə bağlıdır. Bu mərhələdən etibarən həyata keçirilən proseslərdə əsas 
məqsəd ümumxalq sosialist dövlətinin yaradılması planı idi. Məhz bu işlərin həyata keçirilməsində ilk 
addımlar fəhlə və kəndlilər tərəfindən atıldı. İkinci dünya müharibəsində SSRİ-nin qələbəsi bir çox Mərkəzi 
və Avropa vəAsiya ölkələrində sovetpərəst qüvvələrin canlanmasına gətirib çıxardı.Müharibədən dərhal 
sonra SSRİ faşistlərdən azad etdiyi və öz yumruğu altında birləşdirdiyi dövlətlərdə xalq demokratiya 
inqilabı başladı.Xalq demokratik inqilabının ilk sədası Monqolostandan gəldi. Tədricən bu inqilablar
Vyetnam, Rumıniya, Yuqoslaviya və SSRİ-nin özünə dayaq qurduğu Albaniyada da yayılmağa başladı. 
Həyata keçirilən inqilablar nəticəsində kommunistlər hakimiyyətə gəldi, xalq təsərrüfatı yüksək səviyyədə 
inkişaf etdi və Stalin modelinin qəbul olunması ilə nəticələndi. 
SSR-də sosializm qələbəsinin həyata keçirilməsi bir neçə əhəmiyyətli mərhələlərdən keçmişdir. İlk 
öncə kapitaliznmin kommunizmi əvəz etməsi nəticəsində marksizm-leninizm təlimi öz təsdiqini tapdı və və 
bu təlimin həyatiliyi və düzgünlüyü təsdiq olundu. Sosializm qələbəsi digər bir yandan göstərdi ki, bu 
prosesin həyata keçirilməsi nəinki nəzəri baxımdan eyni zamanda əməli cəhətdən də mümkünlüyünü sübut 
etdi. Məhz sosializmin qələbəsi bəşəriyyət üçün ruhlandırıcı bir amil oldu. 
SSRİ-də sosializmin qələbə qazanması mühüm amil olaraq bunu göstərdiki cəmiyyət sosializmi tez 
qurmaqla yanaşı, eyni zamanda ən düzgün formada da qurmağı bacardı. Və ilk olaraq SSRİ-nin sosializmi 
qəbul etmsi digər xalqlar üçün şahrah yol açdı.Sosializm quruculuğunun həyata keçirilməsi və təcrübəsi onu 
göstərdiki sosializm qurmaq istəyən bütün xalqlar bir neçə qanunauyğunluqları həyata keçirirdilər ki, onlar 
arasında – fəhlə sinfi ilə zəhmətkeş təbəqənin birgə fəaliyyəti, milli zülm ləğv edilməsi, kənd təsərrüfatında 
sosializmə meyilli işlərin görülməsi, planlı inkişaf işlərinin həyata keçirilməsi və s. amillər göstərilirdi. 
Sosializm prosesinin uğurlu həyata keçirilməsində həmin ölkələrin tarixi əhəmiyyətini inkişaf 
xüsusiyyətlərini bilmək və bu xüsusuiyyətlər uyğun amil və üsulların seçilməsi mühüm rol oynamışdır. Bu 
prosesləırin sürətli çəkildə yayılması bunu göstərdiki sosializm quruculuğu təkcə daxili məsəslə deyil 
beynəlxalq əhəmiyyətli prosesdir.Sosializm sisteminin formalaşmasında Qarşılıqlı İqtisadi Yardım Şurası və 
Varşava Müqaviləsi Təşkilatının yaradılması mühüm amil olmuşdur . Varşava Müqaviləsi Təşkilatı ilə hərbi-
siyasi, QİYŞ təşkilatı ilə isə iqtisadi əlaqələr qurulurdu. Bu təşkilatların yaradılmasında məqsəd sosializm 
birliyinə daxil olan dövlətlərlə dinamik inkişaf əlaqələri qurmaq idi. 
Nəticə olaraq bunu qeyd edə bilərik ki, dünya sosializm sisteminin formalaşmasında SSRİ-nin rolu
danılmazdı. O sosializmi ölkə səviyyəsindən uzlaşdıraraq, dünya sistemində yerini tutmasında müstəsna rol 
oynamış və dayaq sisteminin möhkəmlənməsində əvəzsiz əhəmiyyəti olmuşdur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   466   467   468   469   470   471   472   473   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə