Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə467/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   463   464   465   466   467   468   469   470   ...   579
magistr2021 3 2

 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
391 
QEYRİ-NEFT SEKTORUNUN PRİORİTET SAHƏLƏRİNDƏN BİRİ KİMİ TURİZM 
 
Yusifova V.Z.
 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
vusaleyusifova65@gmail.com 
 
Qeyri-neft sektorunun inkişafı milli iqtisadiyyatın da inkişafı üçün prioritetdir. Qeyri-neft sektorunun 
inkişafı ölkə iqtisadiyyatının dayanıqlıq qabiliyyətinin artırılmasına təkan verərək bu sahədə inkişafı daha da 
sürətləndirir. Eyni zamanda iqtisadiyyatın diversifikasiyası üçün şərait yaradır. Bu səbəbdən, dövlət büdcəsi 
gəlirlərinin qeyri-neft sektorunun inkişafındakı rolu daim izlənilir. Qeyri-neft sektorunun prioritet 
sahələrindən biri də məhz turizmdir. 
Turizmi inkişafının dinamikasına görə əsrin iqtisadi fenomeni adlandırırlar. Dünya ölkələrinin bir 
çoxunda olduğu kimi daxili ÜDM-nin formalaşmasına da müsbət təsir göstərən turizm, eyni zamanda 
əhalinin işlə təmin olunmasında, xarici ticarətin stimullaşdırılmasında mühüm rola malikdir. Turizm 
yeniləşən dünyada qlobal əhəmiyyətə malik, iqtisadi-sosial əlaqələri nizamlayan, fərqli ölkələr və xalqlar 
arasında qarşılıqlı əlaqələr quran, işgüzar maraq dairəsini böyüdən, iqtisadiyyatın əsas sahələrinin inkişafına 
müsbət təsir göstərən bir sahədir. Turizmin inkişafı həm də qeyri-neft sektorunun inkişafına təkan verir. 
XXI əsr inkişaf etmiş turizm əsridir. Azərbaycanın turizm tarixinə qısa bir ekskursiya edək. Bu zaman 
turizmin ölkəmizdə formalaşmasında və inkişafında misilsiz dinamik bir tendensiya olduğu qənaətinə gələ 
bilərik. Turizmin formalaşması və inkişaf dinamikası, ilk növbədə, ölkənin təbii və rekreasiya imkanlarının 
zənginliyindən, sosial və tarixi şəraitin xüsusiyyətlərindən asılıdır. Bu asılılıq Azərbaycanda turizmin 
istiqamətlərinin müəyyənləşməsi və populyarlaşmasının əsas səbəbi idi. Ancaq bütün bunlara baxmayaraq, 
Azərbaycanda turizmin bütün növ və ya istiqamətlərinin özünəməxsus şəkildə inkişaf etdiyini əminliklə 
söyləmək olar. 
27 avqust 2002-ci il tarixində, 2002-2005-ci illər üçün “Azərbaycan Respublikasında turizmin inkişafı 
Dövlət Proqramı” qəbul edildi. Eyni zamanda, respublikada turizmin inkişafını təşkil etmək üçün dövlət 
strukturları yaradıldı. Bu da Sovet İttifaqının dağılmasından sonra müstəqillik qazanan ölkəmizdə də turizm 
sahəsinə olan marağın və dövlət qayğısının artmasının göstəricisidir.
Ölkə iqtisadiyyatının mərkəzi mexanizmi sayılan turizm sahəsi həm iqtisadi, həm də beynəlxalq 
münasibətlərin inkişafına müsbət təsir göstərir. Turizm həm də qeyri-neft sektorunun yeni iş yerlərinin 
yaradılmasına təsir göstərən bir sahəsidir. Yaradılan yeni iş yerləri yoxsulluğun aradan qaldırılması 
prosesində müsbət dinamika yaradır. 2004-cü ildə BMT-nin hazırladığı İnkişaf Proqramında Mədəniyyət və 
Turizm Nazirliyinə maddi, texniki və metodoloji dəstəyin göstərilməsi nəzərdə tutulurdu. Bakı şəhəri başda 
olmaqla ölkəmizin turizm potensialı geniş olan yeddi bölgəsində turizm informasiya mərkəzinin və 
nümayəndəliklərin açılması istiqamətində ilk addımlar atılmışdır.
Hazırda turizmin inkişafı ilə bağlı Azərbaycanda dövlət siyasəti dəqiqləşdirilmiş, turizmin inkişafını 
təmin edən, dünya standartlarına uyğun yeni məzmunlu normativ-hüquqi baza yaradılmış, bu sahənin 
rəngarəng istiqamət və növləri üzrə standartlar müəyyən edilmiş, turizm obyektlərinin tikilməsi məsələsinə 
yeni mövqedən yanaşılmışdır. Təkcə bir faktı qeyd etmək olar ki, bu sahənin inkişaf etdirilməsi üzrə Dövlət 
Proqramı və Ümumdünya Turizm Təşkilatının Marketinq planı əsasında Azərbaycanda 2005-2010-cu illərdə 
turizmin inkişafı Layihəsinin hazırlanması üçün təşkil olunmuş tender nəticəsində ABŞ Ticarət İnkişaf 
Agentliyi bu layihə üçün 300.000 dollar qrant ayırmışdır. Bütün bunlar gələcəkdə turizmin Azərbaycanın 
iqtisadi-sosial, həmçinin mədəni həyatında ən önəmli yer tutacağından bir daha xəbər verir. 
Turistlər üçün tarixi əhəmiyyətə malik şəhərlər daha maraqlıdır. Eyni zamanda, tura qatılan hər bir 
fərd tarix və mədəniyyət abidələrinin elmi və mənəvi əhəmiyyətini başa düşür. Nəticə etibarilə, tarixi 
əsərlərin mühafizəsi və qorunub saxlanmasına ümumxalq marağı yaranır. Bu da tarixi əsərlərin qorunması 
ənənəsini genişlənirdirir və turizmin inkişafı üçün şərait yaradılmasına müsbət rəsir göstərir.
Turizm iqtisadiyyat, ekologiya, siyasət, kulturologiya kimi sahələrə də öz böyük təsirini göstərir və bir 
çox yerli sektorlar turizmin təşkili prosesindən külli miqdarda mənfəət əldə edirlər. Turizm gəlirləri yerli 
iqtisadiyyata yeni axınlar cəlb edir. Deməli, turizm mahiyyət etibarı ilə müxtəlif strukturların fəaliyyəti ilə 
ölkəyə valyuta axınına imkan verir, yerli məhsul istehsalına kapital qoyuluşunu təmin edir. 
Azərbaycan hökuməti ölkənin zəngin təbii ehtiyyatlarını, istirahət imkanlarını turizmin inkişafına 
yönəltmək üçün 2004-2008, 2009-2013 və 2014-2018-ci illər üzrə “Regionların sosial-iqtisadi inkişafı 
Dövlət Proqram”larında,

2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   463   464   465   466   467   468   469   470   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə