Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə468/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   464   465   466   467   468   469   470   471   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
392 
Proqramı”nda və "Azərbaycan Respublikasında 2010-2014-cü illər üçün Turizmin İnkişafı Dövlət 
Proqramı"nda bir sıra perspektivlər təmin edilmişdir. 
Müstəqilliyin ilk illərindən fərqli olaraq, sonrakı illərdə Dövlət Proqramlarının qəbulunda əsas diqqət 
iqtisadi obyektlərin yaradılmasına deyil, daha çox sosialyönümlü tədbirlərin həyata keçirilməsinə 
yönəldilmişdir. Elə həmin istiqamət üzrə 2011-ci il Azərbaycanda “Turizm ili” elan olunmuşdur. Məhz 
“Turizm ili” çərçivəsində müvafiq tədbirlər, turizmə həsr edilmiş regional, beynəlxalq konfranslar 
keçirilmişdir.
2014-2018-ci illər üzrə həyata keçirilən regionların iqtisadi-sosial inkişafı məqsədilə qəbul edilmiş 
dövlət proqramının icrasının üçüncü ilinə həsr olunmuş konfransda İ.Əliyev turizmin ölkə üçün əhəmiyyətini 
xüsusi olaraq qeyd etmişdir.
Dünyanın hər yerində dövlətlər və sivilizasiyalar səviyyəsində turizmin inkişafına böyük maraq var. 
Turizmin inkişafında müşahidə olunan bu dinamika, bu sahənin getdikcə daha fərqli istiqamətlər götürə 
biləcəyini göstərir. Azərbaycan Respublikasında mövcud turizm mənbələrindən səmərəli istifadə dövlət 
büdcəsinə xarici valyuta axınının artmasına səbəb olmalıdır. Xarici ölkələrin, xüsusən də turizm sahəsində 
geniş təcrübəsi olanların təcrübəsindən və müasir xidmət texnologiyasından istifadə etməklə müasir 
tələblərlə ayaqlaşan turizm-istirahət kompleksinin yaradılması artıq bir zərurətdir. Azərbaycanda turizm 
beynəlxalq bazarda güclü rəqabətə tab gətirəcək qədər peşəkar səviyyədə təşkil olunmalıdır. Deməli, 
rəqabətqabiliyyətini gücləndirmək üçün turizm sahəsində iqtisadi kadrların hazırlanması
məsələsi həmişə 
aktual olaraq qalır. 
SƏFƏVİ-BÖYÜK MOĞOL DÖVLƏTLƏRİ ARASINDA DİPLOMATİK MÜNASİBƏTLƏR 
 
Zeynallı İ.Ə. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
Zeynallı-96@bk.ru
 
 
Səfəvi hökmdarı Şah I Abbas (1587-1629) hakimiyyətə gələn zaman Səfəvilər imperiyası özünün ən 
çətin vaxtlarını yaşayırdı. Qızılbaş hakimlərin özbaşınalığı, osmanlılarla davam edən müharibə Səfəvilər 
imperiyasını xeyli zəiflətmişdi. Səfəvilər cənub-şərqdə həmsərhəd olduğu Böyük Moğol imperiyası ilə 
mehriban qonşuluq siyasəti yeritsə də, Səfəvilər imperiyasındakı bu qarışıqlıqdan istifadə edən Böyük Moğol 
hökmdarı Cəlaləddin Məhəmməd Əkbərin (1542-1605) 1595-ci ildə Qəndəharı imperiyasının tərkibinə 
qatırması ilə hər iki dövlət arasındakı münasibətlər gərginləşir. Hər iki dövlət müharibə aparmaq istəmirdi. 
Buna görə də, Qəndəharın itirilməsi ilə Şah I Abbas müvəqqəti də olsa barışmalı olur. 
Böyük Moğol hökmdarı Cəlaləddin Məhəmməd Əkbər aradakı buzları əritmək üçün uzun müddət 
Hindistanda saxladığı Səfəvi səfiri Mənüçöhr bəyi 1602-ci ildə buraxdı. O öz səfiri Mir Məsum xanı Səfəvi 
səfiri ilə birlikdə çoxlu miqdarda qiymətli hədiyyələrlə və Şah I Abbasa yazılmış məktubla göndərdi. 
Məktubda Cəlaləddin Məhəmməd Əkbər Şah I Abbasla arasında olan dostluğun pozulmayacağına ümid 
etdiyini bildirirdi. 
Böyük Moğol səfiri Mir Məsum qızılbaş ordusu tərəfindən osmanlıların əlində olan İrəvanı 
mühasirəyə alarkən Şah I Abbasın İrəvan yaxınlığındakı ordugahına daxil oldu. Böyük Moğol səfiri Mir 
Məsumu şah mehriban şəkildə qarşıladı, lakin o, İrəvanı mühasirəyə aldığını əsas gətirərək Cəlaləddin 
Məhəmməd Əkbərin hədiyyələrinə lazımı əhəmiyyət vermədi. O, İrəvanı geri aldıqdan sonra 1604-cü ildə 
Mir Məsumu sərbəst buraxır. Şah I Abbasın Cəlaləddin Məhəmməd Əkbərə yazmış olduğu məktubu gətirən 
elçi 1605-ci Hindistana ildə çatır. 
1605-ci ildə Cəlaləddin Məhəmməd Əkbərin vəfatından sonra hakimiyyətə keçən Nurəddin 
Məhəmməd Cahangirin (1605-1627) hakimiyyəti Qəndəhar uğrunda Səfəvi-Moğol qarşıdurması ilə başlayır. 
Beləki, 1606-cı ildə Fərəh, Sistan, Herat və digər sərhəd bölgələrin Səfəvi hakimlərinin Qəndəhar üzərinə 
etdiyi uğursuz cəhd iki dövlət arasındakı münasibətləri gərginləşdirir. Şah I Abbas dərhal öz elçisi Hüseyn 
bəyi vəziyyəti izah edən bir məktubla Cahangirə göndərərək bildirir ki, tabeçiliyindəkilər onun icazəsi 
olmadan hərəkət ediblər. Müharibəyə başlamaq istəməyən Nurəddin Məhəmməd Cahangir Şah I Abbasın 
izahından məmnun qalır, ancaq Qəndəharın müdafiəsi üçün qalada 15 minlik qarnizon qoyur. Şah I Abbas 
1611-ci ildə Yadigar Əli Sultan Talışın rəhbərlik etdiyi tam heyətli səfirlik ilə Böyük Moğol sarayına çoxlu 
miqdarda hədiyyələrdən əlavə bir başsağlığı məktubu və bir təbrik məktubu göndərir. Nurəddin Məhəmməd 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   464   465   466   467   468   469   470   471   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə