Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə464/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   460   461   462   463   464   465   466   467   ...   579
magistr2021 3 2

 
 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
388 
KRIMIN İŞĞALI 
 
Vaqifzadə A.E. 
Bakı Slavyan Universiteti 
E-mail:
 
ayshen.vaqifzade@gmail.com 
Krım Qara dənizdəki mövqeyinə əsasən həm strateji, həm də iqtisadi cəhətdən önəmlidir. Bura kənd 
təsərrüfatı üçün əlverişli olan və Ukrayna və Rusiyanın digər ərazilərinə nisbətdə daha mülayim bir ərazidir. 
Krım Sevastopolda yerləşən gəmiçilik sənayelərinə görə iqtisadi cəhətdən də önəmli bir regiondur. Rusiya 
Vətəndaş müharibəsi dövründə
Krım 1921-ci ildən 1954-cü ilə qədər Rusiya Sovet Federativ Sosialist 
Respublikasının, daha sonra isə Ukrayna Sovet Sosialist Respublikasının və 1991-ci ildə müstəqilliyini 
qazanan Ukraynanın hakimiyyəsi altında qaldı. 
Rusiyanın neft ehtiyyatlarını xarici siyasətdə təsir vasitəsi kimi istifadə etməsi və Avropaya enerji 
daşıyıcılarının Ukrayna üzərindən ötürülməsi onun mübarizə meydanına çevrilməsinə gətirib çıxardı. Bu 
mübarizə isə Rusiyanın Krımı ilhaq etməsi ilə nəticələndi. 2013-cü il 21 noyabrda Rusiyanın təzyiqi 
nəticəsində Ukraynanın Avropa Birliyi ilə əməkdaşlıq razılaşması imzalamaqdan imtina etməsi ilə paytaxt 
Kiyevdə xalq kütlələrinin hakimiyyət əleyhinə etiraz aksiyaları başladı.. Paytaxtda başlayan etiraz dalğaları 
tezliklə digər şəhərlərə də yayıldı.
İlk öncə Avropa Birliyi ilə razılaşma imzalanmasından imtina edildiyi üçün hakimiyyətə qarşı 
başlayan etiraz sonra insan hüquqlarının pozulması və digər faktorlar əsas gətirilərək daha da genişləndi. 
2014- cü ildə müxalif qüvvələr hakimiyyəti ələ keçirdilər və beləliklə, Ukrayna prezidenti Viktor Yanukoviç 
ölkəni tərk etmək məcburiyyətində qaldı.
Avropa Birliyi və ABŞ-ın da dəstəklədiyi Qərb yönümlü hakimiyyət quruldu. Mövcud hakimiyyət 
dəyişikliyini Rusiya tanımayaraq, onu qeyri-qanuni adlandırır, lazım gələrsə hərbi müdaxilə edəcəyini bəyan 
edirdi. Aİ və ABŞ-ın Rusiyanın hərbi müdaxilə etməsinin beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu 
kəskin şəkildə bəyan etməsinə baxmayaraq, buna məhəl qoyulmadı. Yeni hakimiyyətin Avropa meyilli 
olduğunu iddia edən Rusiya, daha sonra etnik rusların hakimiyyət tərəfindən sıxışdırıldığı ideyasını gündəmə 
gətirdi.
Bununla da, Krıma müdaxilə edə biləcəyini qanuniləşdirməyə çalışdı. 2014-cü ildə Krımın ihaq 
edilməsi ilə beynəlxalq münasibətlərin mövcud geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişdi. Rusiyanın yaxın 
ətrafını öz “nüfuzu” altına salması cəhdləri və buna nail olması Qərbi narahat etməyə başladı. Artıq, Avropa 
İttifaqı, Rusiyadan gələn enerji daşıyıcılarından asılı olmasının adekvat
addımlar ata bilməsini əngəllədiyini 
başa düşür, bu isə onun regional güc olması ideyasını puça çıxarırdı. Buna görə də Avropa dövlətləri 
“diversifikasiyalaşdırma” siyasətini genişləndirməyə başladı. Bunun isə nəticəsi bilavasitə Azərbaycanla 
bağlıdır. Çünki bu siyasətin əsas tərkib hissəsi Azərbaycanın da benefisiarı olduğu “Cənub Qaz Dəhlizi” 
layihəsidir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   460   461   462   463   464   465   466   467   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə