Ministry of education of azerbaijan republic sumgayit state university


TARİXİN TƏDRİSİ METODİKASINDA FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə465/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   461   462   463   464   465   466   467   468   ...   579
magistr2021 3 2

TARİXİN TƏDRİSİ METODİKASINDA FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTLƏRİ 
 
Xələfov H.A. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
hasanxalafov@gmail.com 
 
Tezisin aktuallığı ondan ibarətdir ki, bütün digər fənnlərdə olduğu kimi tarix fənninin tədrisi 
metodikasında da fəal (interaktiv) təlimin bir sıra üstünlükləri vardır.
Real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranması fəal (interaktiv) təlimin əsas 
üstünlüyüdür. Fəal (interaktiv) təlimin bir sıra üstünlüklərinin olmasına rəğmən, müəllim, həmçinin ənənəvi 
(izahedici-illüstrativ və reproduktiv) metodların istifadəsindən də yan keçməməlidir.
Dərsin səylə planlaşdırılması fəal dərsin səmərəliliyinin ən vacib şərtlərindən biridir. Dərsin 
planlaşdırılması zamanı müəllim dərsin hansı növünə malik olduğunu da müəyyən edir. Fəal (interaktiv) 
dərsin 2 əsas növü ayırd edilir: 1) induktiv tədqiqat; 2) deduktiv tədqiqat.


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
389 
Xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləmək induktiv tədqiqatın əsas cəhətini, ümumi 
biliklərdən xüsusi biliklərə doğru irəliləmək isə deduktiv tədqiqatın əsas cəhətini təşkil edir. Dərsin 
məqsədindən asılı olaraq, dərsin induktiv və ya deduktiv növü seçilir. 
Yeni mövzunun keçirilməsi zamanı daha çox induktiv tədqiqata, mövzunun möhkəmləndirilməsi və 
dərinləşdirilməsi istiqamətində isə daha çox deduktiv tədqiqata müraciət olunur. 
Tarix dərslərində fəal təlimin təşkili zamanı müəllimin bələdçi rolunu icra etməsi fəal (interaktiv) 
dərsin idarə edilməsi üçün ən vacib faktorlardan biridir. Fəal (interaktiv) təlim prosesində müəllimin 
mövqeyini məhz fasilitasiya əks etdirir. Çoxşaxəli bir fəaliyyət olan və özündə bir sıra bilik, bacarıq, vərdiş 
və şəxsi keyfiyyətləri cəmləşdirən fasilitasiya prosesində müəllim şagirdlərin fikrini sövq etməli, onlara 
psixoloji, informasiya və təşkilati dəstək göstərməlidir. 
Motivasiya fəal dərsin ən əhəmiyyətli və mürəkkəb mərhələlərindən biridir. Motivasiyanın nə 
dərəcədə uğurla yaradılması və həyata keçirilməsi dərsin bütün sonrakı gedişini müəyyən edir. Dərsin 
metodiki tədrisi zamanı problemin qoyuluşu və motivasiya müəllimin giriş sözü ilə başlayır. Məsələn, 
“Azərbaycan xanlıqlarının təşəkkül tapması, Nadir şah tərəfindən süquta uğradılması, Azərbaycan 
dövlətçiliyinin bərpası və dirçəlişi demək idi. Özlüyündə proqressiv səciyyə daşımasına baxmayaraq, 
Azərbaycanda mərkəzləşmiş dövlət yox, ayrı-ayrı müstəqil dövlətlər təşəkkül tapdı. Xanlıqların yürütdüyü 
siyasət fərqli idi və bu siyasətin bir sıra istiqamətləri var idi”.
Onlarla metodiki üsul və ya texnikalar mövcuddur ki, bunlar da öz növbəsində fəal (interaktiv) təlimin 
həyata keçirilməsinə öz töhvəsini verir. Bu metodlar, əsasən, iki cür təsnif edilir:
1. Metodun məqsədləri üzrə təsnifat. Metodun hansı məqsədə istiqamətlənməsi müəllim tərəfindən 
tam şəkildə təsəvvür edilməli və müvafiq seçim aparılmalıdır. 
2. Metodun əsasını təşkil edən fəaliyyət üzrə təsnifat. Onların özünəməxsus müvafiq xüsusiyyətlərinin 
olmasına baxmayaraq, həyata keçirilən fəaliyyətə əsasən bir sıra texnikalar arasında bənzərlik mövcuddur. 
Bu texnikalar vəhdət təşkil edərək ümumi bir üsul və iş forması növünü ərəsəyə gətirir. 
Texnikaya sərf edilən vaxt, keçilən dərsin məzmununun vaciblik dərəcəsi, dərsin mərhələsi, tədqiqatın 
aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçilməsi texnikanın seçimində rol oynayan mühüm 
meyarlardandır. 
Digər fənlərin tədrisi metodikasında olduğu kimi, tarix fənninin tədrisi metodikasında da fəal 
(interaktiv) təlimin təşkilində istifadə edilən əsas texnikalar sırasına aşağıdakılar aid edilir: “Beyin həmləsi” 
və ya Əqli hücum” (Brainstorming); 
Müzakirələr zamanı – Diskussiya (Discussion), Çarpaz müzakirə (Debate); 
Təqdimatlar zamanı – Təqdimatlar (Demonstration), Ekspert qrupu (Panels), Esse (Esse); 
Tədqiqatın aparılması üsulu – Problemin həlli (problem solving), Kublaşdırma (The cube), Konkret 
hadisənin araşdırılması (Case study); 
Məntiqi təfəkkür proseslərinin inkişafına yönəldilmiş üsullar – “Alqoritmin çıxarılması – analizdən 
sintezə”, “Ən mühümü”; 
Yaradıcılığa istiqamətləndirilmiş üsullar və iş formaları – Yaradıcı əsərlərin yaradılması, Fantaziyanın 
polinomları; 
Təşkilati üsullar - Ziqzaq və ya Mozaika (Jigsaw Puzzle), Karusel (Carousel);
Fəal/interaktiv təlimin üstünlükləri və əsas xüsusiyyətləri sırasında bir sıra mühüm məqamları 
vurğulamaq lazımdır: Müəllim dərsə başlayarkən problemi qoyur və şagirdləri problemin həllinə 
istiqamətləndirir; Dialoji şəkildə aparılan təlimdə müəllim və şagirdlər fikir mübadiləsi edir, müəllim 
şagirdlər ilə daimi əks əlaqə yaradır; Qoyulmuş təlim probleminin həlli müəllim və şagirdlər tərəfindən birgə 
qarşılıqlı fəaliyyət əsasında çözülür, müəllim və şagirdlər əməkdaşlıq edir; Kiçik tədqiqata bənzəyən dərsdə 
şagirdlər bilikləri müstəqil olaraq qazanır, müəllim isə şagirdləri lazımi yöndə istiqamətləndirir; Müəllim 
tərəfindən biliklərin müstəqil şəkildə kəşfi və mənimsənilməsi üçün lazımi şərait yaradılır: fikri sövq edir, 
informasiya dəstəyi göstərir, təşkilati və psixoloji qatqıda çıxış edir; Suallar və tapşırıqlar məntiqi, tənqidi, 
yaradıcı kimi müxtəlif təfəkkür növlərinə aid olur; Müəllim biliklərin praktika və yaradıcı tətbiqi üçün 
tapşırıqlar verir ki, həyati məqsədlərə nail olunsun; Şagirdlərin müstəqil olaraq fikir yürüdə bilməsi və 
sərbəstliyinin stimullaşdırılması məqsədilə uyğun şərait yaradır; Şagirdlərə hörmətlə və etimadla yanaşan 
müəllim şagirdlər arasında da qarşılıqlı hörmət münasibətlərinə rəvac verir; Frontal iş formaları ilə bərabər, 
cütlər, fərdi, kiçik qruplar kimi digər iş formalarından geniş istifadə edilir; Müxtəlif təlimə dair metod və 
vasitələrdən, taprışıq növlərindən və məlumat mənbələrindən istifadə edilir; İş vərəqləri, təlim mühitinin 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   461   462   463   464   465   466   467   468   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə