Ministry of education of azerbaijan republic sumgayit state university


DÜNYANIN GEOSİYASİ ARENASINDA TÜRKİYƏ FAKTORU (XX ƏSRIN 90-CI İLLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə459/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   455   456   457   458   459   460   461   462   ...   579
magistr2021 3 2

DÜNYANIN GEOSİYASİ ARENASINDA TÜRKİYƏ FAKTORU (XX ƏSRIN 90-CI İLLƏRİ 
VƏ XXI ƏSRİN ƏVVƏLLƏRİNDƏ) 
 
Rəşidli G.Ə. 
Sumqayıt Dövlət Universiteti 
E-mail:
 
grasidli.ru@gmail.com
 
 
Bu gün bəşəriyyət dünyanın müxtəlif bölgələrində vaxtaşırı siyasi, iqtisadi, milli və 
konfessional səbəblərdən baş verən müxtəlif xarakterli münaqişələrlə üz-üzədir. Qeyd etmək lazımdır 
kı, bu gün yaşanan sistem böhranı nəticəsində dünya siyasətinin mövcud sisteminin transformasiyası 
baş verir və dünyanın yeni siyasi strukturu formalaşır. Dünya siyasi sistemində köklü dəyişikliklərin 
baş verməsi məhz ayrı-ayrı bölgələrdə baş qaldıran münaqişələrlə müşayət olunur ki, bu baxımdan 
XXI əsrin ən qeyri-sabit bölgələrindən biri və başlıcası Suriya hesab oluna bilər ki, təqdim olunan 
məqalədə bu məsələnin üzərində tezislər şəklində dayanacağıq. 
Suriyada baş verən böhranın bir sıra siyasi səbəbləri vardır. Qeyd edək ki, prezidentliyinin ilk illərində 
Bəşər Əsədin həyata keçirdiyi bəzi tədbirlər qısa vaxt üçün rejimə dəstək olmaqla yanaşı xalq qiyamlarının 
baş verməsinə də bir növ şərait yaratmışdır. Suriyadakı rejim isə təəssüf ki, bu qiyamları böhran olaraq görə 
bilməmiş, Bəşər Əsəd qiyamları hətta bütün ölkə miqyasına yayılan narazılığın nəticəsi deyil, lokal çərçivədə 
meydana çıxan problem kimi dəyərləndirmişdir.
Suriya müxalifəti tərəfindən irəli sürülən tələbləri aşağıdakı kimi qruplaşdırmaq olar: 1963-cü ildən 
qüvvədə olan fövqəladə vəziyyətin ləğvi; Müxtəlif hökumət təşkilatlarının sivilləşdirilməsi, həmçinin 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
383 
qanunvericilik, icra və məhkəmə orqanlarının yenidən qurulması; Ölkə üzrə gəlir bölgüsündə haqq-ədalətin 
təmin edilməsi; İqtidardakı BƏƏS partiyasının təkbaşına hakimiyyətinin məhdudlaşdırılması.
Bəşər Əsəd hakimiyyətə gələnə kimi Türkiyə ilə Suriya arasındakı Hatay problemi və su məsələsi 
Suriyanın xarici siyasətinin prioritet məsələlərindən biri olmuşdur. Bu problemin əsası 1936-cı ildə Fransa 
ilə Türkiyə arasında bağlanmış anlaşma ilə qoyulmuşdur. Belə ki, fransızlar tərəfindən Hatayın Türkiyəyə 
verilməsi və Dəclə ilə Fərat çaylarının su mənbələrinin bərabər bölüşdürülməsi ilə əlaqədar iki ölkə arasında 
gərginlik yaranmışdır. Bununla belə, Soyuq Müharibənin başa çatması nəticəsində dəyişən dünya nizamında, 
Suriya əsas müttəfiqi olan Sovet İttifaqını itirdiyi üçün, Türkiyə ilə əlaqələrini yenidən ölçüb-biçmişdir.
Əvvəllər Türkiyəyə qarşı yönələn terror və separatçı qüvvələrə dəstək verən Suriya, Sovet İttifaqının 
çökməsi ilə 1990-cı ilin əvvəllərdən etibarən öz siyasətini dəyişməyə başlayır. Bununla yanaşı, o, Hataya 
olan iddialarından da əl çəkməli olur. Həmçinin, 1998-ci ildə Türkiyə və Suriya arasında Adana Protokolu 
imzalanmış və bununla da tərəflər arasındakı əlaqələr qarşılıqlı olaraq, qonşuluq, hörmət və tolerantlıq 
müstəvisində inkişaf etməyə başlamışdır. Türkiyə-Suriya əlaqələrinə nəzər salsaq görərik ki, böhrana qədər 
AKP hökumətinin xarici siyasətdə qəbul etdiyi “qonşu xalqlarla sıfır problem” prinsipi iki ölkə arasındakı 
əlaqələrin müttəfiqliyə qədər irəliləməsinə səbəb olur. Nəticədə Suriya ilə Türkiyə əlaqələrində keçmişdən 
qalma su məsələsi və Hatay problemi ikinci plana keçmişdir. Təsadüfi deyil ki, 2009-cu ildə Türkiyə və 
Suriya 50-dən çox memorandum müqavilələri imzalamışlar.
2010-cu ildə hər iki dövlət arasında münasibətlər demək olar ki, özünün ən yüksək zirvəsinə çatmışdır. 
Türkiyə Suriya və İsrail arasında körpü rolunu oynayırdı. Bir sözlə, böhrana qədər ikitərəfli münasibətlər 
keçmişin problemlərindən tamamilə azad olmuşdur. Lakin, Suriya böhranının baş verməsi bu münasibətlərin 
çox da möhkəm olmadığını üzə çıxardı. Türkiyənin Suriya böhranında maraqlı tərəf kimi çıxış etməsinin bir 
neçə səbəbləri var idi. Bu səbəblərdən biri Türkiyənin Suriyada demokratik hakimiyyətin formalaşmasına 
dəstək olması ilə əlaqədar idi. Lakin, qeyd etmək lazımdır ki, Türkiyə bu problemin güc vasitəsilə deyil, sülh 
yolu ilə həll olunmasının tərəfdarı idi. İkinci səbəb Türkiyənin sünni dövləti olması ilə əsaslandırıla bilər. 
Belə ki, Suriyada ələvi rejimi ilə sünni çoxluq arasında gərginliyin olması, Ankarada da narahatçılıq 
yaratmaya bilməzdi. Digər səbəb isə Suriya böhranının dərinləşməsi nəticəsində Türkiyədə kürd probleminin 
kəskinləşməsi idi. Suriyada yaşanan hadisələr Türkiyənin kürd probleminə ciddi şəkildə yanaşmasına, 
həmçinin, Türkiyə-İsrail əlaqələrinə öz təsirini göstərmişdir. Belə ki, 2013-cü il mart ayının sonlarında ABŞ 
prezidenti Barak Obamanın İsrailə səfəri zamanı etdiyi təzyiqlərlə İsrail höküməti Mavi Mərmərə gəmisinə 
etdiyi qanlı müdaxiləyə görə, Türkiyə dövlətindən üzr istədi. Türkiyə və İsrail dövlətləri arasında mənfi 
şəkildə davam edən əlaqələrin İsrail hökümətinin ABŞ-ın təkidi ilə atdığı bu addımla düzəlmə yoluna 
girməsi də bölgədə baş verən hadisələrin mahiyyətini üzə çıxarmış oldu. Suriyadakı münaqişənin 
tənzimlənməsi istiqamətində, Rusiya, Türkiyə və İran arasındakı ziddiyyətlər də güclənməkdədir. Rusiya 
daha çox Suriyadakı uğurlarını siyasi uğurlara çevirməkdə maraqlıdır. Lakin yaxın gələcəkdə bunu gözləmək 
doğru olmazdı. Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas düyün nöqtələrindən biri 
İdlib ərazisidir. Təbii ki, bu münasibətlərin gərginləşməsində kürd problemi də özünəməxsus yer tutur. 
Rusiya Dəməşq və kürdlər arasındakı razılaşmada, kürdlərin vahid Suriya siyasi məkanına inteqrasiyasında 
maraqlıdır.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Suriyada baş verənləri Rusiya-Qərb qarşıdurması kimi 
xarakterizə etsək, belə vəziyyətdə Türkiyənin qarşısında duran başlıca vəzifə dövlətin təhlükəsizliyini və 
milli maraqlarını qorumaq, ölkənin bölgədəki maraqlarının həyata keçirmək istəyən Qərbin və Rusiyanın 
əlində vasitəyə çavirməyə imkan verməməkdir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   455   456   457   458   459   460   461   462   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə