Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə453/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   449   450   451   452   453   454   455   456   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
377 
tarixlərində Fransa prezidenti Jak Şirakın təşkilatçılığı ilə Azərbaycan və Ermənistan prezidentləri Fransada 
Paris şəhəri yaxınlığında Rambuye qəsrində görüş keçirdilər. Əvvəlcə prezidentlərin təkbətək görüşləri baş 
tutdu.
Daha sonra görüşlər üçtərəfli formada davam etdi. Rambuye görüşündə həmçinin, ATƏT-in Minsk 
qrupunun həmsədrləri və fəaliyyətdə olan sədri iştirak edirdi. Hələ Rambuye görüşü baş tutmazdan əvvəl 
beynəlxalq ictimaiyyətdə münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdır. Lakin gözlənilənlərin 
əksinə olaraq, görüşdə sülh prosesi ilə bağlı heç bir sənəd imzalanmadı. Həmişə olduğui kimi danışıqların 
uzadılması ilə bağlı razılığıa gəldilər.
Həmin dövrdə “ANS” televiziya kanalı belə bir məlumat yaydı ki, Ermənistan prezidenti Robert 
Koçaryan “maraqlı arqumentlər” gətirərək danışıqlar prosesini yarımçıq qoyub Ermənistana qayıtmışdır [1, 
s. 70] . Ermənsitan tərəfi isə göstərilən faktlarla razılaşmayıb, bildirdilər ki, Rambuye görüşündə Minsk 
Qrupu tərəfindən hazır sənəd irəli sürülmüşdür, lakin İlham Əliyev tərəfindən qəbul edilməmişdir. İlham 
Əliyev 2007-ci ilin yanvarında Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibəsində Rambuye görüşünə 
böyük ümid bəsləsə də məhz Robert Koçaryanın danışıqları yarımçıq qoyub getməsinə görə danışıqların 
yarımçıq qalması faktını təsdiqlədi [5].
Sonralar Fransa prezidenti Jak Şirak münaqişənin həllində nikbin olduğunu və Rambuye görüşünündə, 
“Paris danışıqları” kimi sülh prosesində baza rolunu oynayacağını bildirdi. 2006-cı ilin fevralın 22-də 
Brüsseldə keçirilən toplantıda B. Fasye, bir daha Fransanın mövqeyini ortaya qoyaraq söyləmişdir:Dağlıq 
Qarabağ Azərbaycana məxsusdur və Erməmnistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır. 
2006-cı ilin noyabrında Fransanın təşkilatçılığı ilə Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlər 
Elmar Məmmədyarov və Vardan Oksanyan arasında görüş keçirilib.
Görüşdə həmçinin, Minsk Qrupunun üzvləridə iştirak edib. Görüşdə heç bir uğur əldə edilməsədə 
tərəflər atəşkəsin uzadılması üçün çalışacağını bildiriblər [7, s. 140]
2009-cu ilin noyabrın 22-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Fransanın təşkilatçılığı ilə 
Münhendəki Fransa səfirləyində görüş keçiriblər. Həmsdərlərində iştirak etdiyi bu görüş 4 saatdan artıq 
davam edib. Ənənəvi olaraq görüşdən sonra keçirilən mətbuat konfransında fransalı həmsədr Bernard Fasye 
keçirilən görüşü “ irəliyə doğru atılan müsbət addım” kimi qiymətləndirmişdir. Bernard Fasyenin daha sonra 
“Euronews” kanalına verdiyi müsahibəsində danışıqlarda “2+3+2” formulunun əldə edildiyini söyləmişdir 
[6, s. 232]. 
2014-cü ilin yayında Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət gərginləşmişdir. Yaranan 
gərginliyi zəiflətmək üçün həmin ilin oktyabrın 27-si tarixində Fransa prezidenti Fransua Olandın 
təşkilatçılığı ilə Parisdə İlham Əliyev və Serj Sarkisyan arasında həmsədrlərin iştirakı ilə görüş keçirilmişdir. 
Görüşün nəticəsində təmas xəttində gərginlik nisbətən azalmışdır.
Həmçinin, görüşdə itkin şəxslərlə əlaqədar Beunəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə informasiya 
mübadiləsi aparılması qərara gəlindi [1, s. 74]. 
Beləliklə belə bir nəticəyə gəlmək olar ki, Fransanın təşkilatçılığı ilə baş tutan danışıqlarda müsbət 
irəliləyişlər əldə olunasa da həmin dövrdə münaqişə sülh yolu ilə həll olunmadı. Bunun əsas səbəbi 
razılaşdırılan sənədlərin yalnızca tövsiyə xarakterli olması, həmçinin Ermənistan qeyri-konstruktiv mövqeyi 
idi.
 
Ədəbiyyat 
1. Aslanlı A. Qarabağ problemi: tarixi, mahiyyəti və həlli prosesi, Bakı, 2009, 120 s. 
2. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu/. 
Bakı: “Poliart” MMC, 2017, 904 s. 
3. Əhmədov E. Azərbaycanın xarici siyasəti: beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə 
münasibətlər. Bakı, “ Lettepress” , 2013, 452 s. 
4. İlham Əliyevin “Fiqaro” qəzetinə müsahibəsi. “Səs” qəzeti, 30 yanvar, 2007, Bakı. 
5. Lissabon sammiti-1996, “Azərnəşr” , 1997, 312 s. 
6. Musa İ. M. Çağdaş beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, Dərslik, Bakı, “Bakı 
universiteti nəşriyyatı”, 2011, 776 s. 
7. Ruintən K. F. Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti, Bakı, “Adiloğlu nəşriyyatı”, 
2008, 260 s. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə