Ministry of education of azerbaijan republic sumgayit state university


DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ FRANSANIN VASİTƏÇİLİYİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə452/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   448   449   450   451   452   453   454   455   ...   579
magistr2021 3 2

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ FRANSANIN VASİTƏÇİLİYİ 
İLƏ KEÇİRİLƏN GÖRÜŞLƏR VƏ ONLARIN NƏTİCƏLƏRİ 
 
Paşayev F.V. 
Baki Dövlət Universiteti
 
E-mail:
 
Firdovsipashayev1997@gmail.com 
 

1996-ci ilin 2-3 dekabr tarixlərində ATƏT-ə üzv olan ölkələrinin dövlət başçılarının iştirakı ilə 
Lissabonda zirvə sammiti keçirildi. ATƏT-in Minsk Qrupunun üzvü olan Finlandiyanın həmsədr 
mandatlığının vaxtı bitdiyi üçün Almaniya, Fransa və ABŞ arasında bu postu tutmaq üçün gizlin şəkildə 
rəqabət gedirdi. 1997-ci ilin yanvarında Fransa həmsədr təyin ediləndə, Azərbaycan tərəfi buna sərt reaksiya 
verdi. Bu etirazların əsas səbəbi Fransada güclü şəkildə təşkilatlanan erməni lobbisi idi [6, s.110]. Ölkəmizin 
kəskin şəkildə etiraz notasına baxmayaraq, Fransa həmsədr postuna təyin edildi.
1997-ci ilin yanvarında ulu öndər Fransaya səfəri zamanı, Fransa prezidenti Jak Şirak ölkəsinin bu 
münaqişədə maraqlı tərəf olduğunu bildirdi və həmsədr ölkə kimi öz neytrallığını qoruyub saxlayacağını 
bildirdi. Hələ, 1996-ci ilin oktyabrında Fransa XİN-i Evre de Şaret ölkəmizə səfər etdiyi zaman söyləmişdir: 
“Avropa Atlantikdən başlayır, Xəzər dənizində bitir, Azərbaycan Fransa üçün əhəmiyyətli ölkədir” [5, s. 82]. 
1997-ci ildə Fransa prezidenti Jak Şirakın cəhdləri tərəflər arasında sülh müqaviləsi ilə nəticələnməyə çox 
yaxın idi. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.
Ümumiyyətcə, Dağlıq Qarabağ münaqişəsi həll olunanadək Fransanın vasitəçiliyi ilə üç dəfə Paris və 
bir dəfə Rambuye görüşü keçirilmişdir. Bu görüşləri qısaca nəzərdən keçirək. 
2001-ci ilin yanvarın 23-27-si tarixlərində prezident Heydər Əliyevin Fransaya sayca 3-cü rəsmi səfəri 
baş tutdu. Yanvarın 26-da Marini sarayında Fransa prezidenti Jak Şirakın təşəbbüsü ilə Ermənistan və 
Azərbaycan prezidentləri arasında görüş keçirildi. Martın 5-də Yelisey sarayında tərəflər arasında görüş baş 
tutdu. Parisdə baş tutan görüşlər artıq sülh sazişinin imzalanması üçün ümidləri artırırdı [3, s. 93]. Bu 
üçtərəfli görüşlər 5 saat davam etdi.
Görüşdən sonra H. Əliyev bildirdi ki, görüş “mübahisəli, çətin və nəticəsiz” keçdi. Jak Şirak isə nikbin 
davranaraq görüşün “səmimi və dostcasına” keçdiyini vurğuladı”. Paris danışıqlarına görə Azərbaycan 
Dağlıq Qarabağın müstəqilliyini tanımalı, hətta Laçın dəhlizi Ermənistana verilməli idi. Bunların əvəzində 
Mehri dəhlizi Azərbaycana verilməli idi.
Daha sonra apreldə baş tutan Ki-Uest görüşündən sonrada danışıqlarda keyfiyyətcə yeni formul “Paris 
prinsipləri” formalaşdı. Əslində isə tərəflər qeyd edirdi ki, belə bir prinsiplər mövcud deyil. Azərbaycan 
tərəfi isə qəti olaraq bu cür bölgü ilə razılaşmırdı. 
2006-cı ilin yanvar ayında Fransa prezidenti Jak Şirak Fransa Parlamentində deputatalar qarşısında 
etdiyi çıxışında Ermənistan-Azərbaycan arasında baş verən münaqişənin yaxın zamanda həll olunacağına və 
bu ilin ümumilikdə Qafqazda sülh ili olması üçün çalışacağını qeyd etdi. Tezliklə həmin ilin fevralın 10-11-i 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə