Ministry of education of azerbaijan republic sumgayit state university


BOLQARISTAN MƏDƏNİYYƏTİNİN İNKİŞAF DÖVRLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə451/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   447   448   449   450   451   452   453   454   ...   579
magistr2021 3 2

BOLQARISTAN MƏDƏNİYYƏTİNİN İNKİŞAF DÖVRLƏRİ 
 
Müsəllimov G.F. 
Bakı Slavyan Universiteti
 
E-mail:
 
gunduz.musellimov@gmail.com 
 
Mövzunun başlıca məqsədi bolqar mədəniyyətinin inkişaf dövrlərini tədqiq edib, onun müasir şəkilə 
gəlməsində əsaslı rol oynamış xristianlığın bir din kimi təsirini araşdırmaqdan ibarətdir. Mövzunun 
seçilməsinə təsir göstərən başlıca amil ölkəmizdə göstərilən sahənin az öyrənilməsidir ki, bu yazını 
yaranmış boşluğu doldurmaqda ilk cəhd kimi qəbul etmək olar.


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
376 
Bolqarıstan mədəniyyətində xristianlıq elementlərini təhlil edərkən mövzunu asanlaşdırmaq üçün onu 
şərti olaraq 2 hissəyə bölmək qərarı verilmişdir.
Bunlar- erkən orta əsr və bolqar mədəniyyətinin orta çağ dövründən ibarət olacaqdır. Əgər erkən orta 
əsrləri nisbi olaraq antik frakiya – yunan təsirli mədəniyyət dövründən xristianlıq elementlərinin ölkə 
mədəniyyətin hər sahəsində bərqərar olduğu zamana “keçid” dövrü kimi qiymətləndirmək olarsa orta çağ 
ərzində xristianlıq elementləri və xristianlığın özü artıq mədəniyyəti formalaşdırıb, ona inkişaf istiqaməti 
verən amilin milli şüurda oturuşmuş olduğunu görmək olar.
Bu zaman müşahidə olunan maraqlı məqam bundan ibarətdir ki, bolqar milli şüur və mədəniyyətinə 
birbaşa təsir göstərən qonşu Bizansın Bolqarıstanı öz tərkibinə qatıb onu sosial, siyasi və mədəni baxımdan 
öz tərkibində əritməyə çalışmasına baxmayaraq bolqarlar çətin mübarizədə dövlət müstəqilliklərini birinci 
Bolqar Çarlığının nümunəsində itirsə də onu ikinci Bolqar çarlığının dönəmində yenidən qazanmağı 
bacarmışlar.
Bütün bu hadisələrdə hər bir xalq kimi bolqarların da həyatını formalaşdıran mədəniyyətlərinin əsas 
hərəkət verici qüvvəsi kimi çıxış edən xristianlıq elementləri və dinin özü sonralar da istər Bolqarıstan 
Osmanlının tərkibində olanda, yaxud da tarixin digər həlledici məqamlarında bolqar xalqının həyatında öz 
yerini qoruyub saxlamağı bacarmışdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə