Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
316
Cədvəl 1. Bakı üzrə atmosfer havasının çirklənməsi
Atmosfer havasında çirkləndirici maddələrin orta sutkalıq qatılığı,mq/m
3
Toz (asılı halda olan
maddələr)
Kükürd
anhidridi
Karbon oksidi
Azot 4-oksid
İcazə verilən orta
sutkalıq qatılıq
0,15
0,05
3
0,04
2000
0,1
0,032
1
0,06
2005
0,15
0,021
2
0,05
2007
0,2
0,015
2
0,05
2008
0,2
0,014
2
0,05
2009
0,3
0,015
2
0,05
2010
0,3
0,015
2
0,09
2011
0,3
0,016
3
0,07
2012
0,3
0,015
2
0,07
2013
0,3
0,011
3
0,05
2014
0,3
0,011
3
0,06
2015
0,3
0,014
3
0,06
Baxmayaraq ki, Bakının atmosfer havasının çirklənmə mənbəyi əsasən nəqliyyat sistemi ilə bağlıdır,
digər mənbələrdən biri də neft emalı müəssisələridir. Elə nəqliyyat sisteminin yaratdığı çirklənmə də dolayısı
ilə neft emalı müəssisələri ilə bağlıdır. Belə ki, Bakıda geniş neft hasilatının həyata keçirilməsi, neft emalı
zavodlarının ölkənin istehlak həcmini tam şəkildə ödəməsi dolayısı ilə avtomobil nəqliyyatının artmasına və
Bakıda çirklənmənin genişlənməsinə şərait yaradır. Birincisi, avtomobillərin sayının kəskin artması, ikincisi,
çoxlu sayda avtomobillərin texniki cəhətdən standartlara cavab verməməsi, üçüncüsü isə əksər
avtomobillərin işlətdiyi yanacağın ekoloji standartlara cavab verməməsi Bakının atmosfer havasının ciddi
şəkildə çirklənməsinə şərait yaradır.
Lakin bütün bunlara baxmayaraq, Bakının atmosfer havasının çirklən-məsində digər mənbələrin, o
cümlədən neft emalı zavodlarının birbaşa təsirlərinin qiymətlən-dirilməsinə və belə təsirlərin mümkün qədər
azalmasına nail olmaq vacibdir.
Azərbaycanın neft emalı müəssisələrinin ekoloji təsirlərini birbaşa və dolayısı təsirlər kimi iki hissəyə
ayırmaq olar. Birbaşa təsirlər deyəndə neft emalı prosesində əmələ gələn tullantıların ətraf mühitə və sosial
sahəyə təsirləri, xüsusilə atmosfer havasına, torpaq qatına və suyun keyfiyyətinə olan təsirləri nəzərdə
tutulur. Neft emalı prosesinin əsəsən riforminq, kokslaşma, katalitik krekinq, hidrotəmizləmə, yanacaqların
qələvi ilə təmizlənməsi, yağların təmizlənməsi və bitum istehsalı qurğularından keçdiyini nəzərə alsaq
,
hər
bir prosesdə yaranan tullantıların qiymətləndirilməsinə və yekun çirklənməni müəyyən edilməsinə ehtiyac
var.
Yuxarıda sadaladığımız qurğularda yaranan və atmosferə atılan tullantılar əsasən azot oksidi, karbon
oksidləri, karbohidrogenlər və sair qazlar müxtəlif mənbələrdən atmosferə daxil olur. Neft emalı
müəssisələrində tullantıların əsas hissəsini təşkil edən azot oksidinin əsas mənbəyi texnoloji sobalar (72,6%),
qazmotor kompressorları (14%), məşəl dayaqları (5,4%). Adətən katalitik rifor-ming qurğusunda belə bir
neçə peç fəaliyyət göstərir. Müxtəlif karbon qazlarının əsas mənbələri isə texnoloji qurğuların boru sobaları
(50%), katalitik riforminq qurğusunun reaktorları (12%), qaz kompressorlarının tullantıları (11%), bitum
qurğuları (9%) və məşəllərdir (18%). Karbohidrogen tullantılar isə neft emalı müəssisələrindən atmosferə
atılan tullantıların ən azı 70%-ni təşkil edir. Orta səviyyəli neft emalı müəssisələrində karbohidrogen
tullantıları emal edilən 1 t. neftə təqribən 5,36 kq həcmində olur. Bunu nəzərə alsaq, Azərbaycanın neft emalı
müəssisələrindən hər il ən azı 42 min ton müxtəlif nov tullantılar ətraf mühitə atılır. Bunlardan ən azı 30 min
tonu karbohidrogen tullantılarıdır. Təqribən 12 min ton isə digər tullantıların payına düşür (30%).
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarında da təqribən bu mə-lumatlar təsdiqlənir.
Baxmayaraq ki, AR DSK məlumatlarında təkcə neft emalı müəs-sisələrindən ətraf mühitə atılan tullantılar
deyil, bütün emal sənayesindən atılan tul-lantılar nəzərdə tutulub, lakin belə müəssisələr arasında neft emalı
müəssisələri əsas çirkləndirici mənbələr hesab oluna bilər. Bunu ARDSK məlu-matları ilə təqribi he-
sablamaların da üst-üstə düşməsi bir daha sübut edir.
|