|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
314
Bundan başqa bu üsulların üstünlüyü bir də оndadır ki, çох yüksək dərəcədə təmizləmə getdiyənə görə
təmizlənmiş suyu su təchizatı sisteminə vermək оlur.[6]
Dağlıq Qarabağ ərazisindən keçən caylar qonşu respublikalardan Ermənistanın Qafan mis-molibden
yataqlarından Boxçuçaya axıdılan zərərli çayları ilə zəhərlənir. İstər torpaqda, istərsə də suda molibdenin
artıqlığı canli orqanizmə və eyni zamanda bitkilərə toksiki təsiri cox yüksəkdir. Ədəbiyyat materiallarının
araşdırılmsı götərir ki, molibdenin tərkibində
N, O,
S
atomları olan sintetik sorbentlərlə daha davamlı
xelat komplekslər əmələ gətirərək suyun tərkibindən ayrılır.
Xelatəmələgətirici polimer sorbentlərin digər tip sorbentlərdən xarakterik fərqi polimer matrisada
məhluldakı metal ionları ilə xelat tsiklləri əmələ gətirməklə qarşılıqlı təsirdə olmaq qabiliyyətinə malik
kimyəvi aktiv qrupların olmasıdır. Bu qruplar polimer matrisaya ya kimyəvi modifikasiya yolu ilə daxil
edilir, ya da polimer sorbentin sintezi prosesində əmələ gəlir. Xətti quruluşlu polimer matrisalar
əsasında alınmış xelatəmələgətirici sorbentlər yüksək sorbsiya tutumuna malikdir.Bu sorbentlərin sintezi
zamanı aktiv qrupların tam çevrilməsinə, həmçinin metal ionların sorbsiyasını yaxşılaşdıran liqandların
əlverişli düzülüşü ilə şərtlənir.
Molibdeni fərqləndirən cəhətlərdən biri onun məhlullarda müxtəlif ion şəklində olmasıdır. Bu
xüsusiyyət elementin müxtəlif sintetik sorbentlərlə reaksiyaya girmə qabiliyyətinə eyni zamanda alınan
məhsulların tərkibinə böyük təsir göstərir.
Molibden(VI) ionlarının qatılaşdırılması üçün tərkiblərində tiosemikarbazid; p-aminofenol; m-aminofenol;
p-amino salisil turşusu; tiokarbamid, 4-amino tiourasil; 2,4-diamin-6-fenil-triazin1,3,5;p-fenilendiamin; p-amino
benzoy;
o
-aminoarsenat turşusu fraqmentləri saxlayan müxtəlif matrisalarla modifikasiya edərək
xelatəmələgətirici polimer sorbentlər sintez etmək və sorbsion üsuldan istifadə edərək ağır metalların
təmizlənməsində istifadə etmək olar.
Ağır metallardan Mo ionunun sorbsiyası aparılmış və tərkibində p-amino salisil (sorbsiya tutumu 549
mq/q), 4-amino tiourasil salisil (sorbsiya tutumu 496mq/q), və p-amino benzoy turşusu salisil (sorbsiya tutumu
511 mq/q) fraqmentləri saxlayan sorbentlər daha effektivdirlər.
Dostları ilə paylaş: |
|
|