Ministry of education of azerbaijan republic sumgayit state university


DƏNİZ NEFT-QAZ YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI ZAMANI ƏTRAF MÜHİTİN



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə370/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   366   367   368   369   370   371   372   373   ...   579
magistr2021 3 2

DƏNİZ NEFT-QAZ YATAQLARININ İŞLƏNMƏSİ VƏ İSTİSMARI ZAMANI ƏTRAF MÜHİTİN 
ÇİRKLƏNMƏSİ SƏBƏBLƏRİ VƏ ONLARA QARŞI GÖRÜLƏN TƏDBİRLƏR 
 
Orucov Ş.S. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
shamsi.orucov@gmail.com 
 
İstər Azərbaycan, istərsə də dünya neft-qaz çıxarma təcrübəsində müxtəlif səbəblərdən yaranan 
problemlərin yaranma səbəbləri araşdırılır və onlara qarşı qabaqlayıcı tədbirlər görülür. Şübhəsiz ilk olaraq 
yaranmış və ya yarana biləcək problemlərin səbəbləri araşdırılmalı, risklər insan faktoru nəzərə alınaraq 
qiymətləndirilməli və optimal xərclə maksimal gəlirə sahib olmanın planı qurulduqdan sonra yataq və ya 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
311 
quyu qrupları üzrə hazırlanmış layihənin bütün şərtlərinə əməl edilərək işlənmə və istismar həyata 
keçirilməlidir. 
Dəniz neft, qaz, qaz-kondensat yataqlarının işlənməsi və istismarı zamanı yaranan əsas problemləri 
aşağıdakı kimi qruplaşdırmaq olar: 
- Geoloji səbəbdən yaranan problemlər; 
- Texnoloji səbəbdən yaranan problemlər
- İnsan faktoru səbəbindən yaranan problemlər və s. 
Su hövzəsinin çirklənməsi məhz yuxarıda göstərilənlərin biri və ya bir neçəsi səbəbindən olur. Neft 
tullantıları ilə çirklənmə əsasən quyularda yaranan mürəkkəbləşmələrin aradan qaldırılması zamanı olur, belə 
ki, quyunun lift borularının və ya süzgəc hissəsinin qum tıxacı, asfalten-qətran, duz çöküntüləri və s. 
səbəbindən tutulması zamanı görülən tədbirlər (yuma, kimyəvi təsir, lift borularının əvəzlənməsi və s.) 
ekologiyanın korlanmasına səbəb ola bilər. Xüsusilə də kimyəvi təsir zamanı, istifadə olunan avadanlıqlara 
xüsusi tələblər qoyulmalı və prosesə nəzarət gücləndirilməlidir. 
Qum ilə tutulmuş və ya tutulmaqda olan nasos-kompressor borularının yuyulması zamanı dövr edən 
yuma mayesinə nəzarətin zəif olması səbəbindən dənizin çirklənməsi hallarının olduğu heç də gizli deyildir. 
Lakin quyuda bu kimi mürəkkəbləşmələri aradan qaldıran zaman bütün təhlükəsizlik texnikası və həmçinin 
əməyin mühafizəsi tələblərinə əməl edib, görülən işə maksimum məsuliyyətlə yanaşaraq ətraf mühiti neft-
qaz tullantılarından qoruya bilərik. 
Nəyinki quyularda baş verən mürəkkəbləşmələr zamanı, həm də quyularda tədqiqat zamanı texnaloji 
və ya insan faktoru səbəbindən ətraf mühitin çirklənməsi müşahidə edilir. Bu səbəbdən tədqiqat 
avadanlıqlarına ( lubrikator, preventor və onların kipgəclərinə) mütəmadi baxış keçirilməli, kipliyi 
yoxlanılmalı və lazım gələrsə yenisi ilə əvəz edilməlidir. Həmçinin tədqiqat briqadasına işə başlamazdan 
əvvəl təlimat keçirilməlidir. Bu kimi qabaqlayıcı tədbirlər sayəsində texnoloji pozuntu səbəbindən yaranan 
problemləri sıfıra düşürmək olar. 
Dənizdə rast gəlinən çirklənmə səbəbindən biri də, həm geoloji, həm də texnoloji səbəbdən yaranan 
qrifonlardır ki, onların olması ekoloji və iqtisadi cəhətdən yolverilməzdir. Dünya təcrübəsində neçə stasionar 
platformanın qrifon səbəbindən uçduğuna, insan tələfatına səbəb olduğuna dair məlumatlar vardır. Qrifonun 
yaranmaması üçün düzgün sementləmənin aparılması və kəmər arxası sement həlqəsinə zərər verməyən, yəni 
mikroçatlar yaratmayan perforasiya üsulundan istifadə edilməlidir. 
Bu kimi problemlərə qarşı aparılan tədbirlərə baxmayaraq yenə də ətraf mühitin çirklənməsi müşahidə 
edilir. Bu səbəbdən də tədqiqatçı alimlər ətraf mühitin, xüsusən neft tullantıları ilə çirklənmiş su hövzələrinin 
təmizlənməsi üçün tədqiqatlarını davam etdirilər. Heç şübhəsiz neft məhsulları ilə qidalanan bakteriyaların 
tətbiqi ən mütərəqqi üsul olaraq dünya neft-qaz tullantıları ilə mübarizə tarixində öz yerini almışdır. Bu 
bakteriyaların tətbiqi sayəsində Meksika körfəzində neft sızması nəticəsində yaranmış çirklənməni qısa bir 
zaman ərzində aradan qaldırmaq mümkün olmuşdur. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   366   367   368   369   370   371   372   373   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə