|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
313
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ YERLƏŞƏN ÇİRKLƏNMİŞ SU HÖVZLƏRİNİN
AĞIR METALLARDAN SORBSİON ÜSULLA TƏMİZLƏNMƏSİ
Qasımov F.Ş.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
E-mail:
famil287@bk.ru
Vətənimizin əlverişli təbii şəraiti eyni zamanda zəngin təbii ehtiyatları var. Qarlı zirvəli yüksək
dağlar, məhsuldar torpaqlı dağətəyi zonalar, geniş düzənliklər, okean səviyyəsindən aşağı ovalaqlar
respublikamızın əsas relyef formalarıdır. Bu mürəkkəb relyef quruluşu təbii şəraitin – iqlimin, torpaq-bitki
örtüyünün, su ehtiyatlarının müxtəlifliyinə səbəb olmuşdu. Bu isə öz növbəsində əhalinin və təsərrüfat
sahələrinin ərazi üzrə qeyri bərabər yerləşməsinə eyni zamanda istehsalın müxtəlif növlər üzrə
ixtisaslaşmasına gətirib çıxarmışdır.
İşğaldan azad olunmuş ərazilərin hazırki ekoloji durumu çox böyük çətinliklərlə uzləşmişdir. Bu
ərazilərə 1990-cı ildə nəzarət edən Ermənistan oradakı ekoloji vəziyyəti hər zaman qəsdən gizlədirdi və ona
görə həmin vəziyyət haqqında yalnız ümumi fikirlər söyləmək mümkün idi. Məlumdur ki, ərazinin təbii
elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari
şəkildə digərlərinə ötürülürdü. Artıq işğaldan azad olunmuş Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın,
Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri 28 il insan nəzarətindən kənarda
qalmişdır, əkilib-becərilmirdi, ona görə də böyük ekoloji fəlakətə məruz qalmışdır.
Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və
oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz
suları ilə Azərbaycanın çaylarını çirkləndirir.
Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s.
Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular
sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını
Azərbaycanın işğaldan azad olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar da
mövcuddur.
Azərbaycan respublikamızın su ehhtiyyatları cayları, gölləri , caylar üzərində qurulmuş su
anbarlarımız var ki, həmin sularımız müxtəlif mənbələrdən çirklənməyə məruz qalır.
Monitorinqlər aparılarkən aydın olmuşdur ki, başlanğıcını Türkiyədən götürən Araz və Kür çayları
əsasən orta axımda çirklənməyə məruz qalır ki, bu da Gürcüstan və Ermənistan ərazilərinə təsadüf edir.
Kürün və Arazın qolları olan Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay və s. suları həmin dövlətlər
tərəfindən xeyli çirklənməyə məruz qalır. Suyu çirklənən çaylara respublikamız daxilində Qoşqarçay,
Ataçay, Gilgilçay və s. daxılıdr.
Ətraf mühitin kimyəvi tullantılarla çirklənməsi, digər tərəfdən, texnika və texnologiyanın yeni
istiqamətlərinin inkişafı, istehsalın müasir səviyyəsi, sənaye obyektlərində və eləcə də ətraf mühit
obyektlərində bir sıra maddələrin, o cümlədən müvafiq maddələrin tərkibində metal ionlarının
mikromiqdarlarının təyinini tələb edir. Bu məqsədlə yüksək analitik xarakteristikaları ilə seçilən
metodikaların işlənib hazırlanması problemi öz aktuallığını itirmir.
Təbiidir ki, mürəkkəb tərkibli real sistemlərdə metal ionlarının mikromiq-darlarının təyini və
təmizlənməsi zamanı ümumi prosesin ilkin, zəruri mərhələsini ayırma və qatılaşdırma prosesləri təşkil
etməlidir. Özünün xarakterik üstünlüklərinə görə qatılaşdırma metodları arasında sorbsion metod xüsusi yer
tutur. Bu metodda istifadə olunan sorbentlər içərisində xelatəmələgətirici polimer sorbentlər öz spesifikliyi və
effektliliyi ilə seçilirlər.
Bu baxımdan müxtəlif real sistemlərdə mikrokomponentlərin ilikin qatılaşdırma mərhələsi kimi
sorbsiya mərhələsinin də daxil olduğu kombinə edilmiş təyinat metodlarından istifadə edilməsi xüsusi
aktuallıq və əhəmiyyət kəsb edir.
Sоrbsiya sellülоz-kağız, kimya, neft-kimya, tохuculuq və digər sənaye sahələri müəssisələrinin
aхıntılarını həll оlmuş üzvi maddələrdən dərin təmizləmə üsulları içərisində ən effektiv üsullardan biridir.
Sоrbsiоn təmizləmə ya sərbəst, ya da biоlоji təmizləmə üsulu ilə birgə tətbiq оluna bilər.
Bu üsulun üstünlükləri оndan ibarətdir ki, bu üsülda çохkоmpоnentli qarışıqların maddələrinin
adsоrbsiyası mümkündür, həmçinin qatılığı az оlan aхıntı suların təmizlənməsində yüksək səmərəliliyə
malikdir. Sоrbsiоn üsullar sənaye aхıntılarından qiymətli maddələrin ayrılması üçün çох səmərəli üsuldur.
|
|
|