|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
315
toz alınır. Həmçinin əridilmə prosesində, azot və kükürd oksidləri, toz, CO, qeyri üzvi xlor və flüor
birləşmələri və Ni, Se, As, Cd, Co, Cr, Pb kimi digər kənar elementlər də yaranır.
Kükürd oksidləri ən çox yanacaqda görülür. Təbii qazda bu olmadığı üçün, xammalın tərkibində olan
kükürd əvvəlcə SO
2
şəklində sonra istiliyin və ərimə qazanlarının atmosferinin təsiri ilə SO
3
şəklində özünü
biruzə verir. Azot oksidləri(NO
x
) özlərini, həm yanacaq yanma bacalarında, həm də ərimə qazanlarında
göstərir. Şüşə istehsalında ən çox çirkləndirici azot oksidi NO-dur.
Təqribən 95%-ə qədər özünü biruzə verir. Yüksək istilik nəticəsində havada sərbəst halda olan azot
oksigen ilə birləşir və bu çirkləndiricini yaradır. Daha sonra bir daha reaksiyaya girərək NO
2
əmələ gətirir.
Azot birləşmələri bundan əlavə yanacağın və xammalın da tərkibində mövcud ola bilər. Cl və F həmçinin
digər çirkləndiricilər isə özlərini xammalın tərkibindəki birləşmələr şəklində göstərir. Şüşələrin formaya
salınması, müvafiq məqsədlərə uyğun məhsulların alınması və örtüklərin çəkilməsi zamanı da çirklənmələr
müşahidə olunur.
Belə ki, şüşələrin formaya salınması zamanı şüşə ərintisinin qəliblərə yapışmasının qarşısını almaq
məqsədi ilə müxtəlif yağlardan istifadə olunur. Temperaturun yüksək olması ilə əlaqədar olaraq yağlayıcı
maddə böyük miqdarda buxarlanır. Örtüklərin çəkiləməsi zamanı isə çirkləndirici olaraq metal oksidləri,
HCl, və uçucu üzvi birləşmələr yaranır.
Çirkləndirici maddələri təmizləmək və onların ətraf mühitə verdiyi zərəri azaltmaq prioritet məsələdir.
Şüşə istehsalı xammalın praktiki olaraq itirilməməsi ilə gedən, demək olar ki, tullantısız texnologiyadır.
Lakin baca qazlarının və avadanlıqlarda baş verən deqradasiyaların nəticəsində ətraf mühitə tullantılar
atılmaqdadır. Az miqdarda soyutma işlərində və məişət şüşə əşyaların istehsalında su itkisi də mövcuddur.
Baca qazlarında NO
x
–in miqdarını azaltmaq məqsədi ilə, daha müasir sobaların istifadə olunması
vacibdir. Həmçinin NO
x
qazlarını tutmaq üçün, selektiv katalitik reduksiya, selektiv olmayan katalitik
reduksiya və keramik filtrlərə sərbəst azota qədər reduksiya etmək mümkündür. Kükürd oksidini və
anhidritini desulfirizasiya metodları ilə neytrallaşdırmaq mümkündür. Həmçinin toz hissəciklərini, HCl və
HF birləşmələrini yaş və quru qaz təmizləmə metodları ilə təmizləmək mümkündür. Tozları tullantı
qazlarından təmizləmək üçün ilkin xammala 4% - ə qədər miqdarda su verilməsi və havalandırma
sistemlərində elektrofiltrlər qoyularaq neytrallaşdırma da mümkündür.
Dostları ilə paylaş: |
|
|