|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
393
Cahangir Yadigar Əli Sultan Talışı 1613-cü ilin avqustunda Moğol səfiri Xan Aləmlə Səfəvi sarayına
göndərir. Şah I Abbasın məktubunu Nurəddin Məhəmməd Cahangirə çatdıran Səfəvi səfirlərindən biri olan
ingilis Robert Şerli burada olduqca yaxşı qarşılanır. Robert Şerli Nurəddin Məhəmməd Cahangirin Şah I
Abbasa hədiyyə kimi göndərdiyi iki fil, səkkiz antilop və çoxlu miqdarda qiymətli hədiyyələrlə 1615-ci ilin
iyununda Səfəvi sarayına qayıdır.
Məhəmməd Rza bəyin başçılıq etdiyi Böyük Səfəvi səfirliyi 1616-cı ildə Böyük Moğol sarayına daxil
olduğu gün Nurəddin Məhəmməd Cahangir tərəfindən hüzura qəbul edilir. Məhəmməd Rza bəy gətirdiyi
hədiyyələrlə yanaşı, şahın məktubunu da Nurəddin Məhəmməd Cahangirə təqdim edir. Böyük Moğol
sarayında altı aya yaxın qalan Məhəmməd Rza bəy 1617-ci ilin martında qiymətli hədiyyələrlə vətəninə
göndərilir.
Nurəddin Məhəmməd Cahangir Səfəvi sarayına ilk böyük səfirliyini 1613-cü ildə Xan Aləmin
rəhbərliyi ilə göndərir. Xan Aləmin rəhbərlik etdiyi bu 1.000 nəfərlik dəstədə Şah I Abbasa bağışlanması
nəzərdə tutulan Hindistan heyvanlarına və ekzotik quşlara qulluq edən yüzlərlə qəyyum var idi. Xan Aləm
həm də imperatordan böyük miqdarda hədiyyələr gətirirdi. Şah I Abbasın başı osmanlılarla ilə müharibəyə
qarışdığına görə uzun müddət şahı gözləməli olan Xan Aləm 1618-ci ildə gətirdiyi hədiyyələrlə və 700
nəfərlik dəstəsinin müşayiəti ilə Qəzvinə daxil olur. Şah I Abbas ona qeyri-adi hörmət və ehtiram göstərir. O,
Xan Aləmi qucaqlayır və onunla qardaş kimi davranır. Xan Aləm Nurəddin Məhəmməd Cahangir tərəfindən
Şah I Abbasa yazılmış məktubu özü ilə gətirmişdi. Səfəvi sarayında qaldığı uzun müddətdə Xan Aləm
həmişə Nurəddin Məhəmməd Cahangirlə əlaqə saxlayırdı.Xan Aləmin möhtəşəm səfirliyinə cavab olaraq
Şah I Abbas Zeynal bəy Şamlını çoxlu miqdarda qiymətli hədiyyələrlə Böyük Moğol sarayına göndərir.
1620-ci ildə Böyük Moğol imperatoru tərəfindən böyük hörmətlə qarşılanan Zeynal bəy Nurəddin
Məhəmməd Cahangirə Şah I Abbasın məktubunu təqdim edir.
Zeynal bəyin səfirliyindən sonrakı dövrlə 1622-ci ildə Qəndəharın fəthinə qədərki zaman aralığında
Şah I Abbas beş elçisini hədiyyələrlə Nurəddin Məhəmməd Cahangirin sarayına göndərmişdi. Bu yolun
nəticə vermədiyinə inanan Şah I Abbas 1622-ci ilin iyun ayında Qəndəharı yenidən Səfəvilər dövlətinə
birləşdirir. Qəndəharı tutduqdan sonra Nurəddin Məhəmməd Cahangirin qəzəbini yumşaltmaq üçün Mir Vəli
bəyi və Heydər bəy Yüzbaşını Böyük Moğol sarayına göndərir.
Şah I Abbas tərəfindən Böyük Moğol sarayına göndərilən Səfəvi elçisi Ağa Məhəmmədi Nurəddin
Məhəmməd Cahangir 1625-ci ilin oktyabrında hüzuruna qəbul edir. Ağa Məhəmməd tərəfindən Nurəddin
Məhəmməd Cahangirə təqdim olunan məktubda Şah I Abbas osmanlılar üzərində qələbə qazanaraq
Bağdadın yenidən Səfəvilər dövlətinə birləşdirdiyini bildirir. Nurəddin Məhəmməd Cahangir Ağa
Məhəmmədi altı aydan sonra Səfəvi sarayına çoxlu sayda qiymətli hədiyyələrlə və Şah I Abbasa yazılmış bir
məktubla yola salır. 1627-ci ildə Böyük Moğol imperatoru Cahangir vəfat etdikdən sonra onun yerinə
hakimiyyətə oğlu Şah Cahan (1627-1658) keçir. Şah I Abbas Səfəvi səfiri Bəhri bəyi həm Böyük Moğol
hökmdarı Şah Cahanı hakimiyyətə keçməsi münasibətilə təbrik etmək üçün, həm də Hindistandakı siyasi
vəziyyəti öyrənmək üçün Böyük Moğol sarayına göndərir.
Şah I Abbas 1629-cu il yanvarın 21-də vəfat edir və nəvəsi Sam Mirzə Şah Səfi (1629-1642) adı ilə
hakimiyyətə keçir. Şah Cahan 1629-cu ildə Bəhri bəylə birlikdə öz elçisi Mir Bərkəni Səfəvi məmləkətindəki
siyasi vəziyyəti öyrənmək üçün Səfəvi sarayına göndərir. Səfəvi sarayında yüksək səviyyədə qarşılanan Mir
Bərkə beş aydan sonra geriyə göndərilmişdi.
Şah Səfinin Böyük Moğol sarayına göndərdiyi Məhəmməd Əli bəy Əfşarın rəhbərlik etdiyi Səfəvi
səfirliyi 1630-cu il iyun ayında Lahora çatır. Şah Səfi tərəfindən Böyük Moğol sarayına göndərilən bu ilk
səfirlik Şah Cahan tərəfindən yüksək səviyyədə qarşılanır. Məhəmməd Əli bəy 1633-cü ildə Böyük Moğol
səfiri Səfdər xanla birgə Səfəvi sarayına doğru yola salınır.
Səfdər xan Səfəvi məmləkətinə gəldikdə Şah Səfi İrəvan uğrunda osmanlılar ilə müharibə apardığına
görə ilyarım onunla görüşə bilməmişdi. 1636-cı il mart ayında İrəvanı Osmanlılardan gerin alan Şah Səfi
paytaxt İsfahana qayıdır. Səfəvi sarayında yüksək səviyyədə qarşılanan Səfdər xana Şah Səfi tərəfindən digər
səfirlərdən daha çox hörmət edilirdi.
Şah Səfi Böyük Moğol səfiri Səfdər xanla eyni vaxtda öz elçisi Yadigar bəyi Böyük Moğol sarayına
yola salmışdı. Qəndəharla bağlı Moğolların planlarını öyrənmək tapşırılan Yadigar bəy cəld hərəkət edib
Səfdər xandan öncə Böyük Moğol sarayına çatır. Şah Cahan onu yüksək səviyyədə qarşılayır, 1638-ci il
avqust ayında Lahora yanına çağıraraq ona qiymətli hədiyyələr verib yola salır.
Moğollar 1638-ci ildə Qəndəharı işğal etdikdən sonra iki dövlət arasındakı diplomatik əlaqələr xeyli
zəifləyir. 1642-ci ilin may ayında Kaşanda Şah Səfi vəfat etdikdən sonra oğlu Şah II Abbas (1642-1666)
|
|
|