Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
389
Xüsusi biliklərdən ümumi biliklərə doğru irəliləmək induktiv tədqiqatın əsas cəhətini,
ümumi
biliklərdən xüsusi biliklərə doğru irəliləmək isə deduktiv tədqiqatın əsas cəhətini təşkil edir. Dərsin
məqsədindən asılı olaraq, dərsin induktiv və ya deduktiv növü seçilir.
Yeni mövzunun keçirilməsi zamanı daha çox induktiv tədqiqata, mövzunun möhkəmləndirilməsi və
dərinləşdirilməsi istiqamətində isə daha çox deduktiv tədqiqata müraciət olunur.
Tarix dərslərində fəal təlimin təşkili zamanı müəllimin bələdçi rolunu icra etməsi fəal (interaktiv)
dərsin idarə edilməsi üçün ən vacib faktorlardan biridir. Fəal (interaktiv) təlim prosesində müəllimin
mövqeyini məhz fasilitasiya əks etdirir. Çoxşaxəli bir fəaliyyət olan və özündə bir sıra bilik, bacarıq, vərdiş
və şəxsi keyfiyyətləri cəmləşdirən fasilitasiya prosesində müəllim şagirdlərin
fikrini sövq etməli, onlara
psixoloji, informasiya və təşkilati dəstək göstərməlidir.
Motivasiya fəal dərsin ən əhəmiyyətli və mürəkkəb mərhələlərindən biridir. Motivasiyanın nə
dərəcədə uğurla yaradılması və həyata keçirilməsi dərsin bütün sonrakı gedişini müəyyən edir. Dərsin
metodiki tədrisi zamanı problemin qoyuluşu və motivasiya müəllimin giriş sözü ilə başlayır. Məsələn,
“Azərbaycan xanlıqlarının təşəkkül tapması, Nadir şah tərəfindən süquta uğradılması, Azərbaycan
dövlətçiliyinin bərpası və dirçəlişi demək idi. Özlüyündə proqressiv səciyyə daşımasına baxmayaraq,
Azərbaycanda
mərkəzləşmiş dövlət yox, ayrı-ayrı müstəqil dövlətlər təşəkkül tapdı. Xanlıqların yürütdüyü
siyasət fərqli idi və bu siyasətin bir sıra istiqamətləri var idi”.
Onlarla metodiki üsul və ya texnikalar mövcuddur ki, bunlar da öz növbəsində fəal (interaktiv) təlimin
həyata keçirilməsinə öz töhvəsini verir. Bu metodlar, əsasən, iki cür təsnif edilir:
1. Metodun məqsədləri üzrə təsnifat. Metodun hansı məqsədə istiqamətlənməsi müəllim tərəfindən
tam şəkildə təsəvvür edilməli və müvafiq seçim aparılmalıdır.
2. Metodun əsasını təşkil edən fəaliyyət üzrə təsnifat. Onların özünəməxsus müvafiq xüsusiyyətlərinin
olmasına baxmayaraq, həyata keçirilən fəaliyyətə əsasən bir sıra texnikalar arasında bənzərlik mövcuddur.
Bu texnikalar vəhdət təşkil edərək ümumi bir üsul və iş forması növünü ərəsəyə gətirir.
Texnikaya sərf edilən vaxt, keçilən dərsin məzmununun vaciblik dərəcəsi, dərsin mərhələsi, tədqiqatın
aparılması üçün tapşırıqların və bilik mənbələrinin seçilməsi texnikanın seçimində rol oynayan mühüm
meyarlardandır.
Digər fənlərin tədrisi metodikasında
olduğu kimi, tarix fənninin tədrisi metodikasında da fəal
(interaktiv) təlimin təşkilində istifadə edilən əsas texnikalar sırasına aşağıdakılar aid edilir: “Beyin həmləsi”
və ya Əqli hücum” (Brainstorming);
Müzakirələr zamanı – Diskussiya (Discussion), Çarpaz müzakirə (Debate);
Təqdimatlar zamanı – Təqdimatlar (Demonstration), Ekspert qrupu (Panels), Esse (Esse);
Tədqiqatın aparılması üsulu – Problemin həlli (problem solving), Kublaşdırma (The cube), Konkret
hadisənin araşdırılması (Case study);
Məntiqi təfəkkür proseslərinin inkişafına yönəldilmiş üsullar – “Alqoritmin çıxarılması – analizdən
sintezə”, “Ən mühümü”;
Yaradıcılığa istiqamətləndirilmiş üsullar və iş formaları – Yaradıcı əsərlərin yaradılması, Fantaziyanın
polinomları;
Təşkilati üsullar - Ziqzaq və ya Mozaika (Jigsaw Puzzle), Karusel (Carousel);
Fəal/interaktiv təlimin üstünlükləri və əsas xüsusiyyətləri sırasında bir sıra mühüm məqamları
vurğulamaq lazımdır: Müəllim dərsə başlayarkən problemi qoyur və şagirdləri problemin həllinə
istiqamətləndirir; Dialoji şəkildə aparılan təlimdə müəllim və şagirdlər
fikir mübadiləsi edir, müəllim
şagirdlər ilə daimi əks əlaqə yaradır; Qoyulmuş təlim probleminin həlli müəllim və şagirdlər tərəfindən birgə
qarşılıqlı fəaliyyət əsasında çözülür, müəllim və şagirdlər əməkdaşlıq edir; Kiçik tədqiqata bənzəyən dərsdə
şagirdlər bilikləri müstəqil olaraq qazanır, müəllim isə şagirdləri lazımi yöndə istiqamətləndirir; Müəllim
tərəfindən biliklərin müstəqil şəkildə kəşfi və mənimsənilməsi üçün lazımi şərait yaradılır: fikri sövq edir,
informasiya
dəstəyi göstərir, təşkilati və psixoloji qatqıda çıxış edir; Suallar və tapşırıqlar məntiqi, tənqidi,
yaradıcı kimi müxtəlif təfəkkür növlərinə aid olur; Müəllim biliklərin praktika və yaradıcı tətbiqi üçün
tapşırıqlar verir ki, həyati məqsədlərə nail olunsun; Şagirdlərin müstəqil olaraq
fikir yürüdə bilməsi və
sərbəstliyinin stimullaşdırılması məqsədilə uyğun şərait yaradır; Şagirdlərə hörmətlə və etimadla yanaşan
müəllim şagirdlər arasında da qarşılıqlı hörmət münasibətlərinə rəvac verir; Frontal iş formaları ilə bərabər,
cütlər, fərdi, kiçik qruplar kimi digər iş formalarından geniş istifadə edilir; Müxtəlif təlimə dair metod və
vasitələrdən, taprışıq növlərindən və məlumat mənbələrindən istifadə edilir; İş
vərəqləri, təlim mühitinin