|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
386
“SOYUQ MÜHARİBƏNİN” BAŞA ÇATMASINDAN SONRA DÜNYADA BAŞ VERƏN
SİYASİ HADİSƏLƏR
Şıxıyev B.İ.
Sumqayıt Dövlət Universiteti
E-mail:
behruzsixiyev199bz@gmail.com
İkinci Dünyq Müharibəsinin başa çatmasından sonra mütəffiq dövlətlər xüsusilədə ABŞ və SSRİ
aralarında bağlanmış müqavilələrdən öz məqsəd və mənafeləri üçün istifadə etməyə başladı. Bu da son
nəticədə kapitalizmi təmsil edən ABŞ və soializmi təmsil edən SSRİ arasında 1946-ci ildən başlanan və
SSRİ-nin dağılmasına qədər davam edən “Soyuq Müharibə” kimi tarixə düşdü. Beləliklə bu müharibədən
SSRİ-nin tərkibinrdəki dövlətlərin müstəqilləşməsi və ABŞ başda olmaqla qərb ölkələrinin qalib çıxması ilə
nəticələndi. Bundan sonra dünyada beynəlxalq münasibətlər sistemində və siyasətdə Yeni Dünya Nizamı
yaranır.
Yeni dünya nizamının mahiyyəti ondan ibarətdir ki, dünya siyasətində “çoxqütblülüyün” pozulması və
ABŞ-ın mərkəzdə dayandığı “təkqütblülüyün” yaranmasından ibarətdir. Yeni dünya nizamının əsas
şərtlərindən biri dünya dövlətlətinin və xalqlarınım hansı səviyyədə dayanmasından asılı olmayaraq planetin
taleyi üçün və baş verən qlobal problemlər üçün bərabər məsuliyyət daşımasıdır. Soyuq müharibədən sonra
dünyada baş verən mübahisəli məsələlərdən biridə beynəlxalq münasibətlər sisteminin və dövlətlərarası
münasibətlərin beynəlxalq təşkilatlar yoxsa ABŞ tərəfindən nizamlanması məsələsidir. ABŞ iddia edir ki,
onun iqtisadiyyatı, siyasi, hərbi gücü bunu təmin etməyə imkan verir. Lakin Fransa, Almaniya, Çin, Rusiya
və digər dövlətlər münasibətlərin BMT çərçivəsində və BMT Təhlükəsizlik Şurasında birgə həll olunmasını
tələb edirdilər.
Bu dövrdə təhlükəsizlik və əməkdaşlıq yaradılması əsas məqsədi olan ATƏT-in rolu artmışdı. Bu
təşkilat dünyada baş verən münaqişələri yoluna qoymağa və təhlükəsiz dünya yaranması siyasəti aparırdı. Bu
dövrdə dünyada bir sıra qlobal problemlər baş verirdi ki, bunlara nüvə silahlarınım toplanması, təbii
ehtiyatların tükənməsi, qaçqınlar problemi və.s aiddir. Həmçinin dünya əhalisinin sayının artması
demoqrafik problemlə yanaşı ərzaq ehtiyatının çətinləşməsinədə səbəb olurdu.
Bu dövrdə ən qlobal problemlərdən biri Terrorizm problemi idi. Terrorizmə qarşı mübarizə aparmaq
üçün hal-hazırda ABŞda başda olmaqla dünya dövlətləri antiterror təşkilat və koalisiyaları formalaşdırılır.
Soyuq müharibədən sonraki dövrdə beynəlxalq münasibətlərə və beynəlxalq proseslərə təsir gücünə görə
dünya dövlətləri bir neçə qrupa bölünür:
- Fövqəldövlətlər: öz milli maraqlarını bütün yer kürəsində təmin etməyə siyasi,iqtisadi, hərbi
potensialı çatan dövlətlər daxildir. Bu rolu yalnız ABŞ icra edir.
- Böyük dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyanın digər əhəmiyyətli
ölkələrində təmin etməyə qadir və dünyanın başqa ölkələrini onunla hesablaşmağa məcbur edə bilən ölkələr
daxildir. İngiltərə, Fransa, Almaniya, Yaponiya və.s
- Regional dövlətlər: öz milli maraqlarını yalnız ölkəsində, regionunda və sərhədinə yaxın ərazilərdə
təmin etməyə qadir ölkələrdir ki, bunlara da Rusiya, Türkiyə, Pakistan, Çin və.s daxildir.
-Adi dövlətlər: öz milli maraqlarını ölkəsində, regionunda və dünyada bacardıqları kimi təmin edir. Bu
dövlətlərin maraqları digər üç qrup dövlətlərin maraqları ilə üst- üstə düşürsə təmin olunmaq ehtimalı artır.
Dünya artıq XXI əsrə qədəm qoymuşdur. Bu əsr özü ilə birlikdə XX əsrdən bir sıra nailiyyətlərlə
yanaşı həll olunması tələb olunan problemləridə gətirdi. XX əsrdən bizə qalan ən böyük miraz ictimai
əsaslara əsaslanan Dünya birliyidir ki, bu birliyi və demokratiyanı qorumaq yeni əsrdə dünyanın ən mühüm
vəzifəsidir.
Əsası hələ XIX əsrdə qoyulmuş terrorizm XXI əsrdə beynəlxalq problemə çevrilmişdir. 2001-ci sentyabrın
11-də Nyu-York və Vaşinqtonda 6 mindən insanın həyatına son qoydu. Bundan sonra başda ABŞ olmaq
Böyük Britaniya və digər dünya dövlətləri qəzəblə qarşılayaraq terrorizmə qarşı mübarizə cəbhəsi təşkil
etdilər. Həmçinin bu dövrdə bir sıra region dövlətləri sıradan çıxarıldiki buna misal olaraq ABŞ-ın İraqı
bakterioloji silah saxlamaqda günahlandıraraq bura 2003-ci il martın 20-də qoşun yeritməsini göstərə bilərik
ki, bunada səbəb bu dövrdə İraq Yaxın və Orta Şərqin ən böyük neft ehtiyatına malik ölkələrindən idi. Belə
ki, Yeni dünya nizamının ən mühüm xüsusiyyəti dövlətlərin öz maraqların təmsil etməsindən ibarətdir.
|
|
|