|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
382
ETNİK TERRORİZM VƏ TÜRKİYƏYƏ QARŞI TORPAQ İDDİALARI
Ramizli U.Ü.
Bakı Slavyan Universiteti
E-mail:
ugur_ramizli@mail.ru
Etnik terrorizm bir sıra dövlətlərin müstəqilliyini təhdid edən problemlər sırasında xüsusi yer tutur. Bu
sahə ilə məşğul olan tədqiqatçılar terrorun 190 tərifini verməklə bunlar içərisində terrorla bağlı dünyaca
məşhur Vardlav terror hadisələrinə politoloji məna verərək “terrorçuluq fəaliyyətinin siyasi akt” olmasını
qeyd edir.
Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə
“Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdıqdan sonra “Böyük Ermənistan”
iddiaları yeni mərhələyə qədəm qoydu. 1885-ci ildə “Armenakan” partiyası İran və çar Rusiyasında yaşayan
ermənilərlə geniş əməkdaşlıq əlaqələri quraraq Van, Muş, Bitlis, Trabzon bölgələrində, bununla yanaşı
İstanbul şəhərində terror aktları törətdilər.
Bundan fərqli olaraq “Hnçaq” partiyası Türkiyənin Anadolu bölgəsini özünə birləşdirməklə “Böyük
Ermənistan” yaratmaq üçün nizamnaməsinin 4-cü bəndində “qarşıya qoyulmuş məqsədə çatmaq üçün
təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçməyin vacib olduğunu” qeyd edirdi.
“Daşnaksütyun” partiyası Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq üçün
1892-ci ildə Tiflisdə keçirilən ilk qurultayda türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar
çıxarmadı. XIX əsrin sonlarından erməni terrorçularının Osmanlı dövlətinə qarşı xain əməlləri başlamaqla bu
addımlar XX əsrdə belə davam etdi.
ASALA və PKK əlaqələri 9 noyabr 1980-ci ildə başlamaqla
1993-cü il yanvarın 6-da Beyrutda,
kilsədə keçirilən tədbirdə
:“Hələlik Türkiyəyə qarşı sakit siyasət yürüdülməlidir. Erməni xalqı getdikcə
güclənir və aparılan təbliğat dünyada (uydur ma) soyqırımı daha yaxşı tanıdır. ABŞ və Qərb dövlətləri də
müharibələrdə erməniləri haqlı görürlər. Türkiyə bölünəcək və kürd dövləti qurulacaqdır. Ermənilər
kürdlərlə əlaqələrini möhkəmləndirərək onları dəstəkləməlidirlər. Bu gün türklərin əlində olan torpaqlar
sabah Ermənistanın olacaqdır” fikri səsləndirildi. Qeyd edilənlər XIX əsrdən başlayaraq bu gün də davam
edən erməni-kürd terrorçularının arzularının xəyal olaraq qalmasını göstərməklə bu fəaliyyətə qarşı Türkiyə
dövləti daima cavab verməyə hazır olmalıdır.
Dostları ilə paylaş: |
|
|