|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
379
Əmək kollektivində adi fəhlə müəyyən vasitələri, mexanizmləri idarə edir, bir sıra hallarda idarəetməni
funksional olaraq həyata keçirir. Bununla da idarəedən kimi çıxış edir.
Cəmiyyətdə çoxsaylı, peşəkar idarə edənlər vardır. Bunlar istehsalın təşkilatçıları, dövlət qurumlarının,
təsərrüfat orqanlarının məsul işçiləri, idarəetmə sayəsində peşəkar şəkildə ixtisaslaşanlardır. Onlar seçdikləri
peşə və cəmiyyətin tələblərinə uyğun olaraq iqtisadi, sosial və mənəvi həyatın idarə edilməsi üzrə spesifik
funksiyaları yerinə yetirirlər. Onlar xüsusi idarəetmə əməyi ilə məşğul olurlar. Lakin idarəetmə üzrə
mütəxəssisin və idarəetmə əməyi ilə məşğul olan ictimaiyyətçinin işi arasında həddi müəyyənləşdirmək bir
qədər çətinlik törədir.
Bu idarəetmə kadrlarının elmi şəkildə seçilməsi, hazırlanması və rasional şəkildə yerləşdirilməsi,
istifadəsi problemi kimi meydana çıxır. Müasir idarəetmə praktikası idarəetmə texnologiyasının, sosial
proqnozlaşdırma və layihələndirmənin optimallaşdırma prinsiplərinə uyğun yenidən işlənilməsini və
təkmilləşdirilməsini tələb edir.
Ümumilikdə, sosial idarəetmənin nəzəri-metodoloji problemləri elmi-sosioloji ədəbiyyatda geniş
nəzərdən keçirilmişdir. Hazırda bununla bağlı aparılan araşdırmalarda vahid elmi mövqenin formalaşdığını
söyləmək çətindir. Bu, daha çox “idarəetmə” anlayışının mürəkkəbliyi, çoxcəhətliliyi və institusionallığı ilə
izah edilir. İdarəetmənin digər sosial institutlarda qarşılıqlı əlaqədə inkişafına, onun formalarına, növlərinə,
funksiyalarına müxtəlif yanaşmalar mövcuddur. Bu istiqamətdə aparılan çoxsaylı tədqiqatların başlıca
çatışmayan cəhəti idarəetmənin bütün sahələri, növləri üçün ümumi nəzəriyyələrin çatışmazlığı, yoxluğudur.
Doğrudur, son zamanlar müasir menecmentin ümumi əsaslarını müxtəlif aspektlərdə izah edən əsərlərin sayı
və həcmi artmaqdadır, lakin müvafiq nəşrlər daha çox texnoloji yeniliklərin sosial institutlara və idarəetməyə
təsirinə həsr olunur. Prinsip etibarı ilə, sosial idarəetmənin institusional mahiyyətinə üç mühüm aspektdən
yanaşmaq mümkündür:
1. Bu, insan fəaliyyətinin özünəməxsus növüdür;
2. İctimai münasibətlərin (idarəetmə münasibətlərinin) xüsusi növüdür;
3. Sosial intstitutun mühüm əlamətlərini əhatə edən institusional təzahürdür.
İdarəetmənin sosial institut kimi nəzərdən keçirilməsi onun digər sosial təsisatlarla qırılmaz, sıx
əlaqəsini aşkara çıxarır. Hazırda təşkilati sistemin, eləcə də təşkilati davranışın optimal modellərinin
qurulması açıq müzakirə mövzusu olaraq qalır. Sosial idarəetmədə bu məsələ hələ tam işlənilməmişdir.
Müvafiq parametrlərin uçotu isə yalnız qərarların qəbul edilməsi nəzəriyyəsi hüdudlarında, texnoloji cəhətlər
nəzərə alınmaqla aparılır.
Hər bir sistemin strukturu onun yarımsistemləri arasındakı daxili münasibətlərin, əlaqələrin müəyyən
sabit qaydalı tərzdə qurulmasını ifadə edir. Struktur sistemin mövcud olması, təşkiletmə, idarəetmə isə onun
hərəkətetmə, inkişafetmə formasıdır. “Sosial sistem” nəzəriyyəsində idarəetmə sisteminin struktur
bölmələrinin tədqiqinə geniş yer ayrılır. Struktur sistemin ünsürləri arasındakı qarşılıqlı əlaqə və nisbətinin,
onların arasındakı subordinasiyanı ifadə edir.
Təşkiletmə isə həmin sistemin fəaliyyətini və inkişafını müəyyən edir, onun mövcudluğunu qoruyub
saxlayır, çünki təşkil edilməyən, idarə olunmayan sistem dinamik deyil, statik vəziyyətdə olur. Sistemi
ümumi halda, onun ünsürləri arasındakı münasibətlərin toplusu kimi baxılması, sistemin fəaliyyət
mexanizmini açmağa kömək etmir.
Sistemin strukturu funksional xarakterə malikdir (T.Parsons). Sistemin «kompozisiyasını», onu əmələ
gətirən çoxluğun xüsusiyyətlərini öyrənmək bu baxımdan vacib məsələdir. Struktur hissələrin seçilib
öyrənilməsi sistemin özünün dərk edilməsi üçün də əhəmiyyətlidir. Onun düzgün idarə edilməsi sistemin
ünsürlərində baş verən dəyişiklikləri ardıcıl öyrənilməsi ilə bağlıdır.
Optimal idarəetmə nəzəriyyəsində “idarəolunma” anlayışı mühüm yer tutur. İdarəolunma yalnız
idarəedici parametrlərdən asılı olmur. İdarə olunan obyektin özünün təşkiletmə qabiliyyəti, obyekt və
subyektin qarşılıqlı əlaqələrinin fəallıq və passivlik səviyyəsi, onların bir-birinə adaptasiya olunması
(uyğunlaşması) da mühüm əhəmiyyət kəsb edir.
Sistem və idarəetmənin özü müəyyən təşkiletmə prosesini nəzərdə tutur. İdarəedən və idarəolunan
sistemlərin təşkili, bir qayda olaraq, müəyyən zəruri şərtlər daxilində gerçəkləşdirilir. Bu mənada, sosial
idarəetmə strukturlarının formalaşmasını avtomatik olaraq, öz-özünə təşkiledilmə, özünü idarəetmə kimi
təsəvvür etmək düzgün olmazdı. Lakin sosial özünü idarəetmənin perspektiv, strateji əhəmiyyətini də inkar
etmək mümkün deyil. İdarəolunma idarəetmədə yeni xassə, keyfiyyət dəyişiklikləri meydana gətirir.
Dostları ilə paylaş: |
|
|