Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
376
Bolqarıstan mədəniyyətində xristianlıq elementlərini təhlil edərkən mövzunu asanlaşdırmaq üçün onu
şərti olaraq 2 hissəyə bölmək qərarı verilmişdir.
Bunlar- erkən orta əsr və bolqar mədəniyyətinin orta çağ dövründən ibarət olacaqdır. Əgər erkən orta
əsrləri nisbi olaraq antik frakiya – yunan təsirli mədəniyyət dövründən xristianlıq
elementlərinin ölkə
mədəniyyətin hər sahəsində bərqərar olduğu zamana “keçid” dövrü kimi qiymətləndirmək
olarsa orta çağ
ərzində xristianlıq elementləri və xristianlığın özü artıq mədəniyyəti formalaşdırıb,
ona inkişaf istiqaməti
verən amilin milli şüurda oturuşmuş olduğunu görmək olar.
Bu zaman müşahidə olunan maraqlı məqam bundan ibarətdir ki, bolqar milli şüur və mədəniyyətinə
birbaşa təsir göstərən qonşu Bizansın Bolqarıstanı öz tərkibinə qatıb onu sosial, siyasi və mədəni baxımdan
öz tərkibində əritməyə çalışmasına baxmayaraq bolqarlar çətin mübarizədə dövlət
müstəqilliklərini birinci
Bolqar Çarlığının nümunəsində itirsə də onu ikinci Bolqar çarlığının dönəmində yenidən qazanmağı
bacarmışlar.
Bütün bu hadisələrdə hər bir xalq kimi bolqarların da həyatını formalaşdıran mədəniyyətlərinin əsas
hərəkət verici qüvvəsi kimi çıxış edən xristianlıq elementləri və dinin özü sonralar da istər Bolqarıstan
Osmanlının tərkibində olanda, yaxud da tarixin digər həlledici məqamlarında bolqar xalqının həyatında öz
yerini qoruyub saxlamağı bacarmışdır.
Dostları ilə paylaş: