|
Ministry of education of azerbaijan republic sumgayit state universityDAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ FRANSANIN VASİTƏÇİLİYİmagistr2021 3 2DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ FRANSANIN VASİTƏÇİLİYİ
İLƏ KEÇİRİLƏN GÖRÜŞLƏR VƏ ONLARIN NƏTİCƏLƏRİ
Paşayev F.V.
Baki Dövlət Universiteti
E-mail:
Firdovsipashayev1997@gmail.com
1996-ci ilin 2-3 dekabr tarixlərində ATƏT-ə üzv olan ölkələrinin dövlət başçılarının iştirakı ilə
Lissabonda zirvə sammiti keçirildi. ATƏT-in Minsk Qrupunun üzvü olan Finlandiyanın həmsədr
mandatlığının vaxtı bitdiyi üçün Almaniya, Fransa və ABŞ arasında bu postu tutmaq üçün gizlin şəkildə
rəqabət gedirdi. 1997-ci ilin yanvarında Fransa həmsədr təyin ediləndə, Azərbaycan tərəfi buna sərt reaksiya
verdi. Bu etirazların əsas səbəbi Fransada güclü şəkildə təşkilatlanan erməni lobbisi idi [6, s.110]. Ölkəmizin
kəskin şəkildə etiraz notasına baxmayaraq, Fransa həmsədr postuna təyin edildi.
1997-ci ilin yanvarında ulu öndər Fransaya səfəri zamanı, Fransa prezidenti Jak Şirak ölkəsinin bu
münaqişədə maraqlı tərəf olduğunu bildirdi və həmsədr ölkə kimi öz neytrallığını qoruyub saxlayacağını
bildirdi. Hələ, 1996-ci ilin oktyabrında Fransa XİN-i Evre de Şaret ölkəmizə səfər etdiyi zaman söyləmişdir:
“Avropa Atlantikdən başlayır, Xəzər dənizində bitir, Azərbaycan Fransa üçün əhəmiyyətli ölkədir” [5, s. 82].
1997-ci ildə Fransa prezidenti Jak Şirakın cəhdləri tərəflər arasında sülh müqaviləsi ilə nəticələnməyə çox
yaxın idi. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.
Ümumiyyətcə, Dağlıq Qarabağ münaqişəsi həll olunanadək Fransanın vasitəçiliyi ilə üç dəfə Paris və
bir dəfə Rambuye görüşü keçirilmişdir. Bu görüşləri qısaca nəzərdən keçirək.
2001-ci ilin yanvarın 23-27-si tarixlərində prezident Heydər Əliyevin Fransaya sayca 3-cü rəsmi səfəri
baş tutdu. Yanvarın 26-da Marini sarayında Fransa prezidenti Jak Şirakın təşəbbüsü ilə Ermənistan və
Azərbaycan prezidentləri arasında görüş keçirildi. Martın 5-də Yelisey sarayında tərəflər arasında görüş baş
tutdu. Parisdə baş tutan görüşlər artıq sülh sazişinin imzalanması üçün ümidləri artırırdı [3, s. 93]. Bu
üçtərəfli görüşlər 5 saat davam etdi.
Görüşdən sonra H. Əliyev bildirdi ki, görüş “mübahisəli, çətin və nəticəsiz” keçdi. Jak Şirak isə nikbin
davranaraq görüşün “səmimi və dostcasına” keçdiyini vurğuladı”. Paris danışıqlarına görə Azərbaycan
Dağlıq Qarabağın müstəqilliyini tanımalı, hətta Laçın dəhlizi Ermənistana verilməli idi. Bunların əvəzində
Mehri dəhlizi Azərbaycana verilməli idi.
Daha sonra apreldə baş tutan Ki-Uest görüşündən sonrada danışıqlarda keyfiyyətcə yeni formul “Paris
prinsipləri” formalaşdı. Əslində isə tərəflər qeyd edirdi ki, belə bir prinsiplər mövcud deyil. Azərbaycan
tərəfi isə qəti olaraq bu cür bölgü ilə razılaşmırdı.
2006-cı ilin yanvar ayında Fransa prezidenti Jak Şirak Fransa Parlamentində deputatalar qarşısında
etdiyi çıxışında Ermənistan-Azərbaycan arasında baş verən münaqişənin yaxın zamanda həll olunacağına və
bu ilin ümumilikdə Qafqazda sülh ili olması üçün çalışacağını qeyd etdi. Tezliklə həmin ilin fevralın 10-11-i
|
|
|