|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
377
tarixlərində Fransa prezidenti Jak Şirakın təşkilatçılığı ilə Azərbaycan və Ermənistan prezidentləri Fransada
Paris şəhəri yaxınlığında Rambuye qəsrində görüş keçirdilər. Əvvəlcə prezidentlərin təkbətək görüşləri baş
tutdu.
Daha sonra görüşlər üçtərəfli formada davam etdi. Rambuye görüşündə həmçinin, ATƏT-in Minsk
qrupunun həmsədrləri və fəaliyyətdə olan sədri iştirak edirdi. Hələ Rambuye görüşü baş tutmazdan əvvəl
beynəlxalq ictimaiyyətdə münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdır. Lakin gözlənilənlərin
əksinə olaraq, görüşdə sülh prosesi ilə bağlı heç bir sənəd imzalanmadı. Həmişə olduğui kimi danışıqların
uzadılması ilə bağlı razılığıa gəldilər.
Həmin dövrdə “ANS” televiziya kanalı belə bir məlumat yaydı ki, Ermənistan prezidenti Robert
Koçaryan “maraqlı arqumentlər” gətirərək danışıqlar prosesini yarımçıq qoyub Ermənistana qayıtmışdır [1,
s. 70] . Ermənsitan tərəfi isə göstərilən faktlarla razılaşmayıb, bildirdilər ki, Rambuye görüşündə Minsk
Qrupu tərəfindən hazır sənəd irəli sürülmüşdür, lakin İlham Əliyev tərəfindən qəbul edilməmişdir. İlham
Əliyev 2007-ci ilin yanvarında Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibəsində Rambuye görüşünə
böyük ümid bəsləsə də məhz Robert Koçaryanın danışıqları yarımçıq qoyub getməsinə görə danışıqların
yarımçıq qalması faktını təsdiqlədi [5].
Sonralar Fransa prezidenti Jak Şirak münaqişənin həllində nikbin olduğunu və Rambuye görüşünündə,
“Paris danışıqları” kimi sülh prosesində baza rolunu oynayacağını bildirdi. 2006-cı ilin fevralın 22-də
Brüsseldə keçirilən toplantıda B. Fasye, bir daha Fransanın mövqeyini ortaya qoyaraq söyləmişdir:Dağlıq
Qarabağ Azərbaycana məxsusdur və Erməmnistan öz qoşunlarını işğal edilmiş ərazilərdən çıxarmalıdır.
2006-cı ilin noyabrında Fransanın təşkilatçılığı ilə Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlər
Elmar Məmmədyarov və Vardan Oksanyan arasında görüş keçirilib.
Görüşdə həmçinin, Minsk Qrupunun üzvləridə iştirak edib. Görüşdə heç bir uğur əldə edilməsədə
tərəflər atəşkəsin uzadılması üçün çalışacağını bildiriblər [7, s. 140]
2009-cu ilin noyabrın 22-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Fransanın təşkilatçılığı ilə
Münhendəki Fransa səfirləyində görüş keçiriblər. Həmsdərlərində iştirak etdiyi bu görüş 4 saatdan artıq
davam edib. Ənənəvi olaraq görüşdən sonra keçirilən mətbuat konfransında fransalı həmsədr Bernard Fasye
keçirilən görüşü “ irəliyə doğru atılan müsbət addım” kimi qiymətləndirmişdir. Bernard Fasyenin daha sonra
“Euronews” kanalına verdiyi müsahibəsində danışıqlarda “2+3+2” formulunun əldə edildiyini söyləmişdir
[6, s. 232].
2014-cü ilin yayında Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət gərginləşmişdir. Yaranan
gərginliyi zəiflətmək üçün həmin ilin oktyabrın 27-si tarixində Fransa prezidenti Fransua Olandın
təşkilatçılığı ilə Parisdə İlham Əliyev və Serj Sarkisyan arasında həmsədrlərin iştirakı ilə görüş keçirilmişdir.
Görüşün nəticəsində təmas xəttində gərginlik nisbətən azalmışdır.
Həmçinin, görüşdə itkin şəxslərlə əlaqədar Beunəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə informasiya
mübadiləsi aparılması qərara gəlindi [1, s. 74].
Beləliklə belə bir nəticəyə gəlmək olar ki, Fransanın təşkilatçılığı ilə baş tutan danışıqlarda müsbət
irəliləyişlər əldə olunasa da həmin dövrdə münaqişə sülh yolu ilə həll olunmadı. Bunun əsas səbəbi
razılaşdırılan sənədlərin yalnızca tövsiyə xarakterli olması, həmçinin Ermənistan qeyri-konstruktiv mövqeyi
idi.
Ədəbiyyat
1. Aslanlı A. Qarabağ problemi: tarixi, mahiyyəti və həlli prosesi, Bakı, 2009, 120 s.
2. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu/.
Bakı: “Poliart” MMC, 2017, 904 s.
3. Əhmədov E. Azərbaycanın xarici siyasəti: beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə
münasibətlər. Bakı, “ Lettepress” , 2013, 452 s.
4. İlham Əliyevin “Fiqaro” qəzetinə müsahibəsi. “Səs” qəzeti, 30 yanvar, 2007, Bakı.
5. Lissabon sammiti-1996, “Azərnəşr” , 1997, 312 s.
6. Musa İ. M. Çağdaş beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti, Dərslik, Bakı, “Bakı
universiteti nəşriyyatı”, 2011, 776 s.
7. Ruintən K. F. Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti, Bakı, “Adiloğlu nəşriyyatı”,
2008, 260 s.
Dostları ilə paylaş: |
|
|