Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
380
RUSİYA-OSMANLI MÜHARİBƏSİNİN BAŞLICA SƏBƏBLƏRİ VƏ GEDİŞİNƏ DAİR
Qasımov V.İ.
Sumqayıt Dövlət Universiteti
E-mail:
Qasimov.vaqif.1996@gmail.com
1768-1774 – cü illərdə baş tutmuş Rusiya-Osmanlı müharibəsi həm Osmanlı imperiyasının , həm də
Çar Rusiyasının tarixində ən önəmli yer tutan hadisələrlə zəngin olmuşdur. 6 il baş verən bu müharibənin
başlıca səbəbləri var idi. Rusiyanın işğalçı siyasəti geniş şəkildə davam etdirməsi, Qara dənizə çıxış əldə
etmək istəməsi, Polşaya müdaxilə etməsi müharibənin başlamasının əsas səbəbləri idi. Əslində həmin dövrdə
Osmanlı imperiyası geniş ərazilərə sahib olsa da imperiya əvvəlki gücündən xeyli geri qalırdı. Rusiya isə
əsasən də ordu cəhətdən Osmanlı imperiyasını üstələyirdi. Baxmayaraq ki, Osmanlı imperiyası son dəfə
apardığı 1736-1739 – cu illərdə baş tutmuş müharibə ilə nəticələnmiş və imzalanmış Belqrad sülhü ilə sərfəli
nəticələr əldə etmişdi. Həmin ildən 1768 – ci ilə qədərki dövr Osmanlı üçün sülh şəraiti altında keçdiyi üçün
imperiyanın xüsusilə də iqtisadiyyatında inkişaf müşahidə olunmuşdu. 1763 – cü ilə qədər Osmanlının baş
vəziri olmuş Qoca Raqib paşanın da uğurlu siyasəti Osmanlını müharibələrdən uzaq tutdu. Lakin Raqib paşa
1763 – cü ildə vəfat etdikdən sonra lll Mustafa öz siyasi xəttində dəyişiklik etdi. Beləliklə, Rusiyanın
Lexistana müdaxiləsindən narahat olduğu üçün Osmanlı dövləti etiraz etsə də II Yekaterina buna məhəl
qoymadı. Nəticədə Osmanlı imperiyası Rusiyaya müharibə elan etdi. Müharibənin ilk günlərində Osmanlının
hücumları müşahidə edilsə də uğur əldə edə bilmək mümkün olmadı. Rusiya 3 cəbhədə mübarizə aparırdı. 1)
Cənub-qərb, 2) Cənub (Krım), 3) Zaqafqaziya. Zaqafqaziya cəbhəsində aktiv müharibənin getməsində
gürcülərin də payı olmuşdu. Osmanlı sultanı da Azərbaycan xanlıqları ilə əlaqələr saxlamışdı. Nümunə
olaraq 1770-1771 -ci illərdə Osmanı hökmdarının Quba xanlığına göndərdiyi elçilərdən bəhs etmək olar. Elçi
göndərməkdə əsas məqsəd şimaldan rus qoşunlarının qarşısını almaq idi. Müharibə zamanı Kərim xan
Zəndin siyasəti isə bitərəf idi. Lakin rusların Kartli-Kaxetiyaya daxil olmasından sonra Kərim xan da xeyli
narahatlıq keçirmişdi. Lakin Rusiya gəlişinin “sülhməramlı” xarakter daşıdığını qeyd edərək Kərim xanın
narahatlığına son qoymuşdu. 18 -ci əsrdə erməni məsələsinə də ll Yekaterina böyük önəm vermişdi. Məhz 2
müsəlman türk dövləti arasında xristian bufer dövlətinin mövcud olmasını dəstəkləməklə I Pyotrun yarım
qalmış siyasətini davam etdirmək marağında olduğunu sübuta yetirirdi.
Rus ordusu 1769-cu ildə Hotin qalası ətrafında Osmanlı ordusuna qalib gələrək Osmanlının müdafiə
nöqtələri olan İsmayıl , Bəndər və Akkerman qalalarını zəbt etdi.1770 – ci ilin hadisələrini əsasən
müharibənin dönüş dövrü kimi tarixə düşdü. Belə ki, Aralıq dənizində 3 rus eskadrası Aleksey Orlovun
komandanlığı altında peyda olmuşdu. Nəticə olaraq Misitrini və Nakarin limanı ruslar tərəfindən ələ
keçirildi. 5-6 iyul tarixində Çeşmə dəniz döyüşü baş verdi və Osmanlı döyüşdə məğlub oldu.24 iyunda isə
türk donanmasına ruslar tərəfindən Xiosda sarsıdıcı zərbələr endirildi. 1771-ci ildə isə əzəli türk torpağı olan
Krım Çar Rusiyasının qoşunları tərəfindən ələ keçirilmişdi. Krımın ələ keçirilməsi onu sübut edirdi ki, Çar
Rusiyası öz istəyini reallaşdırmaq üzrədir. Rumyantsev 1771-ci ildə Dunayda müvəffəqiyyətli döyüşlər
nəticəsində türkləri məğlubiyyətə uğratdı. Bütün bunlara baxmayaraq Osmanlı ordusu 1771-ci ilin may
ayında Yergöyü qalasını ruslardan geri ala bilmişdi. Amma uğurun davamı gəlmədi. Oktyabr ayında Tulça
da ruslar tərəfindən tutulmuşdu. 1772-ci ildə atəşkəs razılığının əldə edilməsi üçün danışıqlar keçirilsə də
nəticə etibarilə danışıqlar istənilən nəticəni vermədi. Çünki Rusiya tərəfinin şərtləri Osmanlını qane etmədi,
bu səbəbdən müharibəyə davam etdilər. Beləliklə 1773 – cü ildə də Rusiya və Osmanlı arasında müharibə
davam etdi. 1773- cü ilin iyun ayında hücum əməliyyatını yerinə yetirən rus ordusu Dobruca ərazisini işğal
edərək Varnaya hücum etdilər. Turkutay Girsov yaxınlığında Suvorov türkləri məğlubiyyətə uğratmışdı.
Növbəti ildə Qozluca yaxınlığında türklər yenə məğlubiyyətə uğradılar. 1774-cü ilin əvvəllərində Osmanlı
hökmdarı sultan lll Mustafa vəfat etdi, taxta çıxan yeni Osmanlı sultanı l Əbdülhəmid Çar Rusiyası ilə 28
maddədən ibarət Kiçik Qaynarca sülhünü imzaladı. Müqavilənin əsas mətnləri türk və rus dillərində, bəzi
mətnləri isə italyan dilində yazılmışdı. Bu müqavilə Osmanlı dövlətinin 1699-cu ildən sonra imzaladığı
ikinci müqavilə idi ki, xeyli ərazisini itirirdi. İlk dəfə idi ki, Osmanlı dövləti məğlub dövlət kimi Rusiyaya
təzminat ödəməli idi. Rusiya imperiyası bu müharibə nəticəsində əsas hədəflərindən biri Qara dənizə çıxışı
əldə etdi. Müqavilənin 3-cü maddəsində önəmli məsələlərə toxunulmuşdu. Belə ki, Krım, Bucaq, Kuban,
Yediçqul və Cemboyluqdakı tatarlar, Osmanlı imperiyası və Rusiyadan müstəqil olaraq öz xanlarını sərbəst
seçə biləcəklərdi. Kerç və Yeniqala istisna olmaqla Rusiya Krım və Kubanda zəbt etdiyi digər ərazilərdən
çəkilməli idi. Döyüşlər vaxtı Osmanlının uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri orduda
|