|
Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
381
fərarilərin sayının çox olması olmuşdu. Qeyd edək ki, Tulça, İsaqçı, İsmayıl və İbrayıl ərazisindən xeyli
sayda əsgər fərarilik etmişdi. Fərariliklə məşğul olanlar əksər zamanlar geri qayıdarkən quldurluq edib
talançılıqla məşğul olurdular. Çar Rusiyasının həm də rahat qələbə qazanmasının əsas səbəblərindən biri də
Osmanlı imperiyasının tərkibində yaşayan xristianların da ruslara dəstək olması idi.
Müharibənin ilk dönəmlərində ll Yekaterina 19 yanvar 1769 –cu ildə Balkan yarımadasında yaşayan
slavyan xalqlarına manifest göndərib, Osmanlıya qarşı üsyana başlamağı təklif etmişdi. Həmin xalqlar da
Yekaterinanın təklifinə isti münasibət bəsləmişdi.
Rusiya Aralıq dənizinə 7 gəmidən ibarət donanma göndərmişdi. Gəmilər belə adlanırdı.” Şimal
Qartalı” , “Müqəddəs İonuariy” , “Üç iyerarx” , “Svyatoslav” , “Avropa”, “Müqəddəs Evstafiy Plakida” və “
Üç Başrahib gəmisi idi. Gəmilərin əksəriyyəti isə 18 iyul 1769 – cu ildən Xronştad limanından yola
çıxmışdı.
Ümumiyyətlə bu müharibə Rusiya imperiyasının Avropada nüfuzunun daha da artmasına gətirib
çıxardı. Osmanlı 300 ildən artıq hökm etdiyi Krım torpağını itirdi. Qara dənizdə və Qafqaz regionunda
Rusiyanın təsiri daha da gücləndi. Bundan sonrakı gələcək illərdə belə Rusiya Osmanlının tərkibindəki
xristianları üsyana sövq etməklə Osmanlını Avropadan tamamilə qovmağa cəhd edəcəklər.
TÜRKİYƏ DÖVLƏTİ VƏ ERMƏNİ-KÜRD TƏHLÜKƏSİ
Ramizli U.Ü.
Bakı Slavyan Universiteti
E-mail:
ugur_ramizli@mail.ru
XIX əsrin sonlarından başlayaraq Türkiyə dövlətinə qarşı erməni-Daşnak təhdidi olmaqla yanaşı, digər
tərəfdən XX əsrin 80-ci illərindən PKK-kürd təhdidi meydana çıxdı. Bu iki terror təşkilatının maraqları üst-
üstə düşdüyü üçün, onlar “düşmənimin düşməni dostumdur” məsəli üzrə birgə hərəkət edirlər.
Məlumdur ki, Ermənistan və onun xarici dövlətlərdə fəaliyyət göstərən lobbisi və PKK təkcə Türkiyə
Respublikasını deyil regionda mövcud dövlətlərin sərhədlərinə göz dikərək onların ərazi bütövlüyünə hörmət
qoymur erməni və kürd dövlətini yaratmağa çalışırdılar. Onlar bu arzularında Azərbaycan dövlətinin 44
günlük “Dəmir yumruq” siyasətini görsələrdə PKK-kürd silahlıları Laçında “Qırmızı Kürdüstan” arzularını
yaddan çıxartmaq istəmirlər.
Şübhə yoxdur ki, erməni və ya kürd terrorçularının bu arzularının reallaşması artıq tarixə qovuşmaqla
Qarabağ işğaldan azad edilmiş, nəticədə Türkiyənin Ermənistanla diplomatik münasibətlər qurub sərhədləri
açması planı reallaşmaqdadır. Lakin bununla belə bu yönlü məsələlərdə çox diqqətli olmaq lazımdır. Hər
halda, Türkiyənin hesabına dirçələcək Ermənistanda PKK-kürd qüvvələrinə geniş qucaq açılacağını təxmin
eləmək çətin deyildir.
Türkiyə KİV-nin verdiyi məlumata görə, bu günədək Ərdoğanla Bərzani arasında keçirilmiş
görüşlərdə müzakirə edilən çoxsaylı məsələlərdən biri Suriya kürdlərinin Suriyanın şimalında özünü
idarəetmə orqanı yaratmaq məsələsi olmuşdur.
Buna görə Türkiyə üçün sərhədləri yaxınlığında rəsmi
Dəməşq tərəfindən dəstəklənən yeni kürd muxtariyyətinin yaradılması birbaşa təhlükə olardı.
Türkiyə hökuməti Qərbin İran dövlətinə tətbiq etdiyi sanksiyalar səbəbindən iqtisadi zərərlərlə
üzləşdiyini nəzərə alsaq, İraqın kürdlər yaşayan bölgəsinin karbo-hidrogen ehtiyatları Ankara üçün əsl tapıntı
olduğunu düşünür. Buna uyğun olaraq Türkiyə xarici işlər nazirliyi Ankaranın məqsədini belə açıqlayıb:
“İstəyirlər ki, enerji axıb getsin, Türkiyə isə bunu yalnız seyr etsin. Amma artıq bizim də gözlərimiz açılıb.
Enerji axacaq, amma türklər onu sadəcə seyr etməyəcək. Enerji Türkiyədən axacaq” fikrini bu gün belə
birmənalı şəkildə bildirmişlər.
Bu fikirdən dərhal sonra, Türkiyənin kürdlərin sıx yaşadığı bölgələrində polislə qarşıdurma və
toqquşmalar baş qaldırmış, bu isə birmənalı Türkiyədə baş verən son hadisələrin PKK-nın Ankaraya mesajı
olmasını deməyə əsas verir. Bu mesajla PKK regiona real təsir etmə mexanizmini Türkiyə kürdlərində
olduğunu göstərməyə çalışır.
Belə ki, Türkiyə hökumətinin bu çətin oyundan qalib olaraq çıxacağını, yoxsa onun Şərq siyasətinin
PKK terrorçuları tərəfindən iflasa uğrayacağını və ya qalib gələcəyini yaxın zaman hadisələri göstərəcəkdir.
|
|
|