BEYNƏLXALQ TƏŞKİLATLARIN ”QARABAĞ PROBLEMİ” NƏ MÜNASİBƏTLƏRİ
Rzayeva N.Ş.
Sumqayıt Dövlət Universiteti
E-mail:
nuranarrr@mail.ru
Qarabağ problemi SSRİ-nin süqutundan sonrakı ilk illərdə yetərincə mövcud olduğu beynəlxalq
ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun bir sıra səbəbləri var idi. Ancaq bu problemin beynəlxalq hüquqa
ölkəmizin ərazi bütövlüyünə uyğun ədalətli həlli üçün Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra
Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
384
bütün beynəlxalq təşkilatlara və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət etdi. BMT-yə müraciətdə
Azərbaycanın digər müttəfiq respublikalar kimi mövcud sərhədlər ilə üzv olmaq arzusu ifadə edilirdi. 1992-
ci il mart ayında Azərbaycan BMT-yə üzv qəbul edildi və həmin ildə Nyo-Yorkda BMT yanında
Azərbaycanın Daimi Nümayəndəliyi açıldı.
Azərbaycan bundan sonra BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət
bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu
müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT baş katibinə müvafiq məlumatlar verdi, lakin
münaqişənin həllinə soyuq münasibət özünü göstərirdi.
Beləliklə 1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT- yə müraciət etmək məcburiyyətində
qoydu. BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) müsbət addımlarından biri Azərbaycanın BMT yanında
Daimi Nümayəndəliyinin Təhlükəsizlik Şurası sədrinə məktubu TŞ-nın rəsmi sənədi kimi yayıldı. Bu
məktubda Ermənistanın keçirdiyi hərbi əməliyyatlar suveren dövlətin ərazi bütövlüyünü pozmaq cəhdi kimi
qiymətləndirilmişdir.
1993-cü ildə Kəlbəcər ermənilər tərəfindən işğal edildikdə Azərbaycan bu barədə BMT-yə müraciət
edərək ermənilərin təcavüzkar əməllərinə qiymət verilməsinə xahiş etdi. Beləliklə aprelin 6-da BMT TŞ
sədrinin verdiyi bəyanat qəbul olundu və bəyanatda Ermənistanla Azərbaycan arasında gərginliyin
artmasından, “ yerli erməni qüvvələrinin” Kəlbəcər rayonuna müdaxiləsindən narahatlıq ifadə olunurdu.
Lakin bu bəyanat da problemə düzgün qiymət vermədi və Ermənistanın işğalçılıq siyasətinə münasibət öz
əksini tapmamış, Kəlbəcərin işğalında “yerli ermənilərin” günahkar olduğunu sübut etməyə çalışırdı.
Beləliklə 1993-cü il aprelin 30-da BMT TŞ Ermənistan-Azərbaycan, Qarabağ probleminə dair
qətnamə qəbul etdi. 822 saylı qətnamə Kəlbəcər rayonunda yaranmış fövqaladə vəziyyətin doğurduğu
problemlərin aradan qaldırılması zəruriliyi bildirilir.
BMT TŞ atəşin həmişəlik dayandırılması üçün işğalçılıq əməllərinə və hərbi əməliyyatlara son
qoyulmasına çağırır, təcavüzkar qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın işğala məruz qalmış digər
ərazilərindən çıxarılmasını tələb edirdi. Atəşin biryolluq dayandırılması məqsədilə bütün hərbi
əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılmasını, eləcə də bütün işğalçı qüvvələrin
Kəlbəcər rayonundan və Azərbaycanın son vaxtlar işğal edilmiş başqa rayonlarından dərhal çıxarılmasını
tələb edir. Bu qətnamə də əslində, regionda sülhün əldə olunmasına stimul vermək gücündə olmadı. Əvvəla
ona görə ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi yalnız ümumi sözlərlə yüklənmiş və məsələyə heç bir
konkret qiymət vermək məqsədinə xidmət etməmişdir.
Digər tərəfdən, qətnamədə öz əksini tapmış müddəaların həyata keçirilmə mexanizmləri də
göstərilməmişdi. Sənəddə Azərbaycan torpaqlarının işğal olunması faktı təsdiqlənsə də, bunun kim
tərəfindən həyata keçirildiyi dəqiq göstərilmir və hərbi əməliyyatların guya "yerli ermənilər" tərəfindən
reallaşdırıldığı vurğulanırdı. Bu isə, əlbəttə ki, təcavüzkar tərəfi müəyyənləşdirməyə və münaqişənin konkret
həlli yollarını aydınlaşdırmağa imkan vermirdi.
1993-cü ilin iyul ayının 23-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Ağdam rayonunu işğal
etdi. Qeyd edək ki, bu artıq Ermənistanın BMT TŞ-nın qəbul etdiyi qətnaməyə heç bir əhəmiyyət
vermədiyini təsdiqləyirdi. İyulun sonlarında BMT TŞ-nın iclası keçirildi və burada Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə dair 853 saylı qətnamə qəbul olundu. Bu qətnamədə də işğalçı qüvvələrin
Azərbaycanın Ağdam da daxil olmaqla, bütün digər işğal olunmuş ərazilərindən çıxarılması tələbi
qoyulmuşdu.
Qətnamədə Azərbaycan vətəndaşlarının bir hissəsinin məcburi köçkün kimi yaşamasından narahatlıq
ifadə edilir və tərəflərin münaqişəni dayandırmaq üçün atəşkəsə nail olmalarının zəruriliyi
bildirilirdi.Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi və Azərbaycanın
bəzi ərazilərinin işğalı faktı da bu sənəddə xüsusi qeyd edilir və təcavüz aktlarının regionda sülhə ciddi mane
olduğu göstərilirdi.
BMT TŞ-nın 853 saylı qətnaməsi bütövlükdə bəzi əlamətlərinə görə 822 saylı qətnamədən daha
obyektiv görünsə də, burada da məsələ öz dəqiq qiymətini almamışdır. Çünki Təhlükəsizlik Şurası
təcavüzkarın adını çəkmir, yalnız "yerli ermənilər" ifadəsi ilə kifayətlənməyə üstünlük verirdi. Halbuki artıq
təcavüzkarın kim olduğu hamıya məlum idi və indi bunu yalnız rəsmi şəkildə təsdiqləmək qalırdı. BMT TŞ-ı
isə belə bir addım atmadı.
1993-cü ilin avqustunda Ermənistan Azərbaycanın Füzuli rayonunu işğal etmək məqsədilə hərbi
əməliyyatları gücləndirdikdən sonra BMT TŞ-ı sədrinin yeni bəyanatı yayıldı.
|